Month: March 2024

  • İranda qadınlara qarşı repressiyalarla bağlı hesabat yayılıb – FOTO

    İranda son ay ərzində güneyli bir qadın edam olunub, doqquz fəal saxlanılıb və doqquzu həbs cəzasına (ümumilikdə 44 il müddətinə) məhkum edilib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı İnsan Haqları Təşkilatının (HENGAW) hesabatına istinadla xəbər verib.

    Bildirilib ki, ötən ay İranda 20 qadın ailə üzvləri tərəfindən öldürülüb. Onlardan doqquzunu əri, yeddisini atası və qardaşı, dördünü isə ailəsinə yaxın şəxslər qətlə yetiriblər.

    Xatırladaq ki, HENGAW, həmçinin İranda 2023-cü ildə edamların sayının 2022-ci illə müqayisədə 43% artdığı barədə xəbər verib. Bildirilib ki, ötən il İranda 834 edam həyata keçirilib, ondan bir il əvvəl isə 583 ölüm hökmü icra edilib. Bu rəqəmlər ölkədə 2015-ci ildən bəri (972 edam) ən yüksək göstəricidir.

    Məlumatda deyilib ki, edamların çoxu həbsxanalarda həyata keçirilsə də, yeddi nəfər ictimai yerlərdə asılıb.

    Hesabatda, həmçinin 2023-cü ildə ən azı 22 qadının edam edildiyi bildirilib. Bu, son onillikdə ən yüksək göstəricidir. Onlardan 15-i qətlə görə asılıb. Hüquq müdafiəçilərinin sözlərinə görə, uzun müddət zorakılıqdan əziyyət çəkən və buna görə sevgilisini, yaxud qohumunu öldürən qadınlar asılma riski ilə üzləşirlər. Bu cür qətllərə özünümüdafiə obyektivi ilə baxılmır.

    Bundan əlavə, edam edilənlər arasında çoxlu sayda etnik azlıqların nümayəndələri, xüsusən də İranın cənub-şərqindən olan sünni bəluclar var. Ümumilikdə, bəluc azlığının 167 üzvü edam edilib ki, bu da 2023-cü ildəki edamların ümumi sayının 20%-ni təşkil edir. Halbuki İrandakı bəlucların sayı ölkə əhalisinin yalnız 5%-ni təşkil edir.

  • Rusiya və Ermənistan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla telefonla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib, həmçinin ikitərəfli münasibətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    “Martın 5-də Rusiya tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Söhbət zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər və regiondakı vəziyyət müzakirə edilib”, – deyə məlumatda bildirilir.

    Mənbə: TASS

  • Премьер-министр России посетил в Баку музей ковра

    Премьер-министр России Михаил Мишустин в Баку посетил Азербайджанский национальный музей ковра.

    Как передает Report со ссылкой на ТАСС, Мишустина сопровождал его азербайджанский коллега Али Асадов.

    Ранее главы кабминов провели переговоры. По итогам состоялось подписание документов о развитии сотрудничества стран.

    Ожидается, что председатель правительства России Михаил Мишустин в ходе рабочего визита в Баку также проведет переговоры с президентом Азербайджана Ильхамом Алиевым.

  • Rusiyanın Baş naziri Bakıda xalça muzeyində olub

    Rusiyanın Baş naziri Mixail Mişustin Bakıda Azərbaycan Milli Xalça Muzeyində olub.

    “Report” TASS-a istinadən xəbər verir ki, Mişustini azərbaycanlı həmkarı Əli Əsədov müşayiət edib.

    Bundan əvvəl iki ölkənin baş nazirləri danışıqlar aparıblar. Yekunda ölkələr arasında əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

    Rusiya Baş naziri Mixail Mişustinin Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşəcəyi gözlənilir.

  • Samuxda kişi intihar edib

    Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

    “Report”un məlumatına görə, Qarayeri qəsəbəsində, 1951-ci il təvəllüdlü Feyruz Meyxoş oğlu Namivar özünü asaraq intihar edib.

    Onun uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda kişi arvadını və özünü baltaladı

    Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.

    APA-nın məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib.

    Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir.

    Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

    Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане восстановлена работа Facebook – ОБНОВЛЕНО

    В Азербайджане восстановлена работа Facebook.

    Сообщается, что пользователи соцсети уже могут войти в свои аккаунты.

    В то же время проблемы в работе Instagram и Threads продолжаются.

    ***

    Возникли сбои в работе социальных сетей Facebook, Instagram и Threads.

    Как сообщает Median.Az, в настоящее время большое число пользователей утверждают, что не могут войти в свои аккаунты на указанных платформах.

    Кроме того, у пользователей Instagram перестала обновляться лента.

    Следует отметить, что официальных заявлений по этому поводу пока не было.

  • “Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil – RƏSMİ + YENİLƏNİB

    “Facebook” hazırda texniki səbəblərdən əlçatan deyil. Bir neçə dəqiqədən sonra hesablarınıza yenidən daxil ola biləcəksiniz”.

    Median.Az
    xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin girişində yazılıb.

    “Sosial şəbəkədə texniki nasazlığın aradan qaldırılması zamanı gözlədiyiniz üçün təşəkkür edirik”, – deyə elanda qeyd olunub.

    ***

    “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində nasazlıq yaranıb.

    Hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.

    Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

  • Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb

    Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.

    Median.Az xəbər verir ki, Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında keçirilən görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.//apa.az

  • Azərbaycan və Rusiyanın Baş nazirlərinin görüşü olub

    Martın 5-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.

    Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.

    Hökumət başçıları əvvəlcə təkbətək formatında görüşüblər, sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş olub.

    Görüş əsnasında tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər, ikitərəfli əlaqələrin dinamik inkişafının iki ölkənin prezidentlərinin sıx təmaslarının və birgə səylərinin nəticəsi olduğunu qeyd ediblər.

    Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının razılaşmaları və tapşırıqlarına uyğun olaraq energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

    İqtisadi-ticari əməkdaşlığın ardıcıl inkişafının əhəmiyyəti vurğulanıb, tərəflər 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər. Həmçinin əmtəə dövriyyəsinin artım trendinə dəstək göstəriləcəyinə əminlik bildirilib.

    Hökumət başçıları investisiya qarşılıqlı fəaliyyətinin artdığını qeyd ediblər, prioritet sərmayə layihələri üzrə əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağı təsdiqləyiblər.

    Sənaye kooperasiyası, o cümlədən Azərbaycanda yük, kommersiya avtomobillərinin istehsalı və yığılması, əczaçılıq preparatlarının istehsalı üzrə birgə layihələrin uğurla həyata keçirilməsinin yüksək dinamikası vurğulanıb.

    Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib. 2023-cü ilin yekunlarına görə Azərbaycan ilə Rusiya arasında yük daşımalarının həcmi 11 faizdən çox artıb.

    Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini qeyd ediblər, bu dəhlizin tam gücünə çatdırılması üzrə birgə səyləri alqışlayıblar. Bununla əlaqədar avtomobil və dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi dövlət sərhədindən keçid məntəqələrinin inkişafı üzrə aparılan sinxron işin əhəmiyyəti qeyd olunub.

    Mədəni-humanitar əməkdaşlığın ənənəvi yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm və gənclər arasında mübadilənin, həmçinin təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriliblər.

    Tərəflər, həmçinin regionlararası qarşılıqlı fəaliyyətin genişləndirilməsini alqışlayıblar. Stavropol diyarında 12-ci Azərbaycan-Rusiya regionlararası forumunun uğurla keçirilməsi bunun bariz nümunəsidir.

    Əli Əsədov və Mixail Mişustin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər, Azərbaycan və Rusiya üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə fəal birgə iş aparılmasına hazır olduqlarını təsdiqləyiblər.

    Görüşün yekunlarına dair turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb.