Month: March 2024

  • Bakı, Sumqayıt və Abşeronda pensiyaların veriləcəyi tarix açıqlanıb

    Martın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • В Гаити бандиты пытались захватить главный международный аэропорт страны

    В столице Гаити Порт-о-Пренсе вооруженные банды попытались захватить главный международный аэропорт страны.

    Об этом сообщает Associated Press.

    По сведениям журналистов агентства, бандиты проникли в аэропорт имени Туссена-Лувертюра, который из-за тяжелой ситуации в республике перестал работать, и попытались занять его. Полицейские оказали преступникам ожесточенное сопротивления. Так, находившийся на взлетно-посадочной полосе бронированный автомобиль полиции открыл огонь по бандитам, пытаясь не дать им занять территорию аэропорта.

    Гражданские сотрудники аэропорта, попавшие в самый центр перестрелки, вынуждены были спасаться бегством.

  • Haitidə quldurlar beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər

    Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər.

    Bu barədə “Associated Press” məlumat yayıb.

    Agentliyin məlumatına görə, quldurlar respublikada yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu zəbt etməyə cəhd ediblər. Polis cinayətkarlara şiddətli müqavimət göstərib. Belə ki, uçuş-enmə zolağında yerləşən zirehli polis maşını quldurlara atəş açıb, onların aeroport ərazisini zəbt etməsinə mane olmağa çalışıb.

    Atışmaların ortasında qalan mülki hava limanı işçiləri qaçmaq məcburiyyəti ilə üzləşib.

  • Gəncədə küçədə meyit aşkarlanıb

    Gəncə şəhərində küçədə kimliyi hələ ki, naməlum kişi meyiti aşkarlanıb.

    Meyit tibbi ekspertizaya aparılıb.

    Onun ölüm səbəbi hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.
    //report

  • Avropa Komissiyasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Prezident!

    Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

    Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir.

    Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir.

    Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını – COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”.

  • Vətəndaşların NƏZƏRİNƏ: Özəl tibb müəssisələrinə göndərişlərin verilməsində YENİLİK

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə planlı müayinə və müalicə üçün göndərişlərin verilməsi prosesi vətəndaşlar üçün elektronlaşdırılıb.

    Bu barədə agentlikdən məlumat verilib.

    Bildirilib ki, 3 vasitə ilə müqaviləli tibb müəssisələri arasından seçim etmək mümkündür:

    1. İcbari tibbi sığorta hesabına dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında almaq üçün “e-Təbib” mobil tətbiqi üzərindən seçim etmək mümkün olacaq.

    Göndəriş təsdiqləndikdən sonra 10 iş günü müddətində müqaviləli tibb müəssisəsinə müraciət etmədikdə göndəriş ləğv olunacaq. Müqaviləli tibb müəssisəsinə yaxınlaşdıqda vətəndaş şəxsiyyət vəsiqəsini və göndərişin nömrəsini təqdim etməlidir.

    2. Yaxud da SMS-lə birdəfəlik kod aldıqdan sonra dövlət tibb müəssisəsi tərəfindən vətəndaşa təqdim edilən göndəriş vərəqəsinin üzərindəki QR-kodu oxutmaqla şəxs tələb olunan tibbi xidmət üçün müraciət edə biləcəyi müqaviləli tibb müəssisələrinin siyahısı (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə tanış olacaq. Bu zaman vətəndaş müraciət etmək istədiyi özəl tibb müəssisəsini müəyyənləşdirməli və tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını xəstəxana ilə əlaqə saxlayaraq əvvəlcədən dəqiqləşdirməlidir.

    3. Digər bir vasitə isə vətəndaşın SMS-lə birdəfəlik kod aldıqdan sonra müqaviləli tibb müəssisələri (müəssisənin adı, ünvanı, əlaqə telefonu) ilə Agentliyin saytından tanış olaraq (https://its.gov.az) müraciət etmək istədiyi xəstəxananı müəyyənləşdirməsidir. Bu zaman tələb olunan tibbi xidmətin həmin tibb müəssisəsində göstərilməsi imkanını əvvəlcədən xəstəxana ilə əlaqə saxlayaraq dəqiqləşdirmək mütləqdir.

    Qeyd edək ki, Agentliyin müqaviləsi olan özəl tibb müəssisələrindən bir qismi elektronlaşma prosesinə qoşulub. Tədricən digər tibb müəssisələrinin də sistemə inteqrasiyası həyata keçiriləcək.

  • Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın iki yüksək vəzifəli hərbçisinin həbsinə order verdi

    Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya üzrə komandiri, general-leytenant Sergey Kobılaşın həbsinə order verib.

    Beynəlxalq Cinayət Məhkəməsi həmçinin Rusiya Qara dəniz donanmasının komandiri Viktor Sokolovun da həbsi ilə bağlı qərar verib.

    Hər iki şəxs barəsində həbs qərarı Ukraynadakı vəziyyət kontekstində verilib.

    Mənbə: “RİA Novosti” “Telegram”

  • Son dörd ildə Bakıda 200 küçəyə şəhid adı verilib

    2020-2023-cü illər ərzində Bakıda 200 küçəyə şəhid adı verilib.

    Bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

    Qeyd olunub ki, yerli icra hakimiyyətlərindən, eyni zamanda şəhid ailələrindən daxil olan müraciətlər şəhidin ailə üzvləri ilə razılaşdırılıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı paytaxtın inzibati ərazisində mövcud olan 200 küçəyə şəhidin adı verilməsi barədə sərəncamlar imzalayıb.

    Hesabatda vurğulanıb ki, Bakı şəhərinin inzibati ərazisində mövcud olan küçələrin inventarlaşdırılması və adsız küçələrə adların verilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qeyd olunan məsələyə xüsusi önəm veriləcək.

  • Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib – FOTO

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilib ki, bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.

  • Председатель Правительства России прибыл с визитом в Азербайджан

    Председатель Правительства Российской Федерации Михаил Мишустин прибыл 5 марта с визитом в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь гостя был выстроен почетный караул.

    Председателя Правительства России встречали заместитель премьер-министра Азербайджана Шахин Мустафаев, заместитель министра иностранных дел Эльнур Мамедов, посол нашей страны в России Полад Бюльбюльоглу, посол России в Азербайджане Михаил Евдокимов и другие официальные лица.