Month: March 2024

  • İki radio kanalına ümumölkə yerüstü yayımçısı lisenziyası verildi

    Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

    Azərbaycan Audiovizual Şurasından verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

    Müsabiqəyə iki ərizəçi sənədlərini təqdim edib:

    “Sağlam Media” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Sağlam Radio”)

    “Orion Sky” Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: “Həyat FM”)

    “Media haqqında” Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək

  • Военнослужащий азербайджанской армии покончил с собой: возбуждено уголовное дело

    В Шамкирскую военную прокуратуру поступила информация о том, что военнослужащий одной из воинских частей Министерства обороны Муса Эйвазлы совершил самоубийство, выстрелив в себя из огнестрельного оружия.

    Об этом oxu.az сообщили в Военной прокуратуре Азербайджана.

    Отмечается, что на основании поступившей информации сотрудниками Шамкирской военной прокуратуры и Управления криминалистики и информационных технологий Военной прокуратуры был проведен осмотр места происшествия и тела, изъяты в качестве вещественных доказательств имеющие значение для дела предметы, получены объяснения, выполнены другие действия.

    По данному факту возбуждено уголовное дело по соответствующей статье Уголовного кодекса АР, допрошены свидетели, назначены различные экспертизы и незамедлительно проведены необходимые следственные действия.

    В настоящее время расследование продолжается, будет обеспечено принятие всех мер в соответствии с требованиями законодательства.

  • Hərbi qulluqçumuz intihar etdi: Cinayət işi başlanıldı

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Musa Ehtiram oğlu Eyvazlının odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.

    Bu barədə oxu.az-a Hərbi Prokurorluqdan bildirilib.

    Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

  • В Армении прекратили уголовное преследование в отношении азербайджанского военнослужащего

    В Армении прекратили уголовное преследование в отношении заблудившегося азербайджанского военнослужащего.

    Как сообщают армянские СМИ со ссылкой на пресс-службу Следственного комитета Армении, 28 февраля 2024 года военнослужащий Вооруженных сил Азербайджана Руслан Панахов, заблудившись, пересек условную азербайджано-армянскую границу и оказался у позиций армянской армии.

    Отмечается, что, учитывая это, в прокуратуру было подано ходатайство о прекращении уголовного преследования в отношении Р.Панахова, которое было удовлетворено.

  • Ermənistanda itkin düşən Ruslan Pənahov Azərbaycana təhvil veriləcək – YENİLƏNİB

    Ermənistan Ruslan Pənahovun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib.

    Bu barədə Ermənistan mediası ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
    Qərarın “ən yüksək səviyyədə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmaya uyğun olaraq” qəbul edildiyi bildirilib.

    Xatırladaq ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb və Ermənistan tərəfə keçib.

    ***

    Ermənistan İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

    APA xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

    Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

    Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.

  • Martda hansı bürclər evdən daha az çıxıb daha diqqətli olmalıdırlar?

    Astroloqlar mart ayının əsl sınaq olacağı bürcləri açıqlayıblar.

    2024-cü ilin mart ayı bəzi bürclər üçün çətin vaxt ola bilər.

    Median.Az lent.az-a istinadən bildirir ki, Oxatan, Qız və Əkizlər həyatın müxtəlif sahələrində maneələr və xəyal qırıqlığı ilə qarşılaşma riski altındadıırlar.

    Oxatan

    Bəlkə də sizi depressiyaya sala biləcək bir çıxılmaz vəziyyətlə qarşılaşdığınız hissi ortaya çıxacaq. Ancaq ulduzlar, uğur qazanacağınıza əmin olaraq özünüzü bir yerə toplamağı və işləməyə davam etməyinizi tövsiyə edir.

    Maliyyə sahəsində əlavə xərclər ola bilər və şəxsi həyatınızda hər şey istədiyiniz kimi mükəmməl olmayacaq. Buna baxmayaraq, mart sizə dənizdə və ya dağlarda istirahət etmək üçün yaxşı sağlamlıq və əlverişli vaxt vəd edir.

    Qız bürcü

    Özünüzü çox manipulyasiya etməyə imkan verməyin və mümkün məyusluqların qarşısını almaq üçün kiminsə ruhunuza çox dərindən girməsinə icazə verməyin. Ayın ikinci yarısında şəxsi həyatınızda uğurlar tapacaqsınız-flört edin, bəlkə də evlilik üçün bir tərəfdaş tapacaqsınız.

    İşdə əsəbiliyə səbəb ola biləcək sürətli həllər tələb edən yeni vəzifələr ortaya çıxacaq. Maliyyə sahəsində vəziyyət ən yaxşı deyil, borcların görünüşü gözlənilməz ola bilər və böyük alışlardan çəkinməyə dəyər.

    Əkizlər

    Əkizlər üçün aktual hadisələrdən xəbərdar olmaq, öyrənmək, daha çox oxumaq, kurs və təlimlərdə iştirak etmək, həmçinin dil öyrənmək vacibdir. Maliyyədə bütün borcların ödənilməsi vacibdir.

    Şəxsi həyatınızda partnyorunuz tərəfindən qısqanclıqla bağlı problemlər yarana bilər, ona görə də münasibətlərinizdə diqqətli olun. Sağlamlığınız yaxşı olmalıdır və enerji ilə dolu olacaqsınız.

  • Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? – AÇIQLAMA

    Hazırda dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Davam edən qlobal istiləşmə və quraqlığın artması bu problemi daha da dərinləşdirir. BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mövcud problemlə üz-üzədir.

    Bəs Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür?

    Məsələ ilə bağlı Trend-in suallarını cavablandırarkən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov qeyd edib ki, alternativ su mənbələri istifadəsi istiqamətində həm dəniz suyunun şirinləşdirilməsi, həm də çirkab suların yenidən istifadəsi istiqamətində xeyli işlər görülür.

    “Azərbaycanda iqlim dəyişikliyi fonunda su qıtlığı ilə mübarizədə xeyli işlər görülür. 2020-ci ildə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldı. Bunun ardınca Dövlət Su Ehtiyatları Agentliyi təsis edildi. Bütün bu addımlar gələcəkdə su qıtlığının azalmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

    Eyni zamanda, kənd təsərrüfatında müasir suvarma metodlarına tədricən keçid olunması, torpaq kanallarının betonlaşdırılması su itkilərinin azaldılması istiqamətində görülən işlərdə iqlim dəyişikliyi ilə mübarizə kimi qiymətləndirilə bilər”, – deyə o bildirib.

    Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçirilir.

    “10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir. Preziden İlham Əliyevin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşdırma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb”, – deyə o vurğulayıb.

  • Metsamor AES İğdırı zəhərləyir

    İstifadə müddəti başa çatsa da fəaliyyətini dayandırmayan Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır vilayəti istiqamətində zəhər yaymaqda davam edir.

    Bu barədə İhlas Xəbər Agentliyinin materialında bildirilir.

    Vurğulanır ki, İğdırın 16 kilometrliyində yerləşən Metsamor AES istismar müddəti başa çatsa da, bağlanmayıb. Onun zəlzələ xəttində yerləşdiyini bilən rayon sakinləri aidiyyəti qurumlardan kömək istəyiblər. İğdırlılar bildirirlər ki, AES-dən çıxan tüstü belə, onlara, bölgənin coğrafiyasına, burada yaşayan hər bir canlıya zərər verir.

    Metsamorun “sancağı çəkilmiş bomba” olduğunu bildirən İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal bəyan edib ki, İğdır yaxınlığında yerləşən AES ən qısa zamanda bağlanmalıdır.

    “Çünki o, köhnəlmiş sistemlə hazırlanıb. Köhnə sistem olduğundan onun soyudulması Araz çayı vasitəsilə aparılır. Bundan əlavə, onun uranı Rusiyadan təyyarə ilə gətirilir. Lakin Metsamorun ən böyük təhlükəsi 2-ci dərəcəli zəlzələ xəttində yerləşməsidir. Stansiya vaxtilə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində ciddi zədələnmişdi. Onun aqreqatlarından biri tələsik bağlanaraq üzərinə beton tökülüb. O zaman radiasiyadan İğdır da təsirlənmişdi. Bunun zərərini indi də görürük. Qadınlar hamilə qala bilmir, heyvanlar şikəst balalar dünyaya gətirir, ağaclar quruyur. Bu gün Metsamor Atom Elektrik Stansiyasının ətrafında gəzsəniz görəcəksiniz ki, təbiət dəyişib, yaşıllıqlar yoxa çıxıb. Odur ki, bu AES Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan, İran və Ermənistanın özü üçün böyük təhlükədir. Biz bütün Avropa İttifaqını, ABŞ-ni və bütün fəalları bu elektrik stansiyasını bağlamaq üçün bizə dəstək olmağa çağırırıq”, – deyə Ünsal bildirib.

    Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanan Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə Spitak zəlzələsindən sonra bağlansa da, 1995-ci ildə təmir işlərindən sonra onu 2 nömrəli reaktoru yenidən işə salınıb. Reaktorun istismar müddəti 2005-ci ildə başa çatıb, lakin 2021-ci ilin avqustunda aparılan təmir işləri nəticəsində onun istismar müddəti 2026-cı ilə qədər uzadılıb.

  • Bakıda 68 yaşlı kişi itkin düşüb

    Bakıda 68 yaşlı kişi itkin düşüb.

    Bu barədə APA-ya itkin düşən şəxsin qohumları məlumat verib.

    1955-ci il təvəllüdlü Hüseynov Zahid Əli oğlu günorta saatlarında metronun Xətai stansiyasından çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

    Z.Hüseynov itkin düşərkən əynində ağ köynək və qəhvəyi jaketi olub. İtkin düşən şəxs ruhi əsəb xəstəsidir. Xüsusi əlamətinə gəlincə barmaqları və qolunda döymələr var.

    Onu görənlərdən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə və ya 055-411-06-58, 051-922-00-00 nömrələrinə məlumat vermələri xahiş olunur.

  • Полиция предотвратила теракт в концертном зале в Брюсселе

    Четыре экстремиста были арестованы в выходные в Бельгии, они намеревались устроить теракт в концертном зале в Брюсселе.

    Как передает Report, об этом сообщила прокуратура королевства.

    “Бельгийская полиция предотвратила террористический акт в концертном зале в Брюсселе, который готовили четверо подозреваемых, арестованные в минувшие выходные. Нападение предполагалось осуществить через несколько недель”, – говорится в распространенном заявлении прокуратуры.

    В воскресенье бельгийская полиция объявила о задержании четырех человек, в том числе одного несовершеннолетнего, в рамках расследования подготовки террористического акта.