Month: March 2024

  • Avropa İttifaqı “Apple”ı külli miqdarda cərimələdi

    Avropa İttifaqı qurumun rəqabət qanunlarını pozduğuna görə “Apple” şirkətinə qarşı ilk antiinhisar cəriməsi tətbiq edib. Şirkət öz musiqi axını xidmətinə rəqibləri üzərində üstünlük verdiyi üçün 1,8 milyard avro cərimələnib.

    Qaynarinfo xəbər verir ki, bu barədə MarketWatch məlumat yayıb.

    “Apple” proqram tərtibatçılarına iOS istifadəçilərini alternativ və daha ucuz musiqi abunə xidmətləri haqqında məlumatlandırmağı qadağan edib, Avropa Komissiyası bunu Avropa qanunvericiliyinin pozulması kimi qiymətləndirib. İsveçin “Spotify” striminq xidmətinin şikayəti əsasında uzun sürən araşdırmadan sonra şirkət cərimələnib.

    Aİ böyük İT şirkətlərinin fəaliyyətinə fəal şəkildə nəzarət edir, o cümlədən Google-a çox milyard dollarlıq cərimələr və onlayn reklam bazarını ələ keçirdiyinə görə “Meta”ya (Facebook sahibi) qarşı ittihamlar. Avropa Komissiyası, həmçinin “Apple”ın mobil ödəniş xidməti ilə bağlı ayrıca antiinhisar araşdırmasına başlayıb.

    Cümə axşamı qüvvəyə minəcək “Rəqəmsal bazarlar haqqında” qanun (DMA) “Apple”, “Meta”, “Google” və “TikTok” da daxil olmaqla böyük İT şirkətlərinə bir sıra qadağalar qoyur. “Apple” artıq Avropadakı “iPhone” istifadəçilərinə öz proqramlarından başqa tətbiq mağazalarından istifadə etməyə icazə vermək və tərtibatçılara alternativ ödəniş sistemləri təklif etmək imkanı vermək də daxil olmaqla, tələblərə necə əməl edəcəyini açıqlayıb.

  • Bakıda sahibsiz itlərlə hansı qurum mübarizə aparır?

    “Qobu Park-3” yaşayış kompleksində sahibsiz itlər azyaşlıya hücum edib. Uşaq ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdiirlib. Daxili İşlər Nazirliyi məsələdən məlumatlı olduğunu, faktla bağlı araşdırma aparıldığını bildirib.

    Hadisədən sonra yenidən sahibsiz heyvanlara qarşı mübarizə məsələsi gündəmə gəlib.

    Bakıda sahibsiz itlərə qarşı mübarizəni hansı qurum həyata keçirir?

    Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi mövcud olub. Sözügedən idarədən bir neçə dəfə yerli mətbuata açıqlamalar verilib.

    Lakin Departmentdən Modern.az-a bildirilib ki, qurum daxilində sahibsiz itlərlə mübarizə idarəsi fəaliyyət göstərmir.

    Departamentin sturukturunda da sözügedən idarə barədə heç bir məlumat yer almayıb.

  • “Neftçi”nin bazasına hücum edənlər CƏZALANDIRILIBLAR

    Paytaxtın Xətai rayonunda yerləşən “Neftçi” futbol komandasının bazasına klubun bir qrup azarkeşinin hücum etməsi ilə bağlı yayılan məlumat araşdırılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən ictimai asayişi pozan şəxslər – Dadaşov Arif, Quliyev Ceyhun, Rzayev Vasif və Nəzərov Sabir müəyyən olunaraq saxlanılıblar.

    Onlar barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə A.Dadaşov 30, C.Quliyev 15 sutka inzibati qaydada həbs olunublar, digər 2 nəfər isə cərimə edilib.

  • “Oskar 2024”ün 10 əsas filmi

    Martın 10-da ABŞ Kino Akademiyasının 96-cı mükafatlandırma mərasimi keçiriləcək. Mükafatlar Los-Ancelesdə “Dolby Theatre”da təqdim olunacaq. Mərasimi dördüncü dəfə amerikalı komediyaçı və teleaparıcı Cimmi Kimmel aparacaq.

    Qaynarinfo bu il ən çox Oskar mükafatı üçün yarışan əsas filmlər barədə məlumatı təqdim edir.

    “Oppenheimer”, 13 nominasiya
    Rejissor: Kristofer Nolan
    Rollarda: Killian Mörfi, Emili Blant, Mett Deymon, kiçik Robert Dauni, Florens Pyu
    Ölkə: ABŞ, Böyük Britaniya
    Gəlir: 958 milyon dollar
    Büdcə: 100 milyon dollar
    IMDb reytinqi: 8.4

    “Bədbəxtlər”, 11 nominasiya
    Rejissor: Yorqos Lantimos
    Rollarda: Emma Stoun, Uillem Defo, Mark Ruffalo, Rami Yussef, Hanna Şiqulla
    Ölkə: İrlandiya, Böyük Britaniya, ABŞ, Macarıstan
    Gəlir: 100 milyon dollar
    Büdcə: 35 milyon dollar
    IMDb reytinqi: 8.3

    “Çiçəkli Ayın qatilləri”, 10 nominasiya
    Rejissor: Martin Skorsese
    Rollarda: Leonardo DiKaprio, Robert De Niro, Lili Qladstoun, Cessi Plemons, Tantu Kardinal, Con Litqou, Brendan Freyzer
    Ölkə: ABŞ
    Gəlir: 157 milyon dollar
    Büdcə: 200 milyon dollar
    IMDb reytinqi: 7.7

    “Barbi”, 8 nominasiya
    Rejissor: Qreta Qerviq
    Rollarda: Marqo Robbi, Rayan Qoslinq, Amerika Ferrera, Ariana Qrinblat, Keyt MakKinnon, Issa Rey, Uill Ferrell
    Ölkə: ABŞ, Böyük Britaniya
    Gəlir: 1.446 milyon dollar
    Büdcə: 100 milyon dollar
    IMDb reytinqi: 6.9

    “Maestro”, 7 nominasiya
    Rejissor: Bredli Kuper
    Rollarda: Bradli Kuper, Kerri Malliqan, Matt Bomer, Vinçenzo Amato, Qreq Hildreh, Maykl Yuri, Brayan Klaqman
    Ölkə: ABŞ
    Gəlir: 0,4 milyon dollar
    Büdcə: 80 milyon dollar.
    IMDb reytinqi: 6.6

    “Amerikan uydurması”, 5 nominasiya
    Rejissor: Kord Cefferson
    Rollarda: Ceffri Rayt, Erika Aleksandr, Sterlinq K. Braun, Lesli Aqqams, Con Ortiz, Mira Lukresiya Teylor
    Ölkə: ABŞ
    Gəlir: 22 milyon dollar
    Büdcə: 10 milyon dollar
    IMDb reytinqi: 7.6

    “Yıxılmanın anatomiyası”, 5 nominasiya
    Rejissor: Jüstin Trie
    Rollarda: Sandra Hüller, Svann Arlo, Milo Maşado Qraner, Antuan Raynarts, Samuel Teys, Cenni Bet
    Ölkə: Fransa
    Gəlir: 30 milyon dollar
    Büdcə: 6 milyon dollar
    IMDb reytinqi: 7.8

    “Tərk edilmişlər”, 5 nominasiya
    Rejissor: Alesandr Peyn
    Rollarda: Pol Camatti, Dominik Sessa, Davan Coy Randolf, Cerri Preston, Breydi Hepner, İen Dolli
    Ölkə: ABŞ
    Gəlir: 43 milyon dollar
    Büdcə: 30 milyon dollardan az
    IMDb reytinqi: 8.0

    “Maraq zonası”, 5 nominasiya
    Rejissor: Conatan Qleyzer
    Rollarda: Kristian Fridel, Sandra Hüller, İoqan Karthaus, Luis Noa Vitte
    Ölkə: ABŞ, Böyük Britaniya, Polşa
    Gəlir: 19 milyon dollar
    Büdcə: 15 milyon dollar
    IMDb reytinqi: 7.6

    “Keçmiş həyatlar”, 2 nominasiya
    Rejissor: Selin Son
    Rollarda: Qreta Li, Teo Yu, Con Maqaro, Mun Sın-a, Lim Sın-mi
    Ölkə: ABŞ
    Gəlir: 28 milyon dollar
    Büdcə: 12 milyon dollar
    IMDb reytinqi: 7.9

  • Kreml alman zabitlərinin səs yazısının yayılmasına münasibət bildirdi

    Kreml alman zabitləri arasında Krım körpüsünə endirilən zərbələri müzakirə edən söhbətin audioyazısının məzmunu ilə tanış ola bilib və bununla bağlı Almaniyanın təşəbbüsü ilə aparılan auditin nəticələrini gözləyir.

    Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

    Xatırladaq ki, martın 1-də “Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Almaniya ordusunun yüksək rütbəli zabitləri arasında uzun mənzilli “Taurus” raketlərinin tədarükünü və Ukraynanın Krım körpüsünə potensial hücumunu müzakirə edən söhbətin stenoqramını dərc edib. Daha sonra o, təxminən 40 dəqiqə davam edən söhbətin audio yazısını da yayıb.

    Almaniyanın əsas nəşrləri Der Spiegel və Berliner Zeitung yazır ki, səs yazısı çox güman, orijinaldır. Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Federal Hərbi Əks Kəşfiyyat İdarəsi (BAMAD) sızmanın yoxlanılması üçün “bütün lazımi tədbirlərə” başlayıb.

    Almaniya kansleri Olaf Şolts mümkün sızıntını “çox ciddi məsələ” adlandırıb və “çox hərtərəfli, çox intensiv və çox sürətli” araşdırmaya söz verib.

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərc olunmuş söhbəti Qərb siyasətçilərinin “hay-küylü özünüifşası” və Almaniyada “müharibə partiyasının” güclü olduğuna dair sübut hesab edib.

  • “TikTok”da pulu necə qazanırlar? – Hədiyyələrin məbləği (SİYAHI)

    Ötən həftə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “TikTok”un platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolov ilə görüşüb. Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar. “TikTok” şirkəti ilə rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması müzakirə olunub. Əvvəllər bu sosial şəbəkədən istifadə geniş yayılmasa da, qısa müddət ərzində maraq artmağa başladı. Artıq “TikTok” platforması dünyada əksər istifadəçilərin qazanc mənbəyinə çevrilib.

    Bəs “TikTok”da pulu necə qazanırlar?

    Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, “TikTok”dan gəlir əldə etməyin bir neçə yolu var.

    Onun sözlərinə görə, bunlardan biri də canlı yayımlardır və canlı yayımlar hədiyyə sistemi ilə işləyir: “TikTok” istifadəçiləri profilə daxil olduqda “pul kisəsi” bölməsinə daxil olub, “coin” adlı virtual valyutaları alırlar. 100 “coin” 1,29 dollar (təxmini 2 manat) dəyərindədir. Platformada izlədiyiniz, bəyəndiyiniz insanlara canlı yayımda sizə təqdim etdikləri keyfiyyətli məzmuna təşəkkür olaraq, bu hədiyyələri göndərə bilərsiniz. İzlədiyiniz insanlar həmin “coin”ləri əvvəlcə “almaz”lara, daha sonra isə nəğd pula çevirə bilirlər”.

    Ekspert “TikTok”da hədiyyələrdən 44-48 %-ə yaxın hissəsinin platformanın özünə, geri qalan 52 % və üzərinin isə istifadəçiyə çatdığını söyləyib. O həmçinin bildirib ki, istifadəçi eyni vaxtda çox hədiyyə aldıqda “TikTok” bunun müqabilində endirim edir:

    “TikTok”da canlı yayımlar zamanı pul şəklində hədiyyələr göndərilir. Hədiyyələrin ən kiçiyi güldür (0,1 qəpik), ən böyüyü isə “TikTok” jetonu hesab olunur (800 manat). Bu qiymətlər göndərilən şəxsə çatan məbləğdir. Göndərən isə həmin hədiyyəni daha böyük məbləğə alır”.

    E.Abbasov həmçinin jetonların hesablanma qaydasından da danışıb: “Min jeton 1 K-dır. Manatla hesabladıqda min jeton təqribən 20 manata bərabərdir. Məsələn, “TikTok”da bir şir 30 min K-dır. 30 mini 20-yə vurduqda 600 manat edir. Yəni “TikTok”da bir şir jetonunun qiyməti 600 manata bərabərdir. Platformada ən bahalı hədiyyə isə “TikTok” jetonudur. Onun dəyəri 40 min jetondur. 40-ı 20 yə vuraraq onun dəyərinin 800 manat etdiyini görə bilərik”.

    “TikTok”da 6000 almaz hazırda 127.20 dollar dəyərindədir, çünki iki sikkə bir almaza bərabərdir. Bununla belə, 6000 brilyant real pul üçün nağdlaşdırıldıqda, yayımçı yalnız 63.60 dollar alacaq, çünki “TikTok” qalan 63.60 dolları 50% mübadilə haqqı olaraq saxlayır.

    Beləliklə, “TikTok”da ən bahalı hədiyyələrin bir qismini jetonlarla təqdim edirik:

    “TikTok” Universe – 44 999

    Aslan – 29 999

    Leon və Aslan – 34 000

    Bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi Qrifon – 25 999

    Yaxta – 20 000

    “TikTok” stars – 39 999

    Qızıl idman avtomobili – 29 999

    Balina – 30 000 – 34 000

    Əjdaha – 26 999




    //qaynarinfo.az

  • Masallıda yeraltı qazıntı zamanı boru zədələnib, 800 abonent qazsız qalıb

    Masallıda yeraltı qazıntı zamanı boru zədələnib.

    “Report”un yerli bürosunun məmulatına görə, rayonun Səmidxan kəndində yeraltı kabelin çəkilməsi üçün qazıntı işləri aparılan zaman diametri 160 mm-lik boru zədələnib.

    Nəticədə 800 abonentin qaz təminatı dayandırılıb.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • AEM dərman vasitələrinin idxalı ilə məşğul olanlara xəbərdarlıq edib

    Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

    AEM-dən verilən xəbərə görə, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-Qanun) 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına icazənin verilməsindən imtina halları müyyən edilib.

    Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir.

    Yəni idxala icazə verilən günə ölkəyə idxal olunan dərman vasitəsinin dövlət reyestrində olması zəruridir. Bu o deməkdir ki, AEM tərəfindən idxala icazə məktubu verilən günə qeydiyyat vəsiqəsi qüvvədə olmalıdır. Əks halda idxala icazə verilməyəcək.

  • “WhatsApp”dan istifadəçilərini SEVİNDİRƏCƏK yeni funksiya gəlir

    “WhatsApp” iOS cihazlarından istifadə edən istifadəçiləri üçün yeni məxfilik funksiyasını işə salacaq.

    Bu barədə “WABetaInfo” portalı məlumat verib.

    Belə ki, istifadəçilər paroldan istifadə etməklə öz hesablarına daxil ola biləcəklər.

    Qeyd olunur ki, yeni funksiya altı rəqəmli koddan deyil, paroldan istifadə etməklə hesaba daxil olmağa imkan verəcək.

    Giriş açarı “iCloud”da saxlanılacaq ki, bu da biometrikadan istifadə etməklə digər “Apple” cihazlarında “WhatsApp” hesaba daxil olmağı mümükün edəcək.

    Eyni zamanda, əgər istifadəçi başqa cihazda messencerə daxil olmaq istəsə, yenə ənənəvi altı simvollu koddan istifadə edə biləcək.

    “WABetaInfo”nun müəllifləri həmçinin bildiriblər ki, yeni funksiya “WhatsApp”ın TestFlight xidmətindən endirilmiş beta versiyasında görünə bilər.

    Daha əvvəl bildirilmişdi ki, messencer dialoqlardan profilinizin QR kodlarını mübadilə etmək imkanı əldə edəcək. Tərtibatçıların sözlərinə görə, yeni funksiya sayəsində istifadəçilər öz hesablarını paylaşmaq üçün QR kodlarından daha çox istifadə edəcəklər.

  • Əhaliyə şad xəbər – Bu dərmanları pulsuz ala bilərsiniz – RƏSMİ

    Dövlət büdcəsi hesabına verilən dərmanların real ehtiyaclara uyğun genişləndirilməsi tövsiyə olunur.

    Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

    Ombudsman hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsi tövsiyə edib.

    Azərbaycanda bir sıra kateqoriyalı xəstəliklərin daşıyıcısı olan vətəndaşlar ödənişsiz dərman preparatları ilə təmin olunurlar. Bəs bu dərmanlar hansılardır? Kimlər dövlət hesabına pulsuz dərmanları ala bilər?

    Bu suallara cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir: “Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır.
    Həmçinin Xidmətlər Zərfinə yeni əlavə edilən orqan transplantasiyası əməliyyatı zamanı dərman təchizatı da Xidmətlər Zərfi ilə təminata alınıb. Məlumat üçün qeyd edık ki, ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.

    Qeyd edək ki, gələcəkdə müəyyən xəstəliklərin müalicəsi üçün ambulator müalicədə resept əsasında yazılan ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərman vasitələrinin mərhələli şəkildə təminata alınması üçün layihə aidiyyəti qurumlara təqdim edilib. Bu məsələ təsdiqini tapdıqda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

    Xatırladaq ki, hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət və tədbirlər proqramları çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalınması həyata keçirilir. Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi sərfləri əldə edirlər.