Month: March 2024

  • Bakıda pabın həyətində kütləvi dava olub – VİDEO

    Bakıda kütləvi dava olub.

    “Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən pabın həyətində baş verib.

    Dava zamanı tərəflərdən biri bıçağa əl atıb və hadisə anının videogörüntüləri oradakı müşahidə kamerasında əksini tapıb.

    Mələsə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir.

    “Ərazi polis orqanında araşdırılır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – DİN rəsmisi qeyd edib.

  • В Ханкенди обнаружены наркотики и боеприпасы

    В Ханкенди сотрудниками полиции обнаружены наркотики и боеприпасы.

    Об этом сообщили в пресс-службе МВД.

    В результате оперативных мероприятий в одном из гаражей на территории города обнаружены и изъяты 3,8 кг марихуаны, а также 13 автоматов различных марок, 1 пулемет, 11 ружей, 7 гранат, 3 запала, 25 магазинов, 1 718 патронов различного калибра и другие боеприпасы.

  • Xankəndidə narkotik və silah-sursat aşkarlanıb

    Xankəndidə narkotik və silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, bir ədəd pulemyot, 11 tüfəng, yeddi ədəd qumbara, üç alışdırıcı, 25 patron darağı, 1 718 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıblar

    Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

    DSX-dən verilən xəbərə görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları – 1998-ci il təvəllüdlü Naqibullah Bəsir oğlu Hamrai, Zabedullah Bəhrhək oğlu Qurbani və 2003-cü il təvəllüdlü Fazil Əhməd oğlu Osmani saxlanılıblar.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • Обвиняемый в покушении на убийство сына и невестки снова предстанет перед судом

    Подана кассационная жалоба на приговор в отношении Мехти Исмайылова, обвиняемого в покушении на убийство в Баку.

    Как сообщает рravda.az, жалоба будет рассмотрена под председательством судьи Алескера Новрузова.

    Подготовительное заседание суда назначено на 5 марта.

    Бакинский суд по тяжким преступлениям приговорил М.Исмайылова к 14 годам лишения свободы. Бакинский апелляционный суд не удовлетворил его жалобу.

    Согласно обвинительному акту, инцидент произошел в поселке Маштага города Баку.

    Во время инцидента Мехти Исмайылов ударил топором по голове своего сына Рашада, нанес удары по лицу и левому бедру невестке Джамале.

    В суде обвиняемый заявил, что ему надоело то, что сын и невестка неоднократно избивали его жену, поэтому он хотел убить их обоих.

  • Bakıda oğlunu və gəlinini baltalayan şəxs yenidən hakim qarşısında

    Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Mehti İsmayılovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehti İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun şikayətini təmin olunmayıb.

    İttihama görə, hadisə Bakının Maştağa qəsəbəsində qeydə alınıb.

    Mehti İsmayılov hadisə zamanı oğlu Rəşadın başından balta ilə zərbə vurub, gəlini Cəmalənin üzünün bir neçə yerində balta zərbələrindən çapıq yaranıb, sol budundan bir neçə yerdən kəsik xəsarətləri alıb.

    O, məhkəmədə ifadə verərək oğlu və gəlininin onun arvadını dəfələrlə döyməsindən bezdiyini, buna görə də onların hər ikisini öldürmək istədiyini bildirib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Апрельские фьючерсы на марку WTI подешевели на 0,14% – до 79,86 доллара за баррель, а майские на Brent – на 0,01%, до 83,54 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,14% ucuzlaşaraq bir barelinin qiyməti 79,86 ABŞ dolları olub.

    “Brent” markalı neftin may füçersləri 0,01% ucuzlaşaraq bir barelinin qiyməti 83,54 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Участники международного мероприятия почтили память великого лидера Гейдара Алиева

    Участники заседания комиссии по правовым вопросам и международным связям ТЮРКПА посетили 4 марта Аллею почетного захоронения.

    Как сообщает Report, участники заседания с глубоким уважением почтили память общенационального лидера нашего народа, архитектора и созидателя современного независимого Азербайджанского государства Гейдара Алиева, возложили цветы к его могиле.

  • Beynəlxalq tədbirin iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini anıblar

    Martın 4-də TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasının iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər.

    “Report” xəbər verir ki, iclas iştirakçıları burada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.