Month: March 2024

  • Ermənistanda saxlanılan hərbçimizin atası: “Onlayn görüş təşkil edəcəklər”

    28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.

    Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb.

    Bizim.Media-nın əməkdaşı hərbçimizlə bağlı yeni məlumat almaq üçün Ruslan Pənahovun atası ilə əlaqə yaradıb.

    Eldəniz Pənahov bildirib ki, məsələ ilə bağlı dövlət qurumları mütəmadi iş aparır:

    “Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındayam. Bir azdan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə gedəcəyəm. Övladımın nə vaxt qaytarılacağı ilə bağlı məlumat deyilmir.

    Bu, dövlətin bildiyi məsələdir. Ancaq bizimlə daim əlaqə saxlayırlar və müvafiq qurumlarımızın hər biri çalışır. Beynəlxalq Qızıl Xaç Komitəsi övladımla onlayn görüş təşkil edəcəklərini deyiblər. Vaxt bildirilməyib”.

  • Ученица 11-го класса родила ребенка: в школе проводится расследование

    Проведено расследование в связи с информацией о том, что одна из учениц 11-го класса школы села Памбыгкенд Сальянского района родила ребенка.

    Об этом в ответ на запрос oxu.az сообщили в Ширван-Сальянском региональном управлении образования.

    Отмечается, что как только в структуру поступил запрос о вступлении школьницы в ранний брак, данный вопрос был немедленно взят под контроль.

    “В этом учебном заведении было проведено расследование. Правоохранительные органы и другие соответствующие учреждения проинформированы о привлечении одиннадцатиклассницы к раннему браку”, – говорится в сообщении.

    Отметим, что ранее распространилась информация о том, что в полной средней школе села Памбыгкенд Сальянского района зафиксированы случаи ранних браков среди учащихся. Отмечается, что одна из одиннадцатиклассниц родила ребенка.

    Согласно данным, ученицы старших классов, которые уже обручены, не приходят на занятия. Однако в журнале пишут, что они якобы присутствовали на уроках, там же проставляются их отметки.

  • Ana olan 11-ci sinif şagirdinin təhsil aldığı məktəbdə ARAŞDIRMA APARILIR

    Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib.

    Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:

    “Həmin təhsil müəssisəsində araşdırma aparılıb. Şagirdin erkən nikaha cəlb olunması barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.

    Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb.

    Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib.

  • Vətəndaşların 59 min dollarını mənimsəyən falçıya hökm oxundu

    Falçılıqla məşğul olaraq dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

    Məhkəmənin hökmü ilə Günəş Qasımova 7 il müddətinə azadlıqdan məhrum olunub.

    Qeyd edək ki, ittihama görə, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində falçı olduğunu bildirərək insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edib. O, aldatma yolu ilə zərərçəkmişlərin 50 min dollarını və 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

    Həmçinin hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib. Belə ki, iş üzrə zərərçəkmiş Vüsalə Qafarzadəyə 25 min 495 manat, digər zərərçəkmiş şəxs Arif Qafarzadəyə isə 91 min 401 manat maddi ziyan kimi ödənilməsi barədə qərar qəbul edilib. Hər iki zərərçəkmiş şəxsə mənəvi ziyan kimi ayrılıqda 2 min manat ödənilməlidir.

    Günəş Qasımovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.

  • Mingəçevir xəstəxanasında mənimsəmə faktı: Vəzifəli şəxslərə cinayət işi açıldı

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.

    Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb.

    Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış pul vəsaitindən 50 000 manatdan artıq vəsaiti mənimsəməsi faktı aşkarlanıb.

    Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə – küllü miqdarda törədildikdə) və 308.1-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

  • В Азербайджане скончалась студентка

    Скончалась студентка Университета Одлар Юрду.

    Соответствующая информация распространилась в соцсетях.

    Было отмечено, что скончалась студентка 1 курса финансового факультета вуза Сурая Джанбахышлы.

  • Azərbaycanda tələbə vəfat edib

    Odlar Yurdu Universitetinin tələbəsi vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

    Bildirilib ki, universitetin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi olan Sürayə Elman qızı Canbaxışlı vəfat edib.

  • Министр повысил полковника в должности – ФОТО

    В Министерстве по чрезвычайным ситуациям (МЧС) произошла очередная кадровая перестановка.

    Как сообщает manset.az, соответствующим приказом министра по чрезвычайным ситуациям генерал-полковника Кямаледдина Гейдарова командир Бакинского полка Службы спасения особого риска МЧС полковник Интигам Ахундлу освобожден от занимаемой должности. Другим приказом министра он назначен заместителем начальника Службы спасения особого риска.

    Назначения на пост командира Бакинского полка пока нет.

    Отметим, что в последние дни в МЧС произошел ряд кадровых изменений. Начальник Центра управления в кризисных ситуациях генерал Адиль Абдуллаев освобожден от занимаемой должности и назначен заместителем министра по чрезвычайным ситуациям.

  • Nazir polkovniki daha yüksək vəzifəyə təyin etdi – FOTO

    Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi olub.

    Manset.az xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik İntiqam Axundlu tutduğu vəzifədən azad edilib. Digər əmrlə o, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

    Xidmətin Bakı alayının komandiri vəzifəsinə hələlik təyinat yoxdur.

    Qeyd edək ki, son günlər FHN-də bir sıra kadr dəyişiklikləri edilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general Adil Abdullayev vəzifəsindən azad olunaraq fövqəladə hallar nazirinə müavin təyin edilib.

  • В Баку во дворе паба произошла массовая драка – ВИДЕО

    Во дворе паба на улице Асада Ахмедова в Ясамальском районе Баку произошла массовая драка.

    Как сообщает Report, в ходе драки был применен нож, а соответствующие кадры были сняты камерой видеонаблюдения.

    Сотрудник пресс-службы МВД лейтенант полиции Ибрагим Амирасланлы сообщил, что по данному факту проводится расследование.

    “Назначены соответствующие экспертизы и установлен виновный. В зависимости от заключения экспертизы и результатов расследования делу будет дана правовая оценка”, – сказал представитель МВД.