Month: March 2024

  • Salyan xəstəxanasına baş həkim təyin edildi

    Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.

    “Report”un yerli bürosunun məlumatına görə, bu vəzifəyə Yeganə Ağabala qızı Əliyeva təyin edilib.

    1965-ci ildə Salyanda anadan olan Y.Əliyevə 35 ilə yaxındır xəstəxanada cərrah-həkim kimi fəaliyyət göstərib.

    Qeyd edək ki, bundan əvvəl xəstəxananın baş həkimi Nurlan Hüseynov idi.

  • В Азербайджане скончался ученик 9-го класса

    В Баку скончался ученик 9 класса.

    Натиг Магеррамов был учеником средней школы №24.

    Отмечается, что мальчик скончался после продолжительной болезни.

  • Azərbaycanda şagird vəfat edib

    Bakıda 9-cu sinif şagirdi vəfat edib.

    Natiq Məhərrəmov 24 saylı tam orta məktəbin şagirdidir.

    Natiq Məhərrəmovun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir.

  • Правоохранительные органы провели спецоперацию: задержаны заместители главы ИВ

    Сегодня сотрудники правоохранительных органов провели специальную операцию в Исполнительной власти (ИВ) Гянджи.

    Как сообщает sfera.az, в ходе операции были задержаны первый заместитель главы ИВ города Самед Томуев и заведующий отделом архитектуры и строительства аппарата главы ИВ Гянджи, главный архитектор Эльхан Мамедов.

    Были задержаны и другие заместители, их имена пока не

  • Azərbaycanda icra başçısının müavinləri SAXLANILDILAR

    Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

    Sfera.az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.

  • Qvatemala prezidenti İlham Əliyevi təbrik etdi

    Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Əminik ki, yeni prezidentlik müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır.

    Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır. Bu, Sizin rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin həyata keçirilməsinə imkan verəcəkdir.

    Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edir və dərin ehtiramımı bildirirəm”.

  • İlham Əliyev Pakistanın baş nazirini təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Qardaş ölkə və etibarlı tərəfdaşımız olan Pakistanla münasibətlərimizin yüksələn xətlə inkişaf etməsi məmnunluq doğurur. Dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq edirlər. Pakistanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

    Biz bundan sonra da Azərbaycan ilə Pakistan arasında qardaşlığa, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindəyik. Siyasi dialoqumuzu davam etdirmək, ikitərəfli əməkdaşlığımızın gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistanın və xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Bakıda “Tarqovı”ya maşınla giriş qadağan edildi – Yol bağlandı (VİDEO)

    Bakıda Malakan bağı kimi tanınan Xəqani parkının ətrafına avtomobillərlə giriş məhdudlaşdırılıb.

    Proses bu gün başlayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Rəsul Rza, Qoqol və Xəqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən əraziyə dibçəklər qoyulub. Xəqani parkını avtomobillə dövr eləmək mümkün olmayacaq. Maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər. Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir. Bundan başqa, bir müddət sonra işin davamı olaraq həftə sonları həmin küçələrə giriş tam bağlanacaq.

    Uzun müddətdir aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında, həftə sonları və axşam saatlarında “Tarqovı”ya maşınla gəlmək istəyənlərə görə Sahil metrosunun ətrafında sıxlıq yaranır.
    //avtosfer.az

  • Metroda oğurluq edən kişi və qadın saxlanılıblar

    Bakıda metro stansiyasında oğurluq edən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının içərisində pulu, bank kartı və sənəd olan çantasını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən Tural Məmmədov və bir qadın müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Отец задержанного в Армении военнослужащего: Нам организуют онлайн-встречу

    Как ранее сообщалось, утром 28 февраля солдат азербайджанской армии Руслан Эльдениз оглу Панахов, перемещаясь между служебными позициями на территории Лачынского района, заблудился, сбившись с направления при неблагоприятных погодных условиях.

    Позже в армянском сегменте Сети распространилась информация о том, что нашего солдата задержали в Армении. В его отношении было возбуждено “уголовное дело” по сфабрикованным обвинениям.

    Редакция Bizim.Media связалась с отцом Руслана Панахова Эльденизом Панаховым.

    Он отметил, что государственные структуры работают над этим вопросом.

    “В настоящее время я нахожусь в Государственной комиссии по делам военнопленных, заложников и пропавших без вести граждан. Через некоторое время поеду в азербайджанское представительство Международного комитета Красного Креста (МККК). Информации о том, когда вернут моего сына, нет.

    С нами постоянно находятся на связи, и каждое из наших соответствующих учреждений проводит работу в этом направлении. В МККК сообщили, что они организуют онлайн-встречу с сыном. О времени не сообщается”, – рассказал отец военнослужащего.