Month: March 2024

  • Qəzzada ölən fələstinlilərin sayı 31 minə çatıb

    Qəzza zolağında ölən fələstinlilərin sayı 30 800 nəfərə çatıb.

    Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qəzza zolağında müharibə başlayandan bəri 72 298 fələstinli yaralanıb.

    Qeyd edilib ki, təkcə son 24 saat ərzində hücumlar nəticəsində 83 dinc sakin ölüb.

  • İdarəetməni itirən sürücü öldü

    Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Güloğlan oğlu Məlikovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

    Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Tovuzda yol qəzası olub, baba və nəvə xəsarət alıb

    Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Median.Az report.az-a istinadən xəbər verir ki, minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – 1957-ci il təvəllüdlü V.Hüseynov və nəvəsi, 2009-cü il təvəllüdlü E.Hüseynov xəsarət alıb.

    Yaralılar xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Nə etmək lazımdır ki, tikintisi başa çatmayan binadan ev alan zaman aldadılma olmasın – ARAŞDIRMA – VİDEO

    Adətən tikintisinə yeni başlanan, tikilməkdə olan binadan ev alanlar bəzən müxtəlif problemlərlə qarşılaşırlar. Binaya vaxtında təhvil verilmir, ya da bəzi hallarda eyni mənzilin bir neçə şəxsə satılması faktları üzə çıxır.

    İnsanlar sırf bu səbəbdən tikintisi başa çatmayan binalardan deyil, hazır mənzilləri almağa üstünlük verdiklərini deyirlər. Ancaq iş orasındadır ki, Bakıda tikintisi başlamayan binaların da bəzən mənzilləri öncədən satılır. Üstəlik hazır evlərlə müqayisədə belə mənzillər ucuz təklif olunduğundan alıcıları cəlb edir.

    Median.Az
    Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Qasımzadə deyir ki, aldanmamaq üçün alıcılar bəi məqamlara diqqət etməlidirlər. MTK sahiblərindən binanın torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihəni tələb edə bilərlər.

    Ekspert deyir ki, həmçinin MTK rəhbərliyi sadalanan sənədləri dövlət reyster xidmətinə təqdim etməlidir. Reysterə təqdim edilən sənədlər qaydasında olan zaman vətəndaşların aldıqları mənzilə öncədən çıxarış hazırlanır. Bu isə mənzillərin başqa şəxslərə satılmasının qarşısını alır. Ekspert həmçinin qeyd edir ki, hazırda həmin məsələ ilə bağlı elektron portal da hazırlanır.

    Hazırda həmin portal üzərində iş gedir və yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Kələm turşusu ilə necə arıqlamaq olar? – DİETOLOQ AÇIQLADI

    Qidalanma mütəxəssisi Elena Solomatina kələm turşusu vasitəsilə arıqlamağın yolunu açıqlayıb.

    Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, ağ kələm turşusu arıqlamaqda daha təsirli olur.

    Onun sözlərinə görə, bu qidanın tərkibində əlavə funtlardan qurtulmağa kömək edən komponentlər var:

    “Ancaq eyni zamanda, belə bir turşu minimum miqdarda duz ilə hazırlanmalıdır. Duzlu kələmin tərkibində artıq şəkər və yağları çıxaran lif, həmçinin aşağı glisemik indeks var. Duzlu kələm orqanizmi enerji ilə doyurur və metabolik prosesləri normallaşdırır”.

  • Daha günlər 24 yox, 18 saatdır – Maraqlı iddia

    Son zamanlar hamı vaxtın sanki daha sürətlə uçmasından gileylənir. Bəzi araşdırmaçılara görə, daha günlər 24 yox, 18 saat davam edir.

    Lent.az zamanın qısalması iddiaları ilə bağlı aparılmış araşdırmalardan bəhs edir.

    Gecələrini ibadətlə keçirən Tibet rahibləri monastır nizamnaməsinə görə müəyyən vaxt ərzində müəyyən sayda dua oxumalıdırlar. Əvvəllər rahiblərin gecələr müəyyən sayda dua oxumağa və hətta dincəlməyə vaxtları var idisə, indi eyni sayda duanı səhərə qədər oxuyub bitirə bilmirlər. Üstəlik onlar bildiriblər ki, əsrlər boyu monastrda işlədilən bir günlük yağ lampalarının içərisindəki yağlar indi artıq qalır. Çünki 24 saat üçün nəzərdə tutulmuş yağlar indi 18 saat istifadə olunur. Bu din insanlarının iddiasıdır. Bəs elm adamları nə deyirlər?

    Planetimizin fiziki vaxtı həqiqətən də sürətlənib. Əvvəllər Yerin həmişə eyni sürətlə fırlandığını düşünürdük, amma məlum oldu ki, bu belə deyil. Yer kürəsi daha sürətli fırlanmağa başlaya bilər və bu, zamanın keçməsini sürətləndirir.

    Brüssel Universitetinin alimləri iddia edirlər ki, gün 16 saata qədər azalıb. Onların fikrincə, Yer yaşadığı müddətdə gün həmişə 24 saat olmayıb. O gah daha çox, gah daha qısa hala gəlib. Bu Yer kürəsinin öz oxu ətrafında fırlanması ilə əlaqəli prosesdir.

    Yerin canlı orqanizm kimi nəbzi vurur. Buna Şumann rezonansı da deyilir. Bu kəşf XX əsrin ortalarında edilib. Onda yerin nəbzi dəqiqədə 7- 8 arasında dəyişirdi. 80-ci illərdə nəbzin vuruşu artmağa başlayıb. İndi Yerin nəbzi dəqiqədə 13 dəfə vurur. Bu nəbz məkanı və vaxtı dəyişib, yer daha sürətlə fırlanmağa başlayıb. İnsan orqanizmi də buna reaksiya verir. İnsanlar daha tez-tez xəstələnməyə başlayıblar. Çox vaxt belə dövrlərdə elmə məlum olmayan yeni xəstəliklər başlayır.

    Mütəxəssislər günün qısalmasına yerin nüvəsinin yerdəyişməsinin səbəb olduğuna inanırlar. Çox vaxt güclü zəlzələlərdən sonra elm adamları Yerin oxunda yerdəyişmə müşahidə edirlər. Belə ki, Yaponiyada baş verən zəlzələdən sonra ox 15 sm yer dəyişib. NASA-nın Kaliforniya reaktiv hərəkəti laboratoriyasının alimlərinin fikrincə, bu, günün 1,6 mikrosaniyə qısalmasına səbəb olub.
    Bəzi fiziklər isə hesab edirlər ki, biz Kvant sıçrayışına hazırlaşırıq.

    Tədqiqatçılar həyəcanverici proqnozlar verirlər – Yerin sürətlənməsi və günün qısalması öz-özünə baş vermir. Zamanın sürətlənməsi qarşıdan gələn planet dəyişikliklərinin əsas əlamətidir. Planet yeni dövrə qədəm qoyur, Kvant sıçrayışı etməyə hazırlaşır. Mütəxəssislər bu prosesin artıq başladığını və yaxın illərdə daha da genişlənəcəyini bildirirlər. Bəs nə gözlənilir?

    Fiziki səviyyədə hər şey tamamilə dəyişir. Alimlərin fikrinə görə, insanlar getdikcə daha erkən qocalacaqlar. Naməlum səbəblərdən bədənin hüceyrələri yaşlı insanlarda olduğu kimi nəmi qoruya bilmir, tez qırışır. Bu gün bir çox insanlar aktiv ruhani inkişaf yaşayırlar. Ezoteriklərin fikrincə insanlıq öz yeni mərhələsinə qədəm qoyur. Yeni varlıq formalarını kəşf edəcək, zamandan və məkandan kənar yaşamı kəşf edəcəyik. Bunu möminlər “axir zaman”, qiyamət əlaməti kimi dəyərləndirsə də, bəzi mütəxəssislər yerin öz qış dövrünü, növbəti fəlakətlər erasının başladığını bildirirlər. 2026-cı ildə yer öz növbəti mərhələsinə qədəm qoyacaq. Fəlakət və dağıntılardan sağ çıxanlar daha əvvəlki kimi yaşaya bilməyəcəklər.

  • İki rayonda vətəndaşlardan 16 tüfəng götürülüb – FOTO

    İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda üç, Qəbələdə isə son iki ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

  • Azərbaycanla Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi (nazirin birinci müavini) xanım Maria Laura ilə görüşüb.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri “X”dəki hesabında yazıb.

    Görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, COP29 ilə əlaqədar hazırlıq işləri müzakirə edilib.//report.az

  • Sabirabad sakini dəm qazından zəhərlənib

    Sabirabad sakini dəm qazından zəhərlənib.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.

    Kənd sakini, 1973-cü il təvəllüdlü Mədətova Mahirə Məhəmməd qızı dəm qazından zəhərlənib.

    51 yaşlı qadın Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

  • Ceyhun Bayramov Şimali Kipr Türk Respublikasının xarici işlər naziri ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

    APA xəbər verir ki, bu barədə nazir X səhifəsində paylaşım edib.

    “Şimali kipirli həmkarımla görüşdən məmnunan. Biz əməkdaşlığın inkişafı üçün Türk Dövlətləri Təşkilatını effektiv platforma olduğunu qeyd etdik”,