Month: March 2024

  • Azərbaycanda kişi öz qaladığı ocaqda yanaraq öldü

    İmişli sakini ocaqda yanaraq ölüb.

    APA xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdlü Pünhan Hafiz oğlu İbişov qaladığı ocaqda yanaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Göyçayda kanalda batan şəxsin meyiti tapılıb – FOTO

    Göyçayda kanalda batan şəxsin meyiti tapılıb.

    “Report” xəbər verir ki, 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nazim oğlunun meyiti batdığı yerdən təqribən 150 metr aralıda tapılıb.

    Şəxsin cansız bədəni aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, hadisə fevralın 29-da Yuxarı Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

  • “Formula 1”: mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib

    “Formula 1” üzrə dünya çempionatında mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşib.

    “Report”un məlumatına görə, Bəhreyndə təşkil olunan yarışın birinci mərhələsində “Red Bull”un pilotu Maks Ferstappen hamını qabaqlayıb.

    Niderlandlı üçqat dünya çempionu finişə birinci çatıb. Onun komanda yoldaşı Serxio Peres ikinci yeri tutub. İlk “üçlüy”ü “Ferrari”dən Karlos Saynz qapayıb.

    Qeyd edək ki, ikinci tur 7-9 mart tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.

  • США осуществили первую доставку помощи в Газу военными самолетами

    Американские военно-транспортные самолеты C-130 Hercules осуществили первую доставку гуманитарной помощи в сектор Газа.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщило агентство Reuters со ссылкой на свои источники.

    По их данным, по воздуху было доставлено более 35 тыс. порций еды. Вода и медикаменты на борту отсутствовали. Всего было сброшено 66 грузов – по 22 с каждого самолета.

    1 марта президент США Джо Байден объявил о решении направить гуманитарную помощь палестинскому анклаву по воздуху, а также о ее возможной доставке по морю. Он сообщил, что помощь поступает в Газу недостаточно быстро и Вашингтон работает над тем, чтобы добиться прекращения огня, которое позволило бы увеличить ее объемы. Как добавил глава государства, США “будут настаивать на том, чтобы Израиль способствовал увеличению количества грузовиков и маршрутов, чтобы все больше людей получало необходимую им помощь, без всяких отговорок”.

  • ABŞ Qəzzaya hərbi təyyarələrlə ilk yardımı çatdırıb

    ABŞ Qəzzaya hərbi təyyarələrlə ilk yardımı çatdırıb.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

    Humanitar yardım “C-130 Hercules” hərbi-nəqliyyat təyyarəsi vasitəsilə həyata keçirilib.

    Yardıma 35 mindən çox (ümumilikdə 66 yük) qida məhsulları daxil olub. Su və dərman vasitələri təyyarədə olmayıb.

    Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Fələstin anklavına humanitar yardımın göndərilməsi qərarını açıqlayıb. O, Vaşinqtonun daha çox yardıma imkan verəcək atəşkəsə vasitəçilik etməyə çalışdığını bildirib. Onun fikrincə, daha çox insan heç bir bəhanə olmadan lazım olan yardımı ala bilməlidir.

  • Dünyada spirtli içkilərimizin dadına Türkiyə vasitəsilə baxacaqlar – FOTO

    Azərbaycan Türkiyəyə hər il sıfır faiz gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək. Türkiyə mətbuatında qeyd olunub ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb. Qərara əsasən, Azərbaycandan Türkiyəyə spirtli içkilərin idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib.

    Maraqlıdır, qərar spirtli içki ixracatında Azərbaycan üçün hansı imkanları açacaq? Ümumiyyətlə, Türkiyədə spirtli içkilərimizə tələbat necədir və əsasən, hansı spirtli içkilərin ixrac potensialı yüksəkdir?

    “Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

    15 milyard dollarlıq hədəf…

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Kaspi” qəzetinə verilən məlumata görə, Azərbaycan ilə qardaş Türkiyə arasında xarici ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılması hədəfinə nail olmaq üçün göstərilən səylər müsbət nəticə verir: “İki ölkə arasında bağlanan preferensial ticarət müqaviləsi bu sahədə önəmli rol oynayır. Müqavilə əsasında hər iki ölkə tərəfindən idxal ediləcək məhsullar fiskal rüsumlardan azad ediləcək və nəticədə hər iki ölkəyə məxsus məhsullar daxili bazarlarda daha rəqabətqabiliyyətli olacaq”.

    Məhsullarımızın rəqabət qabiliyyəti artacaq

    Qurumdan bildirilir ki, bu müqavilə ilə Azərbaycan Türkiyənin spirtli içkilər bazarında öz yerini tuta bilər: “Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft/qaz sektorunda yer alan spirtli və spirtsiz içkilərin ixracında əhəmiyyətli canlanma müşahidə edilib. Belə ki, 2023-cü ilin yekunlarına görə, spirtli və spirtsiz içkilərin ixracı 29,2 milyon ABŞ dolları və ya 94,1% artaraq 60,2 milyon ABŞ dolları təşkil edib. Sözügedən məhsulların əsas ixrac coğrafiyası avrozona ölkələri arasında İspaniya və Avstriya, MDB ölkələri arasında isə Rusiya və Qazaxıstan olub. Türkiyə Cümhuriyyətinə gəldikdə isə, bu ölkəyə ixrac edilən spirtli və spirtsiz içkilərin həcmində ötən illərlə müqayisədə artım müşahidə olunub. Qarşıdakı müddətdə Azərbaycanın spirtli içki məhsulları sıfır gömrük rüsumu ilə Türkiyəyə ixrac edilərsə, bu, onun qardaş ölkənin bazarında rəqabət gücünü artıracaq. Nəticədə Azərbaycanın spirtli içki məhsulları Avropa və MDB ölkələri ilə yanaşı, Türkiyə bazarında da rəğbət qazana bilər”.

    Yerli üzüm sortları ön planda

    Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov deyir ki, dünyada artıq şərabçılıq sahəsində yeni ağız dadına, yeni brendlərə ehtiyac duyulur. Azərbaycanda yerli sortdan hazırlanan şərablar bu tələbatı qarşılamaq iqtidarındadır: “SSRİ dağıldıqdan sonra ölkəmiz yerli sortlarla bağlı tam potensialını ortaya qoymamışdı. Ölkədə istehsal olunan şərabların əksəriyyəti xarici sortlardan alınırdı. İndi müəyyən şərab zavodları var ki, yerli sortların istehsalına başlayıblar. Həmçinin, dünya bazarında da artıq xarici sortlarda rəqabət qabiliyyəti aşağı düşüb, yerli sortlara tələbat yüksəlib. Məsələn, Fransanın, İtaliyanın müxtəlif növ şərablarına tələbat əvvəlki kimi deyil”.


    Yeni dad, yeni keyfiyyət

    Mütəxəssis vurğulayır ki, hazırda Azərbaycanın yerli texniki üzüm sortlarından alınan şərablara maraq çoxdur: “Azərbaycanın iqlim tipi aqromüxtəliflik yaradır. Bu aqromüxtəliflik şərabçılıq sahəsinə də müsbət təsir göstərir, üzümlərimizin biokimyəvi tərkibini zənginləşdirir. Bu səbəbdən də Azərbaycan şərabları kimyəvi göstəricilərinə görə çox zəngindir. Bu gün Azərbaycan şərabları bazara yeni dad, yeni keyfiyyət gətirir və xaricdə qırmızı şərablarımıza tələbat çoxdur. Ölkədə yetişdirilən Şirvanşahı, Mədrəsə, Həməşərə, Bayanşirə, Xındoqnı kimi texniki üzüm sortlarından yüksək keyfiyyətli, harmonik dada malik şərablar istehsal olunur. Gələcəkdə də yerli sortlarla xaricdə rəqabətqabiliyyətli məhsullarla təmsil oluna bilərik”.

    O inkişafın qarşısı alınmasa idi…

    İqtisadçı Fuad İbrahimov isə bildirir ki, Azərbaycanın spirtli içki istehsalı sahəsində kifayət qədər təcrübəsi var: “Azərbaycanda sovet dönəmində içki istehsal edən qabaqcıl müəssisələr var idi. Şərabçılıq, üzümçülük o dövrdə də kifayət qədər inkişaf etmişdi. Lakin o dövrdə SSRİ-nin yarıtmaz idarəetmə üslubu ölkədə üzümçülük və şərabçılığı məhv etdi. Halbuki o inkişafın qarşısı alınmasa idi, bu gün qeyri-neft sektorunda, əsasən də kənd təsərrüfatı sahəsində şərabçılıq mühüm yerə sahib olardı. Bu gün ölkəmizdə üzümçülük və şərabçılıq sahəsində kifayət qədər irəliləyiş var”.


    İxracın coğrafiyası şaxələnməlidir

    İqtisadçı vurğulayır ki, spirtli içki ixracımızda ənənəvi istiqamətlərimiz həmişə Rusiya, Ukrayna, Belarus olub: “Bu ixracın coğrafiyası şaxələnməlidir. Bu gün ölkəmizdə bu sahədə Şərq və Qərb istiqamətində də kifayət qədər işlər görülür. Qardaş Türkiyəyə ixracın isə bizə əhəmiyyətli dərəcədə geridönüşləri olacaq. Çünki Türkiyə turizm sənayesində kifayət qədər dayanıqlı mövqedədir. Bu baxımdan, bizim məhsullarımız bu ərazilərə güzəştli şəkildə daxil olarsa və dövriyyəyə cəlb edilərsə, ilk növbədə turizm dünyasında bunun tanınması prosesi sürətli gedəcək. Bu da öz növbəsində Azərbaycan brendlərinin digər ölkələrdə reklamını gücləndirəcək. Nəzərə almaq lazımdır ki, dünyada spirtli içkilər və tütün məmulatları ilə bağlı kifayət qədər yüksək rüsumlar, aksizlər tələb olunur. Belə bir vəziyyətdə qardaş Türkiyəyə spirtli içkilərin gömrük rüsumu olmadan ixracı, bu məhsulun iqtisadi dövriyyəyə cəlb olunmasında, şaxələnməsində və təbliğ olunmasında kifayət qədər müsbət rol oynayacaq”.

  • İnsanın yalanını tanıya bilən heyvanlar

    Bəzi heyvanlar var ki, insanın səsindən onun hansı emosional duyğu içərisində olduğunu bilirlər.

    Median.Az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar keçilərin əslində düşündüyümüzdən qat-qat yüksək intellektə malik olduğu qənaətinə gəliblər.

    Honq-Konq şəhər universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, keçilər insanın əhval-ruhiyyəsini oxumaq qabiliyyətinə malikdir. Araşdırmaya görə, keçilər xoşbəxt və ya kədərli olduğumuzu müəyyən etmək üçün sadəcə bir insanın səsini eşitməyi yetərlidir.

    Keçilərin zaman keçdikcə (təxminən 10 000 il) insanlara yaxınlıq və onlarla qarşılıqlı əlaqə vasitəsilə insan səs siqnallarına həssaslıq inkişaf etdirdiyi güman edilir. Tədqiqatın müəllifi, professor Alan Makelliot qeyd edir ki, tarixdə ilk dəfə olaraq keçilərin insan səsindən gələn siqnalların emosional rəngini ayırd edə bildiyinə dair sübutlar təqdim etmək mümkün olub.

    Əvvəlki tədqiqatlar artıq göstərib ki, keçilər qohumlarının “səsindəki” duyğuları ayırd edə bilirlər. Alimlər yeni araşdırmada bu heyvanların insan nitqindəki emosional rənglənməyə necə reaksiya verdiyini sınaqdan keçiriblər. Təcrübələr zamanı tədqiqatçılar keçilərin insan nitqində duyğulara necə reaksiya verdiyini yoxlamaq üçün “hey, bura bax” ifadəsindən istifadə ediblər.

    Həmçinin, mənfi çalarlı səsin pişik və itlər kimi ev heyvanlarının reaksiyasına bənzər keçilərdə qorxu hissi yarada biləcəyini təklif edir.

  • Bakıda ağır qəza: Avtomobil motosikletçini bir neçə metr irəli tullayıb – VİDEO

    Bakının Yasamal rayonunda avtomobillə motosiklet toqquşub.

    Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

    Hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

    Motosikletçi güclü zərbənin təsirindən bir neçə metr irəli düşüb.

    Hadisə zamanı ümumilikdə iki nəfər xəsarət alıb.

  • На острове Корсика прошла антифранцузская демонстрация – ВИДЕО

    На острове Корсика прошла антифранцузская демонстрация.

    Как передает турецкий телеканал Haber Global, корсиканцы, требующие независимости от Франции, посредством проведения массовых протестов направляют месседжи в разные уголки мира. Однако их законные требования приводят к жесткому вмешательству со стороны французской полиции.

    Сообщается, что в центре внимания протестующих оказалась администрация президента Франции Эммануэля Макрона. Так, демонстранты потребовали от правительства освобождения ранее арестованных членов партии Nazione.

    Подробнее – в сюжете.

  • Fransa polisi Korsikada etirazçılara və “Haber Global”ın canlı yayımına müdaxilə edib – VİDEO

    Korsika adasında Fransa əleyhinə nümayiş keçirilib.

    “Haber Global”ın məlumatına görə, Fransa polisi aksiyanı işıqlandıran telekanalın canlı yayımına müdaxilə edib.

    Belə ki, jurnalist Emre Karaca və operator Engin Esgi aksiyanı zor gücü ilə dağıtmaq istəyən asayış keşikçilərinin müdaxiləsi ilə üzləşib.

    Qeyd edilir ki, polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəzi yerlərdə kiçik yanğınlar olub. Fransa polisinin hazırda qanunsuz hərəkətləri davam edir və dinc aksiya keçirən Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır.

    Vurğulanır ki, Fransadan müstəqillik tələb edən korsikalılar kütləvi şəkildə etiraz edərək öz səslərini dünyaya çatdırırlar. Lakin onların haqlı tələbləri Fransa polisinin sərt müdaxiləsinə səbəb olur.

    Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun administrasiyası etirazçıların diqqət mərkəzində olub. Belə ki, nümayişçilər hökumətdən “Nazione” partiyasının həbsdə olan üzvlərinin azad edilməsini tələb ediblər.

    Daha ətraflı “Haber Global”ın reportajında: