Month: March 2024

  • Ən qısqanc 5 bürc açıqlandı

    Astrologiyada bəzi bürclər qısqanclıq baxımından digərlərini üstələyir. Bu çərçivədə ən qısqanc 5 bürc və qısqanclıq zamanı bəd nəzəri cəlb etmə ehtimalı yüksək olanlar astroloqlar tərəfindən açıqlanıb.

    Median.Az yenisabah.az-a istinadən ən paxıl 5 bürcü təqdim edir:

    Əqrəblər bəd nəfsli bürclərdən birincisidir. Onlar sevdikləri şeylərə çox bağlıdır və başqalarının sahib olduqları şeylərə paxıllıq edə bilərlər. Əqrəblər çox intiqamçıdır və haqsızlığa məruz qaldıqlarını hiss etdikdə intiqam almaq istəyirlər.

    Şirlər qürurlu və təkəbbürlüdür. Onlar həmişə diqqət mərkəzində olmaq istəyir və başqalarının sahib olduqları şeylərə paxıllıq edirlər. Şirlər rəqabət aparmağı sevir və həmişə qalib gəlmək istəyirlər.

    Oğlaqlar iddialı və çalışqandırlar. Uğur qazanmaq üçün çox çalışırlar və başqalarının sahib olduqlarına paxıllıq edə bilərlər. Onlar da çox etibarsız ola bilər və başqalarının onları geridə qoyacağından həmişə qorxurlar.

    Balıqlar həssas və emosional bürclərdən sayılır. Onlar sevdikləri şeylərə çox bağlıdırlar və başqalarının sahib olduqları şeylərə paxıllıq edirlər

    Xərçənglər emosional və şəfqətli bürc nümayəndələridir. Onlar sevdiklərinə çox sadiqdirlər və onları qorumaq üçün hər şeyi edirlər. Lakin tərk edilmə qorxuları onları həmişə paxıl edir.

  • Ukrayna cəhənnəmə çevrildi – Qəbiristanlıqlar daşır, kəndlərdə kişi qalmayıb…

    Qərb, xüsusən də ABŞ Konqresindəki respublikaçılar ona diqqət yetirməlidirlər ki, Ukraynadakı müharibə təkcə istifadə olunan raket və mərmilər yox, həm də ölən və şikəst olan hərbçilərin sayı ilə ölçülür.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı analitik Mixail Botsyurkiv deyib.

    “Ukraynada itkilər o qədər böyükdür ki, demək olar, hər bir ailəyə toxunub. Müharibə və itkilərin gətirdiyi yorğunluq soyuq qar örtüyü kimi bütün ölkəni cənginə alıb. Qərbin müharibənin təkcə ölüm kimi yox, həm də kütləvi travma, sosial quruluşun dağılması kimi bəşəri dəyərini tanımasının vaxtıdır”, – analitik bildirib.

    Botsyurkivin sözlərinə görə, Lvovdakı Lıçakov və ölkədəki digər qəbiristanlıqlar dolub-daşır, aidiyyəti qurumlar yeni qəbirlər üçün ərazilər ayırmağa, axtarmağa məcbur olurlar:

    “Mənə dedilər ki, Lvov ətrafındakı kiçik kəndlərdə kişi qalmayıb. Müharibənin başlanğıcında qəbul mərkəzlərində sıraya düzülən könüllü döyüşçü dalğası tamamilə yoxa çıxıb. Bu, məni düşündürür: kütləvi səfərbərlik başlasa, ölənlərdən, ömürlük əlil olanlardan, xaricə qaçanlardan, adlarının çağırış siyahılarından çıxarılması üçün pul alan məmurlardan başqa kim qalacaq?”

    Analitik təkcə Ukraynaya yeni hərbi yardımın ayrılmasına mane olan respublikaçıları yox, həm də Amerika xalqını buna görə inandıra bilməyən Prezident Co Baydeni qınayır. Botsyurkiv vurğulayıb ki, ABŞ Ukraynanı Rusiyanın mərhəmətinə buraxarsa, bunun nəticələri bütün dünya üçün ağır olacaq.

    “Ukraynanın əl-qolunu bağlamaq iki il əvvəl Rusiya işğalının başlamasından bəri Vaşinqtonun xərclərindən çox ağır xərclərlə nəticələnəcək. ABŞ-nin Ukraynanı tərk etməsi Amerikanın özü və müdafiə etdiyi dəyərlərdən imtinası deməkdir. Bir çox cəhətdən bu, həm də Amerikanın müharibəsidir, istisna burada ukraynalıların döyüşməsi və ölməsidir”, – analitik söyləyib.

  • В Ереване прошла акция с требованием высылки российских пограничников из страны

    Молодежное крыло политического движения “Национально-демократический полюс” Армении проводит акцию протеста возле ереванского аэропорта “Звартноц”, требуя отстранения российских пограничников, несущих службу в аэропорту.

    Об этом сообщает Report со ссылкой на армянские СМИ.

    “Это не только доказательство несуверенности Республики Армения, но и позорный факт, оскорбляющий достоинство каждого армянина.

    Для достойного армянина, являющегося гражданином Республики Армения, недопустимо, чтобы иностранец охранял границы его страны, его дома, чтобы иностранец решал, кого впустить в страну, а кого нет.

    На самом деле сегодня мы не хозяева своего родного города и не знаем, кому открыты или закрыты ворота нашей страны”, – заявили протестующие.

    Они обратились ко всем гражданам, которые знают, что на границах Армении находятся “российские оккупанты”, и не принимают эту реальность.

    “Давайте вместе выразим волю к изгнанию российского оккупанта из Армении и созданию суверенного государства”, – говорится в обращениях участников акции.

  • İrəvanda Rusiya sərhədçilərinin ölkədən qovulması tələbi ilə aksiya keçirilib

    Ermənistanın “Milli Demokratik Qütb” siyasi hərəkatının gənclər qanadı İrəvanın “Zvartnots” hava limanı yaxınlığında aeroportda xidmət edən Rusiya sərhədçilərinin oradan çıxarılması tələbi ilə etiraz aksiyası keçirir.

    Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

    “Bu, təkcə Ermənistan Respublikasının qeyri-suverenliyinin sübutu deyil, həm də hər bir erməninin ləyaqətini təhqir edən rüsvayçı faktdır.

    Ermənistan Respublikasının vətəndaşı olan ləyaqətli erməni üçün əcnəbinin öz ölkəsinin, evinin qapısını mühafizə etməsi, ölkəyə kimin buraxılıb- buraxılmayacağına əcnəbinin qərar verməsi qəbuledilməzdir.

    Əslində bu gün biz öz məmləkətimizin ağaları deyilik və bilmirik ki, ölkəmizin qapısı kimə açıqdır və ya bağlıdır.

    Ermənistanda isə sərhədçi deyilən işğalçıları ölkəmizdən çıxara biləcək məmur olmayıb və yoxdur. Ona görə də məsələ buna dözməyən ləyaqətli ermənilərin çiynində qalıb”, – etirazçılar bildiriblər.

    Onlar Ermənistan sərhədlərində Rusiya işğalçılarının olduğunu bilən və bu reallığı qəbul etməyən bütün vətəndaşlara müraciət ediblər.

    “Gəlin birlikdə Rusiya işğalçısını Ermənistandan qovmaq və suveren dövlət yaratmaq iradəmizi ifadə edək”, – aksiya iştirakçıları müraciətlərində bildiriblər.

    Əraziyə xeyli sayda polis əməkdaşı cəlb edilib.

  • Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə üçüncü olub

    Azərbaycan gimnastika millisi Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən “Gymnastic International 2024” beynəlxalq turnirində bürünc medal qazanıb.

    Median.Az xəbər verir ki, komandamız bədii gimnastika növündə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

    Gənc gimnastlar Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadırova və Fidan Qurbanlı komanda bürünc mükafata yiyələniblər.//report.az

  • DİN-dən qısametrajlı film: Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir

    Daxili İşlər Nazirliyi (DİN) narkotik vasitələr və onların doğurduğu fəsadlar barədə növbəti maarifləndirici qısametrajlı film hazırlayıb.

    DİN-in Mətbuat xidmətindən verilən “Report”a məlumata görə, videoçarx “Narkotik səninlə bərabər sevdiklərinin də həyatını məhv edir!” devizi altında hər kəsi, xüsusən gəncləri bu vərdişlərdən uzaq olmağa səsləyir.

    “Antinarkotik təbliğata dəstək göstərən hər kəsə öncədən təşəkkürümüzü bildiririk”, – nazirlikdən bildirilib.

  • Gəncədə piyadanı maşın vurub

    Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən  şəhər sakini 1967-ci il təvəllüdlü M.Məmmədovu vurub.

    57 yaşlı kişi  xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • XİN başçısı: “Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır”

    Azərbaycan hərbi təminat baxımından Türkiyə ilə əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə konkret addımılar atılır.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

    “Burada əməkdaşlığın müxtəlif formaları mövcuddur. Türkiyədə istehsal olunan silahların alınması, Azərbaycanda hər iki ölkənin müştərək hərbi istehsalının qurulması, eləcə də bu ölkənin iri layihələrində azərbaycanlı mütəxəssislərin iştirakı buraya daxildir. Bunların hər birinin ayrı-ayrılıqda əhəmiyyəti böyükdür, hər 3 istiqamətdə önəmli qərarlar qəbul edilib. Düşünürəm ki, gələcəkdə bunun effektini daha çox görəcəyik”, – C.Bayramov deyib.

  • Глава МИД Азербайджана: Мирное соглашение с Арменией должно быть постоянным

    Ожидания официального Баку от Армении заключаются в том, что обе страны согласятся на мирный договор на основе признания территориальной целостности друг друга не на словах, а на деле.

    Как сообщает Report, об этом заявил министр иностранных дел Азербайджана Джейхун Байрамов журналистам в рамках Дипломатического форума в Анталье.

    Министр подчеркнул, что мирное соглашение должно быть постоянным, чтобы оно не создавало дополнительных вопросов в будущем.

    “С января 2021 года Азербайджан начал предпринимать шаги по нормализации отношений с Арменией. В 2022 году Азербайджан объявил 5 базовых принципов, имеющих важное значение. Эти 5 базовых принципов были приняты Арменией. В то же время они были положительно оценены международным сообществом. Проект документа, подготовленный Азербайджаном и представленный другой стороне, также построен на тех же принципах и формируется в соответствии с нормами международного права”, – подчеркнул Д.Байрамов.

  • Ceyhun Bayramov: “Sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın”

    Rəsmi Bakının Ermənistandan gözləntiləri ondan ibarətdir ki, ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsinə sözdə deyil, real olaraq razılıq versin.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

    Nazir vurğulayıb ki, sülh müqaviləsi davamlı olmalıdır ki, gələcəkdə hansısa açıq suallar yaratmasın.

    “2021-ci ilin yanvar ayından Azərbaycan Ermənistanla münasibətlərin normallaşması istiqamətində addımlar atmağa başladı. 2022-ci ildə Azərbaycan vacib əhəmiyyətə malik 5 baza prinsipini elan etdi. Həmin 5 baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan tərəfindən hazırlanan və qarşı tərəfə təqdim olunan sənəd layihəsi də həmin o prinsiplər üzərində qurulub, beynəlxalq hüququn normalarına uyğun şəkildə formalaşır”, – C.Bayramov deyib.