Month: March 2024

  • Lavrov: “Azərbaycan tərəfi üçtərəfli razılaşmalardakı məsələlərin həllinin tərəfdarı olduğunu təsdiqləyir”

    “Azərbaycan tərəfindən olan həmkarlarımızla daimi dialoqumuz var və onlar Azərbaycan, Ermənistan, Rusiya arasında olan üçtərəfli razılaşmalarda olan məsələlərin həll edilməsinin tərəfdarı olduqlarını təsdiq edirlər”.

    “Report”un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.

    S.Lavrov qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı razılaşmaların necə reallaşdırılacağından asılıdır.

    “Münasibətlərdə inkişaf hər iki ölkə rəhbərliyinin üçtərəfli razılaşmalarda olan öhdəliklərin yerinə yetirməsindən asılı olacaq”, – XİN başçısı deyib.

  • Gəncədə iki evdə yanğın olub

    Gəncədə yanğın hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Qaçaq Nəbi küçəsində qeydə alınıb.

    Belə ki, sözügedən ünvanda yerləşən iki bitişik evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin beşə yaxın yanğınsöndürən avtomobili və 30-dan artıq canlı qüvvəsi cəlb olunub.

    Yanğın söndürülüb, onun qonşu evlərə keçməsinin qarşısı alınıb.

  • Milli parkda “tok”la ov edən şəxs saxlanıldı

    Qızılağac Milli Parkında elektrik cərəyanı ilə ov edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Baku.ws-ə verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə həyata keçirdikləri tədbir zamanı Milli Parkın ərazisindəki Kiçik Körfəz su sahəsində qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan Masallı rayon sakini Telman Məcidov saxlanılıb.

    Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb.
    Faktla bağlı araşdırma aparılır

  • Xankəndi-Bakı ultramarafonunun ikinci mərhələsinin qalibi müəyyənləşib – FOTO

    “İdman həftəsi” çərçivəsində “Qürurla irəli!” şüarı ilə təşkil edilən Xankəndi-Bakı ultramarafonunun ikinci mərhələsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, 36 nəfərin iştirakı ilə Yevlax şəhərindən start götürən ikinci mərhələ 84 kilometr məsafəni əhatə edərək, Ucar şəhərində başa çatıb.

    Finişə çatan 21 nəfər arasında Ağa Əliyev birinci, Elmir Əskərov ikinci, Artyom Əliyev üçüncü olublar. Qadınlar arasında isə Svetlana Şepeleva (Moldova) yürüşü birinci, Leyla Abidinova (Azərbaycan) və Nataliya Vallek isə ikinci yerdə başa vurublar.




  • “Азеригаз” предупредил абонентов в связи с оплатами

    ООО SmartElektroniks выполнит работы по переводу системы AGİS производственного объединения (ПО) “Азеригаз” на новую базу данных.

    Об этом сообщили в ПО.

    В связи с этим с 22:00 2 марта до 12:00 3 марта платежная система будет недоступна для абонентов.

    “Абонентов просят не осуществлять в этот период платежи (загрузка суммы на смарт-карты и погашение задолженности)”, – отмечается в сообщении.

  • “Azəriqaz”dan ödənişlərlə bağlı XƏBƏRDARLIQ: Fasilə olacaq

    “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, qeyd olunan səbəbdən ödəniş sistemi martın 2-si saat 22:00-dan martın 3-ü saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

    “Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart-kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, – məlumatda qeyd edilir.

  • Прогноз погоды в Азербайджане на 3 марта

    3 марта в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода без осадков, умеренный юго-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 1-5, днем – 7-12 градусов тепла.

    Атмосферное давление будет выше нормы – 765 мм ртутного столба. Относительная влажность ночью составит 70-75%, днем – 50-60%.

    В районах Азербайджана завтра погода будет преимущественно без осадков, однако днем местами возможны кратковременные дожди, ночью и утром на отдельных территориях туман, восточный ветер.

    Температура воздуха ночью составит 0-4, днем – 7-12 градусов тепла, в горах ночью – 2-7 градусов ниже нуля, днем – от 2 градусов мороза до 3 тепла.

    Ночью и утром в некоторых горных районах вероятно обледенение дорог.

  • İstirahət gününün HAVA PROQNOZU

    Ölkə ərazisində martın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 765 mm civə sütunu – olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Спортсмену, сломавшему челюсть ветерану войны, вынесен приговор – ВИДЕО

    Вынесен приговор спортсмену Равану Набизаде, сломавшему челюсть сотруднику Государственного агентства медико-социальной экспертизы и реабилитации, ветерану войны Намигу Бабаеву.

    Как сообщает Report, на заседании в Бинагадинском районном суде Р.Набизаде назначено наказание в виде ограничения свободы сроком на 3 года и 1 месяц.

    На него возложена обязанность не покидать адрес своего проживания с 22:00 до 07:00, а также носить электронный браслет.

  • Nazirlikdə qazinin çənəsini sındıran idmançıya hökm oxunub – VİDEO

    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadəyə hökm oxunub.

    “Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

    Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.

    Qeyd edək ki, hadisə 2023-cü ilin mayında baş verib. Baş verənlərlə bağlı məlumat verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya Şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, döyüş növləri üzrə peşəkar idmançı, Vətən müharibəsi iştirakçısı, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gəlmiş Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib:

    “N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb”.

    R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

    İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

    N.Babayev və R.Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, beş medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.