Month: March 2024

  • Sumqayıtda ferma uçub: Xeyli sayda iribuynuzlu heyvan dağıntı altında qalıb – FOTO

    Sumqayıtda ferma uçub, 16 baş iribuynuzlu heyvan dağıntı altında qalıb.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə Ceyranbatan bağları adlanan yaşayış massivində qeydə alınıb.

    Ferma sahibi Yadigar Abbasov bildirib ki, tələf olan heyvanların 12-si iribuynuzlu, 4-ü isə buzovdur.

    Hadisə beton plitənin uçması nəticəsində qeydə alınıb.

  • Sirkə turşusu içən qadın ölüb

    ​Şəki şəhərində 38 yaşlı qadın bir neçə gün öncə intihara cəhd edib.

    Oxu.Az-ın məlumatına görə, fevralın 25-də 1986-cı il təvəllüdlü Sevinc Rəhimova sirkə turşusu içib.

    O, xəstəxanaya yerləşdirilib. Daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təhkim olunub. Qadın ötən gecə orada vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nazpəri Dostəliyeva oxudu, Misir Mərdanov “Naxçivani” oynadı – VİDEO

    Sabiq təhsil naziri Misir Mərdanov və Xalq artisti Nazpəri Dostəliyeva toy məclislərinin birində rəqs ediblər.

    Bununla bağlı görüntüləri Xalq artisti sosial media hesabında paylaşıb.

    “Misir müəllimin çox sevdiyi “Naxçıvani” aşıq mahnısı. Allahdan sizə uzun ömür arzulayıram”, – deyə Nazpəri Dostəliyeva qeyd edib.

    Həmin görüntüləri təqdim edirik:

  • В Саатлинском районе мужчина погиб от удара электротоком

    В Саатлинском районе в результате несчастного случая погиб мужчина.

    Как сообщает АПА, инцидент зафиксирован в Дорожно-эксплуатационном управлении №5.

    Житель села Сарыджалар Эмин Алиев скончался на рабочем месте от удара электрическим током.

    По данному факту ведется расследование.

  • Saatlıda idarədə ölüm: Elektrik cərəyanı can aldı

    Saatlı sakinini elektrik cərəyanı vuraraq öldürüb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonu, 5 saylı Yol-İstismar İdarəsində qeydə alınıb.

    Saatlı rayonunun Sarıcalar kənd sakini Emin Hamlet oğlu Əliyevi iş yerində elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Число погибших в Газе превысило 30 000 человек

    30 320 человек погибли в секторе Газа с начала резкого обострения палестино-израильского конфликта. Еще 71 533 палестинца получили ранения.

    Такие данные привело Министерство здравоохранения палестинского анклава.

    Только за минувшие 24 часа, как отметило ведомство, были убиты 92 человека, 156 пострадали.

    Источник: ТАСС

  • Qəzzada ölənlərin sayı 30 mini keçib

    Ötən ilin oktyabrında Fələstin-İsrail münaqişəsi kəskinləşəndən bəri Qəzza zolağında 30 320 nəfər ölüb.

    Bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

    Bildirilir ki, daha 71 533 fələstinli yaralanıb.

    Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də radikal HƏMAS hərəkatının İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1 200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HƏMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.
    //TASS

  • Bakıda üç nazirlikdən ƏMƏLİYYAT: Silah-sursatı götürüb, qumbaranı partlatdılar

    Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb.

    Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat verib.

    Bildirilib ki, qurumun əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus bir ədəd “RQ-42” markalı əl qumbarası, bir ədəd UZRQM partladıcısı, bir ədəd MPT markalı avtomatik tüfəng, 5,45 mm çaplı səkkiz ədəd avtomat patronu və 36 kalibrli bir ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

    Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев наградил Аскера Расулова орденом – ФОТО

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Аскера Адиль оглы Расулова орденом “За службу Отечеству” 2-й степени.

    Текст документа опубликован на сайте President.az.

    Согласно распоряжению, А.Расулов удостоен награды за плодотворную деятельность в области архивного дела в Азербайджанской Республике.

  • Prezident İlham Əliyev Əsgər Rəsulovu ordenlə təltif edib – FOTO

    Prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

    President.az xəbər verir ki, Ə.Rəsulov Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq sərəncamı ilə təltif olunub.