Month: March 2024

  • Vətəndaşların NƏZƏRİNƏ: “Qarabağda iş” adı altında saxta elan səhifələri peyda oldu – VİDEO

    Azərbaycanda saxta iş elanları verərək vətəndaşlara qarşı dələduzluq edənlər peyda olublar.

    Belə ki, onlar saxta “iş elanları” saytı yaradaraq vətəndaşlardan qeydiyyat üçün 37 manat pul tələb edirlər.

    Qeyd edək ki, sözügedən elanlarda Qarabağdan da iş təklif olunur, hətta orada qalmağa yerin veriləcəyi də deyilir.

    Mövzu ilə bağlı “ATV Xəbər”in süjetini təqdim edirik:

  • В Хачмазском районе 34-летнему мужчине нанесли ножевые ранения

    В Хачмазском районе произошла поножовщина.

    Как передает АПА, Кямран Нифталиев (1990 г.р.) был доставлен в Центральную районную больницу с многочисленными ножевыми ранениями.

    Согласно информации, состояние мужчины оценивается как тяжелое.

    По данному факту проводится расследование.

  • Xaçmazda 35 yaşlı kişi bıçaqlanıb

    Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, 1990-cı il təvəllüdlü Kamran Niftəliyev çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

    Onun vəziyyəti ağırdır.

    K.Niftəliyevin harada və kim tərəfindən bıçaqlandığı araşdırılır.

  • Bakıda insanların marağına səbəb olan “çiçək taksi”nin sürücüsü DANIŞDI – VİDEO

    Bakıda insanların marağına səbəb olan “çiçək taksi”nin sürücüsü danışıb.

    Xezerxeber.az-ın məlumatına görə, hər şey bir müştərinin ona gül dibçəyi verməsi ilə başlayıb.

    Bu taksinin içindən bütün tıxaclar boz, bütün yol problemləri cılız görünür. Müştərilər isə düşməyə tələsmirlər.

    Emil Zamanov iki ildir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. Sərnişinlərin gülə maraqlarının olduğunu görüb, maşında güllərin sayını artırıb. Sonra kompozisiya tamamlansın deyə quşları da əlavə edib.

    O bildirib ki, maşınında hər fəsil dekor dəyişir.

    Taksidə xatirə dəftəri də var, müştərilər öz rəylərini bildirirlər.

    Sürücü qeyd edib ki, bütün bu xidmətlərə görə gediş haqqından əlavə heç bir ödəniş tələb olunmur. Məqsədi sadəcə taksilərin çoxundan narazılıq edildiyi bir dövrdə müştərilərin məmnunluğunu təmin etməkdir.

    Ətraflı süjetdə:

  • Ферстаппен выиграл квалификацию Гран-при Бахрейна в “Формуле-1”

    Нидерландский пилот команды “Ред Булл” Макс Ферстаппен стал победителем квалификации Гран-при Бахрейна – первого этапа чемпионата мира по автогонкам в классе машин “Формула-1”.

    Заезды проходят на автодроме в Сахире.

    Согласно данным, Ферстаппен проехал лучший круг за 1 минуту 29,179 секунды. Второе место занял монегаск Шарль Леклер из “Феррари” (отставание – 0,228 секунды). Тройку лучших замкнул британский пилот “Мерседес” Джордж Рассел (+0,306).

    Гонка пройдет в субботу, начало – в 19:00 по бакинскому времени.

    Источник: ТАСС

  • “Formula-1” Bəhreyn Qran Prisinin kvalifikasiyasının qalibi bəlli oldu

    “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” avtomobil yarışları üzrə dünya çempionatının birinci mərhələsi olan Bəhreyn Qran Prisinin kvalifikasiyasını qazanıb.

    Qeyd olunur ki, yarışlar Saxir avtodromunda keçirilir.

    Ferstappen ən yaxşı dövrəni 1 dəqiqə 29,179 saniyəyə qət edib. İkinci yeri “Ferrari”dən olan moneqask Şarl Lekler (geridə qalma – 0,228 saniyə) tutub. İlk üçlüyü “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel (+0,306) tamamlayıb.

    Xatırladaq ki, yarış şənbə günü, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    Mənbə: TASS

  • ФИФА выступает против введения синих карточек

    Глава Международной федерации футбола (ФИФА) Джанни Инфантино прокомментировал информацию, согласно которой в футболе могут быть введены синие карточки.

    Ранее сообщалось, что в ближайшее время начнется тестирование синих карточек. По данным СМИ, такое наказание будет применяться, если футболист совершит тактический фол, лишающий соперника возможности провести опасную атаку, или проявят несогласие с арбитром. Отмечалось, что нововведение будет опробовано в низших лигах. В следующем сезоне его могут внедрить в играх Кубка Англии.

    “ФИФА категорически против синих карточек. Красная карточка для синей карточки. Ни за что”, – цитирует Инфантино журналист Роб Харрис в социальной сети.

    Ранее против внедрения синих карточек выступил президент Союза европейских футбольных ассоциаций (УЕФА) Александер Чеферин.

    Источник: sovsport.ru

  • FIFA prezidenti futbolda yeni cəzaya qarşı çıxdı: “Əsla olmaz!”

    Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino futbolda kobud qayda pozuntularına görə yeni cəza üsuluna qarşı çıxıb.

    Bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

    “FIFA qəti şəkildə mavi vərəqələrə qarşıdır. Əsla olmaz”, – deyə İnfantino bildirib.

    Xatırladaq ki, yaxın gələcəkdə mavi vərəqə şəklində yeni intizam tənbehi növünün tətbiq oluna biləcəyi barədə məlumatlar yayılıb. Bu kart oyunçulara qəsdən qayda pozuntusuna və ya matç rəsmisi ilə fikir ayrılığına görə göstərilə bilər. Bundan sonra oyunçuları 10 dəqiqə meydandan kənarlaşdırmaq nəzərdə tutulur.

    Mənbə: Sovsport.ru

  • Fazil Mustafa işində təqsirləndirilən şəxslərin ifadələri: “Azər dedi, sənə şirinlik verəcəyəm”

    Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə veriblər.

    Təqsirləndirilən Səbuhi Şirinov ifadəsi zamanı Fazil Mustafanı dindarları təhqir etdiyi üçün öldürmək istədiyini deyib:

    “Fazil Mustafanın çıxışlarında şiələri “aşura günü ağlayanlar ulaşırlar” kimi qələmə verməsi, Xətai və Füzulini cahil adlandırması və “kişilər də ağlayar?” deməsi məni hiddətləndirdi. Peyğəmbər belə ağlayıb. Ağlamaq insana məxsus hissdir. Mən Azərlə bu məsələ barədə danışdım. Elşaddan xahiş etdim ki, məni əraziyə aparsın. İstədim, bıçağı soxam böyrəyinə ki, dilini dinc saxla. Sonra avtomatla getdim əraziyə. 25-30 metrdən atəş açdım. Sonra Azərə zəng etdim. Maşınla harasa gedirdik, Azər hara getdiyimizi demədi. “Sədərək” yolunda bizi saxladılar, apardılar şöbəyə. Əsgərlikdə xüsusi təyinatlı olmuşam.

    Daha sonra dövlət ittihamçısı təqsirləndirilən S.Şirinova suallar ünvanlayıb. Dövlət ittihamçısı silahı kimdən aldığını və evin ünvanını kimdən öyrəndiyini soruşub.

    “Evin yerini Elşad mənə demişdi. Silahı isə Azərdən almışdım. Nə vaxt aldığım yadımda deyil. Hadisədən sonra da Azərə təhvil verdim. Daraq tam dolu idi. Üç-dörd dəfə evinin yanına getmişdim. Onun tək olmağını müşahidə edirdim. Hadisədən sonra soyuqqanlı şəkildə çıxıb getdim”, – S.Şirinov deyib.

    Daha sonra hakim təqsirləndirilən S.Şirinovun Azər Səricanovdan pul alıb-almadığını soruşub.

    “Azər dedi, sənə şirinlik verəcəyəm. Pulu alanda saymadım”.

    Səbuhi Şirinovdan sonra digər təqsirləndirilən Elşad Əsgərov ifadə verib. O, ifadəsi zamanı bıçağın sümüyə dirəndiyi üçün etdiyini deyib:

    “Ömürboyu davakar olmamışam. Həmişə sülh tərəfdarı olmuşam. Heç kimə fikirlərinə görə qarşı olmamışam. Bu insanın təhqirləri bir deyil, iki deyildi. Mən bilirdim ki, həmin şəxs deputatdır. Bizi təhrik etməsə, etməzdik. 2010-cu ildən namaz qılıram. Bizə qaragüruh deyirlər. İttihamda İranda səkkiz dəfə olmağım qeyd edilib. Onda da səhər gedib, axşam qayıtmışam. Ona qalsa, Rusiyaya da beş dəfə getmişəm. Ancaq Rusiyaya getməyimi soruşan olmayıb. Bu işə görə mənə nə vəd verilmişdi, nə də pul verilmişdi”.

    Daha sonra hakim Elnur Nuriyev təqsirləndirilən E.Əsgərovun istintaqa verdiyi ifadəni elan edib.

    “Səbuhi ilə məclislərin birində tanış oldum. Məclisdən çıxanda məndən xahiş etdi ki, onu evə aparım. Mənə Fazil Mustafanı vurmaq istədiyini dedi. Mən də dedim ki, onun evini tanıyıram. Evə gələndən sonra düşündüm ki, həqiqətən, bunu etməkdə ciddidir, ya yox. Bir dəfə Səbuhi mənə zəng etdi. Dedi ki, onlara gedim. Onlara gedəndə evdə ondan başqa heç kim yox idi. Evin qonaq otağında mənə silahı göstərdi. Bir neçə dəfə Səbuhini əraziyə aparmışam. Bir gün Səbuhi mənə zəng etdi, iftardan sonra Fazil Mustafanın evinin yanına gedəcəyini dedi. İftardan sonra Səbuhi ilə əraziyə getdik. Mən onu düşürüb, başqa ərazidə gözləməyə getdim. Onu gözləyəcəyim yerdə maşının arxa oturacağında uzanıb gözləyirdim. Birdən Səbuhi maşına mindi. Dedi, sür, gedək. Yolda olanda dedi ki, Fazil Mustafanı vurdum. Mən həyəcanlandım. Səbuhi Fazil Mustafaya doqquz dəfə atəş açdığını dedi. Qorxdum. Səbuhi dedi ki, zikr elə, sakitləş. Hadisədən üç gün sonra yenə Səbuhi məni onlara çağırdı. Onu təbrik etdim. Hər ikimiz hadisədən sevinirdik”.

    Daha sonra iş üzrə sonuncu təqsirləndirilən şəxs Emin Əliyarov ifadə verib. O hadisədən xəbərsiz olduğunu, sadəcə, Azər Səricanovun ona silah verdiyi üçün tutulduğunu deyib:

    “Azəri 20 ildir, tanıyıram. Hadisədən iki gün sonra Azər bizə gəlmişdi. Mənə tilov çantası gətirmişdi. Əlimə alanda gördüm, ağırdır. Gətirdiyi şeyin nə olduğunu demədi. O gedəndən sonra açdım, baxdım ki, silahdır. Əgər idman çantasında gətirsəydi, heç açıb baxmazdım. Polis də gələndə deyərdim, heç nə yoxdur. Özümü qismən təqsirli bilirəm. İttihamda deyilir ki, qabaqcadan əlbir olmuşam. Mənim hadisədən ümumiyyətlə xəbərim olmayıb. Silahın da o işdə istifadə edildiyindən xəbərim olmayıb”.

    Prokuror E.Əliyarova hadisədən necə xəbər tutduğunu soruşub.

    “Azəri, dediyim kimi, 20 ildir, tanıyıram. Silahı gətirəndə Azər dedi, Fazilin işini biz eləmişik. İnanmadım. Dedim, bu belə iş tutmaz. Fazilə qarşı mənim də etirazım vardı. Ancaq onu vurmaq və ya qorxutmaq barədə düşünməmişəm”.

    Növbəti məhkəmə iclası martın 15-nə təyin edilib.

    Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

    Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.

  • MN-dəki 143 milyon manatlıq mənimsəmə: “Pulu verirdim, o da məsələni inspeksiyanın rəisi ilə həll edirdi”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fəraim Sərkərov çağırılıb.

    Hakim bildirib ki, bu cinayət işi üzrə Fəraim Sərkərov təqsirləndirilən şəxs qismində cəlb edilib və onun işi ayrıca icraata verilib.

    Qeyd olunub ki, bu səbəbdən onun dindirilməsi şahid kimi yox təqsirləndirilən şəxs kimi alınmalıdır.

    Fəraim Sərkərov qeyd edib ki, 2010-cu ildən Müdafiə Nazirliyində zabit kimi çalışmağa başlayıb:

    “3-cü ordu korpusunda, Zirədə yerləşən Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində maliyyə xidməti rəisinin köməkçisi kimi işləmişəm. 2018-ci ildən 2022-ci ilin fevralına qədər Müdafiə Nazirliyinin Ağcabədidə yerləşən “N” saylı hərbi hissəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışmışam. 2022-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatda saxlanılmışam. 8 ay ərzində dövlətə vurduğum ziyanı tam ödəmişəm. Bu səbəbdən barəmdə başqa yerə getməməklə bağlı qətimkan tədbiri seçilməklə azadlığa buraxılmışam”.

    Prokurorun suallarını cavablandıran Fəraim Sərkərov deyib ki, işlədiyi dövrdə maliyyə pozuntularına yol verib:

    “Əlavə sifarişlər yazırdıq, həmin məbləğin 30 faizini təftişə, 20 faizini də maliyyələşməyə vermişəm. İşlədiyim dövrdə ümumilikdə 594 min manat ziyan vurulub, həmin məbləğdən də 208 min 94 manat mənə çatıb. Həmin ziyanı da tam ödəmişəm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, işlədiyi dövrdə rəisləri Cəlal Kazımov və Rasim İbrahimov olub:

    “Bütün pulları onların vasitəsilə təftişə vermişəm. İşlədiyim vaxt Maliyyə Büdcə İdarəsinin təftişindən başqa nazirlik tərəfindən iki dəfə inspeksiya gəlib. Həmin vaxtda əlavə olaraq 25 min manat pulu Cəlal Kazımova vermişəm”.

    Cəlal Kazımov da buna münasibət bildirib. O qeyd edib ki, Fəraim Sərkərovu maliyyə xidmətinin rəisi təyin olunması üçün təqdimatı o verib:

    “Fəraimdə yalan yoxdur. O vaxt artıq olan məbləğin 20 faizini maliyyələşmənin rəisi Nəriman Cabbarova, 30 faizi isə təftişin rəisi Rafail Xələfova çatıb. Həmin məbləğləri maliyyə xidmətinin rəisləri mənə verib, mən də onlara vermişəm. Heç kimdən əlavə pul alınmayıb, əlavə tapşırıqlar verilməyib. İnspeksiya pullarına gəlincə isə deyim ki, nazirlik tərəfindən bizim yoxlamadan başqa inspeksiyalar göndərilirdi. Yoxlamalar gələn zaman tabeliyində olan maliyyə xidmət rəisləri məlumat verirdilər. Onlar pulları göndərirdilər, mən də həmin məbləğləri Rafail Xələfova verirdim. O da məsələni inspeksiyanın rəisi Namiq Poladovla həll edirdi, beləcə problem aradan qalxırdı”.

    Vəkillərin suallarını cavablandıran Fəraim Sərkərov qeyd edib ki, artıq məbləğləri nağd şəkildə, ya da “ölü canlılar” adlandırılan kartlar vasitəsi ilə çıxarıb:

    “Müxtəlif dövrlərdə ümumilikdə 14 kart açılıb, həmin məbləğlər çıxarılaraq nağdılaşdırılıb. Həmin pullar da təftiş zamanı hesablanıb”.

    Prosesdə daha sonra “N” saylı hərbi hissənin maliyyə xidmət rəisi Fərid Abdullayev dindirilib.

    O bildirib ki, 2021-2022-ci illər arasında maliyyə xidməti rəisi olduğu hərbi hissədə artıq sifarişlər yazılaraq pullar mənimsənilib:

    “Həmin dövr ərzində ümumilikdə 67 min manat yeyinti aşkar edilib. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda da iştirak etmişəm. Həmin yoxlama ilə razıyam. Dövlətə dəymiş ziyan tam olaraq ödənilib”.

    Şahid ödənişin qəbzlərini məhkəməyə təqdim edib.

    Prosesdə hazırda Mərkəzi Ərzaq Anbarının maliyyə xidmətinin rəisi Səftər Əmirov ifadə verib.

    O bildirib ki, “N” saylı hərbi hissədə çalışdığı dövrdə artıq sifarişlər yazılaraq pullar mənimsənilib:

    “Həmin məbləğlərin təftiş zamanı 50 faizi geri qaytarılıb. İşlədiyi hərbi hissədə mənimsənilən ümumi məbləğ 153 min manat olub. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalarda iştirak etmişəm və yoxlamanın nəticəsi ilə razılaşmışam. Həmin puldan 67 min 512 manat mənə çatıb. Dövlətə vurduğum ziyandan 52min 800 manat ödəmişəm. Qalan məbləği yaxın zamanlarda ödəcəyəm”.

    Prosesdə iştirak edən şahidlərin dindirilməsinin qapalı keçirilməsi ilə bağlı vəkillərin vəsatət təmin edilib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

    Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.