Month: March 2024

  • Air Astana возобновляет полеты в Азербайджан

    Казахстанская компания Air Astana с 3 марта возобновит полеты в Азербайджан.

    Как сообщает Median.Az со ссылкой на Общественное объединение “Ассоциация туристических агентств Азербайджана”, об этом заявил новый официальный представитель авиакомпании в Азербайджане Тимур Салимов на встрече с председателем правления Ассоциации Гёйданизом Гахрамановым.

    Т.Салимов отметил, что авиакомпания Air Astana придает особое значение азербайджанскому рынку и заинтересована в расширении взаимного сотрудничества.

  • “Air Astana” Azərbaycana uçuşları bərpa edir

    Qazaxıstanın “Air Astana” şirkəti martın 3-dən Azərbaycana uçuşları bərpa edəcək.

    Bunu qurumun İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla görüşdə aviaşirkətin Azərbaycan üzrə yeni rəsmi nümayəndəsi Timur Salimov bildirib.

    O, “Air Astana”nın Azərbaycan bazarına xüsusi önəm verdiyini, qarşılıqlı iş birliyinin genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

  • Saatlıda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

    Saatlıda avtomobil yolu keçmək istəyən az yaşlının vuraraq öldürüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, Gündüz Hacıyev idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

    Azyaşlı aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

  • Azərbaycanın turizm sənayesi Novruz bayramına necə hazırlaşır?

    Bu ay Azərbaycanda Novruz bayramı qeyd olunacaq.

    Hər il olduğu kimi, bu il də bayramla əlaqədar ölkədə bir neçə gün ardıcıl olaraq qeyri-iş günləri elan edilib.

    Bu da o deməkdir ki, ölkə vətəndaşları dincəlmək üçün regionlardakı hotellərə üz tutacaqlar. Bəs turizm sənayesi bayrama necə hazırlaşır? “Report” mövzunu bazar iştirakçıları ilə müzakirə edib.

    “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi “Report”a bildirib ki, ölkədəki 5 ulduzlu hotellər bayram günlərinə artıq satışlarını bitiriblər:

    “Bununla belə, vətəndaşların seçim imkanları çoxdur. Regionlarda alternativ yerləşdirmə vasitələrinin təklifləri artmaqdadırlar – “A frame”, “camp” tipli qonaq evləri, kənd evləri, hostellər, ferma və təsərrüfatlar var. Bu növ gecələmələri seçən turistlərin bir çoxunun adətən səyahət məqsədləri daha spesifik olur Misal üçün, şərab sevərlər fermalara, üzüm tarlalarına, emal müəssisələrinə üz tutur, “yaşıl turizm” sevərlər “camp”larda qalmağı xoşlayır, kənd həyatına qatılmaq, mövsümü məhsul yığımında iştirak etmək, ev heyvanlarına qulluq etmək məqsədilə gələn turistlər kənd evlərində qalmağa üstünlük verir”, – deyə o qeyd edib.

    S.Dübəndinin sözlərinə görə, bayram günlərində əsas turist axını ölkənin bir neçə inkişafda olan destinasiyalarına yönələcək: “Bu destinasiyalar əsas turist yükünü qəbul edirlər. Regional yerləşmə vasitələrinin satışı yüksəkdir. Hazırda görürük ki, 35-100 manat arası iki nəfərlik səhər yeməyi daxil gecələmə xidmətləri bayram günlərinə məhdud sayda olsalar belə yalnız müxtəlif satış platformalarında və digər satış kanallarında mövcuddur”.

    Turizm eksperti hesab edir edib ki, bayram günlərində Azərbaycanda daxili turizmlə yanaşı gəlmə və getmə turizm da canlanacaq: “Koronavirus (COVID-19) pandemiyasından öncə Novruz Bayramı münasibətilə ölkəyə xeyli sayda İran, Türkiyə, Rusiya, Gürcüstan turistləri gəlirdilər. Hazırda bu coğrafiya bir qədər dəyişib. Körfəz ölkələrindən və Asiyadan olan turistlər daha yüksək dinamika göstərirlər. Azərbaycanda istirahət edən turistlərin sayı öncəki illərlə müqayisədə artmaqdadır”.

    “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə deyir ki, bayram günlərinda turizm sektorunda qiymətlər adi günlərlə müqayisədə yenə də fərqli olacaq: “Qiymətlər çox yüksək olmasa da, turizm mövsümu olduğu üçün bahalaşma ola bilər. Bu təkcə ölkə daxilində deyil, ölkədə xaricində dincəlməyə də aiddir. Adətən Novruzda vətəndaşlarımız Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə səfər edirlər. Bu istiqamətlərdə qiymət fərqi var. Amma daxili turizmdə kimi kəskin fərq yoxdur”.

    Azərbaycan Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov isə hesab edir ki, bu il də Novruz bayramı günləri Ramazan ayına təsadüf etdiyindən tətit üçün həm ölkə daxilinə, həm də ölkə xaricinə üz tutanların sayının az olacağını proqnozlaşdırmaq olar: “Orucluğa görə bəzi inanclı insanların səfərlərini təxirə salması və yaxud da onu o qədər də aktiv keçirməməsi mümkündür. Qiymətlərə gəlincə isə, ötən illə müqayisədə kəskn fərq gözləmirəm. Çünki, bunun üçün ciddi əsas yoxdur”.

  • Assosiasiya: Azərbaycanda toyuq ətinin satış qiymətləri artırılmayıb

    Son günlər Azərbaycanda toyuq ətinin satış qiymətləri artırılmayıb.

    Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası son günlər ölkədə toyuq ətinin bahalaşması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

    “Ayrı-ayrı pərakəndə satış məntəqələrində qiymət artımı varsa, bu, sırf həmin məntəqələrin məsuliyyətidir. Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir. Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir. Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar”, – məlumatda deyilir.

    Bildirilir ki, bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib: “Bu müəssisələrdən bəziləri 50 ilə yaxındır istismar olunur. Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərindən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir mövsüm quş saxlandıqdan sonra təsərrüfat tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Nəticədə təsərrüfatlarda yetişdirilən quşlar müxtəlif xəstəliklərə çox həssas olur, itkilər artır. Təsərrüfatlar bu itki ilə uzun müddət işləyə bilməz. Çünki bu gün damazlıq materialların hamısı xaricdən gətirilir və olduqca bahadır. Digər tərəfdən, tələfat nəticəsində itirilən quşlar üçün çəkilən xərc – işlədilən vaksin, vitamin, minerallar, işçinin əmək haqqı, işıq, qaz, su, yem və digər xərclər salamat qalan quşların maya dəyərinə daxil olur”.Son günlər Azərbaycanda toyuq ətinin satış qiymətləri artırılmayıb.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası son günlər ölkədə toyuq ətinin bahalaşması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

    “Ayrı-ayrı pərakəndə satış məntəqələrində qiymət artımı varsa, bu, sırf həmin məntəqələrin məsuliyyətidir. Azərbaycanda toyuq ətinə tələbat durmadan yüksəlir. Həm ölkə əhalisinin sayı, həm ölkəmizə gələn xarici turistlərin sayı artır ki, bu da tələbatın yüksəlməsini şərtləndirir. Quşçuluq təsərrüfatları artan tələbatı təmin etmək üçün istehsal sahələrini genişləndirməyə, müasir texnologiyaları tətbiq etməyə çalışırlar”, – məlumatda deyilir.

    Bildirilir ki, bu gün ölkəmizi yumurta və quş əti ilə təmin edən müəssisələr sovet dövründə tikilib: “Bu müəssisələrdən bəziləri 50 ilə yaxındır istismar olunur. Quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərindən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir mövsüm quş saxlandıqdan sonra təsərrüfat tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir. Nəticədə təsərrüfatlarda yetişdirilən quşlar müxtəlif xəstəliklərə çox həssas olur, itkilər artır. Təsərrüfatlar bu itki ilə uzun müddət işləyə bilməz. Çünki bu gün damazlıq materialların hamısı xaricdən gətirilir və olduqca bahadır. Digər tərəfdən, tələfat nəticəsində itirilən quşlar üçün çəkilən xərc – işlədilən vaksin, vitamin, minerallar, işçinin əmək haqqı, işıq, qaz, su, yem və digər xərclər salamat qalan quşların maya dəyərinə daxil olur”.

    Qeyd edilib ki, quşçuluq sahəsi kənd təsərrüfatının ən vacib sahələrindən biridir: “Ancaq ölkəmizdə kənd təsərrüfatı deyildikdə, yalnız əkinçilik və maldarlıq nəzərdə tutulur. Ona görə də ölkəmizdə olan torpaqlar əkin və örüş olaraq cəmi iki kateqoriyaya ayrılıb. Ərzaq səbətində mühüm yerə sahib olan quşçuluq məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulmayıb. Əhali üçün ən ucuz və əlçatan protein mənbəyi quşçuluq məhsullarıdır və bu məhsulları heç nə ilə əvəz etmək mümkün deyil. Bu məhsulların çatışmazlığı daha çox tez hiss olunur, nəinki digər kənd təsərrüfatı məhsullarının. Çünki quşçuluq məhsulları qiymət baxımından digər məhsullardan daha əlçatandır. Belə çatışmazlığın yaranmaması üçün quşçuluq təsərrüfatlarının müasir standartlara və tələblərə uyğun binaları olmalıdır. Lakin sovet dövründə tikilən tikililər bugünkü texnoloji tələblərə cavab vermir. Sovet dövründə təsərrüfatlarda çoxsaylı binalar tikilib. Bu binaların hamısını eyni vaxtda sökmək və yenisini tikmək mümkün deyil. Bu proses tədricən və təsərrüfatın imkanları daxilində aparılır. Sovet dövründə tikilən təsərrüfatlara torpaq sahələri ayrılıb. Bəzən 100 hektara qədər, bəzən də 100 hektardan çox olan bu torpaq sahələrinin içində sovet dövründə müxtəlif yerlərdə tikililər tikilib. Müstəqillik dövründə bu təsərrüfatlar özəlləşdirilib və həmin torpaqlar da üstündə olan əmlakla birlikdə texniki pasport hazırlanaraq təsərrüfata verilib. Neçə illərdir quşçuluq təsərrüfatları müxtəlif problemlər üzündən həmin torpaq sahələrini özəlləşdirə bilmirlər. Bu problemlərin aradan qaldırılması vacibdir”.

    Assosiasiya quşçuluq təsərrüfatlarının üzləşdiyi problemlər və onların həll yolları barədə ölkə hökumətinə təkliflərini göndərib: “Nazirlər Kabinetinə, İqtisadiyyat və Kənd Təsərrüfatları nazirliklərinə göndərdiyimiz təkliflərdə quşçuluq təsərrüfatlarına əkin-biçinə, örüş kimi istifadəyə yararsız olan torpaqlarda istehsal sahələrinin genişləndirilməsinə şərait yaradılmasını xahiş etmişik. Dövlətimiz hər zaman quşçuluq sahəsini dəstəkləyib. Ölkə əhalisinin artdığı, tələbatın çoxaldığı bir dövrdə Azərbaycanda quş əti və yumurta istehsalının da artırılması zəruridir. Ancaq sadaladığımız problemlər həll edilmədən bu sahənin inkişafına və dayanıqlığına tam nail olmaq mümkün deyil”.
    //report

  • Завтра в Азербайджане осадков не ожидается

    2 марта в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков. Будет преобладать юго-восточный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Температура воздуха ночью составит от 1° мороза до 3° тепла, днем – 7-12° тепла. Атмосферное давление понизится с 771 до 767 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем – 50-60%.

    В районах Азербайджана преимущественно без осадков. Ночью и утром местами ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит от 3° мороза до 2° тепла, днем – 8-13° тепла, ночью в горах 5-10° мороза, днем – от 3° мороза до 2° тепла.

    В некоторых горных районах ожидается гололед.

  • Şənbə gününə olan hava proqnozu açıqlanıb

    Martın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • “Kəpəz” futbol klubunun yeni avtobusu təqdim olunub

    Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” futbol klubunun yeni avtobusu təqdim olunub.

    Bu barədə klubun sosial şəbəkə səhifələrində məlumat verilib.

    Cənubi Koreya şirkətinin istehsalı olan avtobus klubun rənglərinə uyğun bəzədilib. Üzərində isə Kəpəz dağı əks olunub.

    Avtobus Futbolun İnkişaf Fondunun “Kəpəz 100k” layihəsindən yığılan maliyyə və klubun vəsaiti hesabına alınıb. Nəqliyyat vasitəsi ilə bağlı maliyyə hesabatı yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

  • Алла Пугачева выпустила первый за 16 лет альбом

    Народная артистка СССР певица Алла Пугачева выпустила первый за 16 лет альбом под названием “P.S”. Как отметил источник в окружении певицы, в него вошли 20 аудиозаписей с юбилейного концерта исполнительницы, который состоялся в Государственном Кремлевском дворце в 2019 году.

    “Это концерт, который был пять лет назад, его выпустили”, – сказал источник, уточнив, что речь идет о юбилейном концерте в Государственном Кремлевском дворце. Он также отметил, что саунд-продюсером альбома выступил звукорежиссер Анатолий Лопатин, который сотрудничает с Пугачевой много лет. В Instagram Лопатин подтвердил, что на студии “эти песни не записывались”. Он также добавил, что с 1 марта альбом доступен на всех стриминговых площадках.

    В альбом вошли концертные версии таких популярных песен, как “Не делайте мне больно, господа”, “Любовь, похожая на сон”, “Свеча горела”, “Женщина, которая поет” и другие. Свой последний сольный альбом – “Приглашение на закат” – Пугачева выпустила еще в апреле 2008 года.

    Источник: ТАСС

  • Alla Puqaçova 16 ildən sonra ilk albomunu buraxıb

    Rusiyanın Xalq artisti müğənni Alla Puqaçovanın yeni albomu striminq platformalarında bu gün təqdim olunub.

    Məlumata görə, Puqaçovanın yeni “P.S.” albomunda on bir mahnısı yer alacaq. Həmçinin alboma 2019-cu ildə “Alla Puqaçova. P.S.” konsertində ifa etdiyi bəstələrin canlı versiyaları da daxil olunub.

    Mənbə: TASS