Month: March 2024

  • Zelenskinin Ermənistana səfəri baş tutmayacaq

    Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri baş tutmayacaq.

    Bu barədə “Telegram”ın erməni seqmentində məlumat yayılıb.

    Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin martın 4-də Ermənistana səfəri planlaşdırılırdı.

    Hələlik səfərin hansı səbəbdən baş tutmadığı bildirilmir.

  • Азербайджан и Албания подписали соглашение об экономическом сотрудничестве

    Министр экономики Азербайджана Микаил Джаббаров встретился с заместителем премьер-министра Албании, министром инфраструктуры и энергетики Белиндой Балуку.

    Об этом азербайджанский министр сообщил в своем аккаунте в соцсети Х.

    “Такие отрасли, как энергетика, торговля, туризм, промышленность, сельское хозяйство, транспорт и инфраструктура, являются важными направлениями в развитии экономических связей между Азербайджаном и Албанией.

    На встрече с Б.Балуку мы провели плодотворные обсуждения о возможностях стимулирования двустороннего делового партнерства, инвестиций и совместной деятельности. Соглашение об экономическом сотрудничестве, подписанное между правительством Азербайджанской Республики и Советом министров Республики Албания в рамках встречи, будет способствовать укреплению отношений в приоритетных сферах”, – говорится в публикации.

  • Mikayıl Cabbarov Albaniyanın baş nazirinin müavini ilə görüşüb

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşüb.

    Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

    Bildirilib ki, görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr aparılıb.

  • İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – Rüşvətalma GÖRÜNTÜLƏRİ

    Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub.

    Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

    Bildirilib ki, Baş Prokurorluq tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

    İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb

    Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

    Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcəkdir.

  • İsrailin “Avroviziya”ya təqdim etdiyi ikinci mahnı da rədd edildi

    Bir çox Avropa ölkələri İsrailin “Avroviziya” Mahnı Müsabiqəsində iştirakının qadağan edilməsini tələb etməyə davam edərkən, alınan daha bir qərar hər kəsi sevindirib.

    Avropada İsrailin “Avroviziya” Mahnı Müsabiqəsinə qadağa qoyulması çağırışları davam edərkən, Təl-Əviv rəhbərliyinin müsabiqə üçün təqdim etdiyi ikinci mahnının da siyasi mesaj ehtiva etdiyi üçün rədd edildiyi bildirilib.

    Bildirilib ki, İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnı olan “Oktyabr yağışı” kimi “Dance Forever” mahnısı da HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də həyata keçirdiyi hücuma işarə edir.

    Verilən məlumata görə mahnı seçimi ilə bağlı EBU ilə müzakirələr aparan İzrail nəticədən ümidsizdir. Digər tərəfdən, İsrailin dövlət televiziyası KAN tərəfindən edilən açıqlamada, Mədəniyyət və İdman naziri Miki Zoharın EBU-dan İsrailin müsabiqəyə təqdim etdiyi ilk mahnının təsdiqini tələb etdiyi bildirilib.
    //azxeber.com

  • Скончался актер Игорь Капатов, озвучивший Мишутку в “Спокойной ночи, малыши!” – ФОТО

    На 71 году жизни умер актер Игорь Капатов, озвучивавший медвежонка Мишутку в детской телепередаче “Спокойной ночи, малыши!”.

    Об этом сообщили в Башкирском государственном театре кукол, где он работал в 1977-1982 годах.

    Причина смерти актера неизвестна.



    Источник: “Коммерсантъ”

  • “Spokoynoy noçi, malışi!” verilişində kuklalardan birini səsləndirən məşhur aktyor vəfat edib – FOTO

    Rusiyanın uşaqlar üçün məşhur “Spokoynoy noçi, malışi!” (“Gecəniz xeyrə qalsın, uşaqlar!”) adlı televiziya proqramında ayı balası “Mişutka”nı səsləndirən aktyor İqor Kapatov vəfat edib.

    Bu barədə onun 1977-1982-ci illərdə işlədiyi Başqırdıstan Dövlət Kukla Teatrından məlumat verilib.

    71 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, Kapatov həm də rejissor və quruluşçu rəssam kimi tamaşalar üzərində çalışıb. 1993-cü ildə Başqırdıstan Respublikasının xalq artisti adına layiq görülüb, 2003-cü ildən 2016-cı ilə qədər “Spokoynoy noçi, malışi!” verilişində işləyib.



  • Ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlanıb

    Polis əməkdaşları ötən gün ölkə ərazisində 43 kiloqrama yaxın narkotik aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub.

  • “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib

    Prezident İlham Əliyev 13 fevral 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edib.

    President.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

    Fərmana əsasən, “Elektron su təsərrüfatı” informasiya sisteminin operatoru dəyişib.

    Belə ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” “İnnovasiyalar Mərkəzi” MMC ilə əvəzlənib.

  • Azərbaycanda yeni fond yaradılır – FƏRMAN

    Prezident İlham Əliyev Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. 

    Bununla bağlı President.az məlumat yayıb. 

    Fərmana əsasən, Enerji effektivliyi fondu yaradılır və “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası” təsdiq edilir. 
    Müəyyən edilir ki, Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılır və onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir. Bundan başqa, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Energetika Nazirliyi həyata keçirir