Month: March 2024

  • Bakı metrosunda PROBLEM – Bir stansiyaya giriş bağlandı

    “Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb:

    “Təxliyə problemsiz başa çatdırılıb. Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb.

    “Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər”.

  • Aleksey Navalnı dəfn olundu

    Rusiya müxalifətinin həbsxanada ölən lideri Aleksey Navalnı martın 1-də dəfn olunub.

    Məlumatı “Bild” yayıb.

    Bildirilib ki, A.Navalnı Moskvanın Marino rayonunda dəfn edilib. Mərasim iştirakçıları “Aleksey, Aleksey”, “Navalnı!, Navalnı”, “Sən qorxmadın, biz də qorxmuruq” şüarlarını səsləndiriblər.

    Aleksey Navalnı ilə vida mərasimində ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi, Almaniyanın səfiri Aleksandr Qraf Lambsdorf, Fransanın səfiri Pyer Levi və Avropa İttifaqına üzv başqa ölkələrin diplomatik nümayəndələri görünüb.

    Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında vəfat edib.

  • Hikmət Hacıyev: Cənubi Qafqazda artıq de-fakto sülh var

    Cənubi Qafqazda artıq de-fakto sülh var.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.

    O Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı maraqlı və gərgin panel müzakirələrin keçirildiyini bildirib.

  • Azərbaycanda təhsil şöbəsi məktəbdəki insidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

    Şərur Rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra məsələ ilə bağlı komissiya yaradılıb.

    Təhsil şöbəsindən verilən xəbər görə, komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparıblar və məlum olub ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozub.

    Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınıb, şagirdlə profilaktiki söhbətlər aparılıb və hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

    Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin şagirdin nəzarətdə saxlanılması, mütəmadi olaraq şagirdlə profilaktiki söhbətlərin aparılması ilə bağlı tapşırıqlar verilib. Komissiya üzvləri şagirdin valideynləri ilə də görüşüb, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı məsələ onların diqqətinə çatdırılıb.

  • Qaradağda zavodda yanğın olub

    Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub.

    Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 800 kvadratmetr olan zavodun utilizasiya sahəsində 3 kvadratmetr neft tullantıları yanıb.

    Yüksək temperaturdan zavodun dam örtüyünün konstruksiyaları 60 kvadratmetr sahədə deformasiyaya uğrayıb.

    Zavodun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirilib

    Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.

    Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

    Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Bugünkü püşkatmada 139 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənzil təqdim olunub.

    Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrinin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirirlir.

    Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

    Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.

  • Xankəndidə avtomat və dronlar tapılıb

    Polis əməkdaşları Xankəndi şəhərində avtomat və dronlar aşkarlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

    Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Ukraynada azərbaycanlı polkovnik həlak oldu

    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı zabit həlak olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin Qvardiya polkovniki, əslən Tovuz rayonundan olan Musayev Hüseyn Vilayət oğlu həlak olub.

  • ANAMA: Ötən ay azad olunan ərazilərdə 600-ə yaxın mina zərərsizləşdirilib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    Bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə fevral ayı ərzində 159 tank əleyhinə mina, 437 piyada əleyhinə mina, 1941 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin, 4562.6 hektar ərazi minalardan təmizlənib.

  • Визит Зеленского в Армению отменен

    Визит президента Украины Владимира Зеленского в Армению отменен.

    Об этом сообщают армянские Telgram-каналы.

    Президент Украины Владимир Зеленский должен был посетить Армению 4 марта.

    Пока неизвестно, по какой причине визит не состоится.