Month: March 2024

  • Mingəçevir, Xızı və Siyəzəndə qanunsuz balıq ovlayanlar saxlanılıb

    Mingəçevir su anbarında, Xəzər dənizinin Xızı və Siyəzən rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Anar Musayev, Siyəzən rayonu Yenikənd kənd sakini Nicat Əliyev, Xızı rayonu Şuraabad kənd sakini Vüqar Məmmədov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş 80 metr uzunluğunda 1 ədəd sintetik tor götürülüb.

    Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və ümumilikdə 1700 manat məbləğində cərimə tətbiq ounub.

    Eyni zamanda, Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından 850 metr uzunluğunda 14 ədəd sintetik tor aşkar edilərək götürülüb.

  • Ağsuda sərxoş və narkotik vasitənin təsiri altında olan sürücülər saxlanıldılar

    Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, saxlanılan zaman R.Umudov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişi pozub.

    Hər iki sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib. R.Umudov məhkəmənin qərarı 30 sutka inzibati qaydada həbs olunub.

    F.İsgəndərovun isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və barəsində intizam tədbiri görülüb.

  • Fransa hökuməti narahatdır: Korsikaya əlavə qüvvələr göndərilir

    Fransa hökuməti Korsikada baş verənlərdən narahatlığını nümayiş etdirir.

    Belə ki, Korsikada Fransa siyasətinə etiraz olaraq növbəti aksiyanın keçirilməsi planlaşdırılır. Bununla bağlı olaraq Fransa hökuməti adaya əlavə qüvvələr göndərir.

    Parisdə “Şarl de Qoll” hava limanında çəkilən bir fotonu buna sübut kimi göstərmək olar. Fotoda xüsusi xidmət orqanları əməkdaşlarının təcili olaraq Korsikaya göndərilməsinin görüntüləri yer alıb.

    Beləliklə də, belə bir nəticə çıxarmaq olar ki, Fransa hökuməti narahatdır və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.

  • Sumqayıt sakini qohumunu qətlə yetirib, daha sonra intihara cəhd edib

    Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Qətlə yetirilən şəxslə C.Rzayev onun qohumu olub.

    Hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.

  • Saatlıda avtomobil azyaşlını vuraraq öldürüb

    Bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi “Daewoo” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, azyaşlı aldığı xəsarətlərdən ölüb.

    Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

  • Məşhur türkiyəli müğənni 5 milyonluq evini itinə miras qoyacaq

    44 yaşlı Türkiyəli müğənni Pınar Soykan 5 milyon lirəlik evi də daxil olmaqla bütün mirasını Soykan adlı itinə buraxacağını açıqlayıb.

    Pop müğənni bu barədə jurnalistlərə açıqlamasında deyib.

    “Anadolu hazırda 5 milyon lirə dəyərində malikanəm var. Əgər sonradan da əlavə maliyyə aktivlərim olsa, onu itimə miras buraxacağam”, – deyə Pınar Soykan qeyd edib.

    O, ərinin də bu qərarı dəstəklədiyini bildirib.

    Mənbə: Milliyet.com.tr

  • Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, ondan bir kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib.

    Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub.

  • Yunanıstanın baş naziri İlham Əliyevi təbrik edib

    Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az-ın xəbərinə görə, məktubda deyilir:

    “Prezident seçkisindəki qələbəniz münasibətilə Sizi təbrik edir və yeni səlahiyyət müddətinizdə Zati-alinizə uğurlar arzulayıram.

    Fürsətdən istifadə edərək, Azərbaycanla əməkdaşlığımızı qarşılıqlı mənafeyimiz naminə davam etdirməyə hazır olduğumuzu bildirirəm. Əminəm ki, əsasını strateji enerji əməkdaşlığımızın təşkil etdiyi ikitərəfli dialoqumuz gələcəkdə digər sahələrdə də genişlənəcəkdir.

    Mən sülhün möhkəmləndirilməsi, beynəlxalq hüquqa hörmət və mehriban qonşuluq münasibətləri istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm.

    Hörmətli Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • “Hazırda əsas məsələ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasıdır”

    Hazırda əsas məsələlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasıdır.

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan III Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

    O bildirib ki, türk dövlətləri arasında əlaqələrin inkişafı vacibdir: “Başqa bir məsələ terrorla mübarizədir. Türkiyə terrorla mübarizə aparmağa davam edəcək”.

  • В бакинском метро возникла техническая неисправность: ограничен доступ к одной из станций

    В поезде, который начал движение от станции “Ходжасан” в направлении станции “Автовокзал”, произошла техническая неисправность.

    Об этом сообщили в пресс-службе ЗАО “Бакинский метрополитен”.

    Отмечается, что в связи с этим возникла необходимость эвакуации пассажиров из поезда, находящегося на территории электродепо “Ходжасан”.

    “Эвакуация прошла без проблем. До устранения технической проблемы доступ пассажиров на станцию “Ходжасан” полностью ограничен.

    Пассажиров, следующих в направлении станции “Ходжасан”, просят использовать альтернативные виды транспорта до устранения неисправности”, – говорится в сообщении.