Month: March 2024

  • Qazaxıstan Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı hədəfləyir

    Qazaxıstan Rusiyadan yan keçərək Azərbaycan vasitəsilə neft tədarükünü artırmağı hədəfləyir.

    Bunu ölkənin energetika naziri Almasadam Satkaliyev parlamentdə keçirilən plenar iclasda bildirib.

    Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ixrac edilən neft marşrutlarının şaxələndirilməsi üçün müxtəlif alternativləri nəzərdən keçirir.

    Satkaliyev qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, o cümlədən azərbaycanlı tərəfdaşlarla müqavilələr əsasında Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə çıxışın təşkili istiqamətində iş aparılır.

    Mənbə: tengrinews.kz

  • Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı YENİLİK: Qeydiyyatsız tikililərlə bağlı QƏRAR – VİDEO

    Boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq.

    Xezerxeber.az-ın məlumatına görə, ölkədə boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib.

    Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb ki, onlardan biri də qeydiyyatsız tikililərlə bağlıdır. Əgər tərəflər nikah dövründə özbaşına tikili inşa ediblərsə, yeni qaydaya əsasən, boşanma zamanı ilk növbədə onların hər ikisinin burada yaşamaq imkanları nəzərdən keçiriləcək. Əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya biləcəklər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin tərəflər arasında bölünməsi baş verəcək.

    Mövzuya münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib ki, boşanmalar zamanı ən çox yaşanan problemlərdən biri də daşınmaz əmlakla bağlı olur. Onun sözlərinə görə, tərəflər birgə yaşamayacağı təqdirdə, evin inşasına sərf edilmiş vəsaitinin yarısını bir-birindən tələb edə biləcəklər.

    Qeyd edək ki, sənədsiz tikilinin ər və arvad arasında bölünməsi barədə qərar – bu tikilinin qanuni sayılması demək deyil. Bu məhkəmə qərarı heç bir halda həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qeydiyyata alınmasına əsas vermir. Sadəcə, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisələri həll edən məsələ olacaq.

    Ətraflı süjetdə:

  • Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

    Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətindən azad edilib.

    İttihama görə, hadisə 27 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində Abşeron rayonunda qeydə alınıb.

    Belə ki, Rəşad Zəfərov yaşadığı ünvanda arvadı, zərərçəkmiş Maya Zəfərova (şərti) ilə çörəkpulu kartına görə ailədaxili münasibətlər zəminində mübahisə edib. Bu zaman o, qadının üzərinə hücum edib, yumruq ilə onun başına zərbə endirərək xəsarətlər yetirib.

    Daha sonra Maya Zəfərovanın şikayəti əsasında Rəşad Zəfərov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    В городе Ханкенди обнаружены оружие и боеприпасы.

    Об этом заявили в МВД Азербайджана.

    27 марта сотрудниками полиции на территории города обнаружены и изъяты 3 автомата, 7 гранат, 6 противотанковых гранатометов, 4 мины, 21 запал, 29 магазинов, 4 200 патронов различного калибра и другие боеприпасы.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Ötən gün Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən ümumilikdə üç avtomat silahı, yeddi qumbara, altı tank əleyhinə qumbaraatan, dörd mina, 21 alışdırıcı, 29 patron darağı, 4 200 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • “Le Fiqaro”: Makronun anti-Azərbaycan planı iflasa uğrayıb

    Fransanın dünyaca məşhur “Le Fiqaro” nəşri Azərbaycana qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəlib.

    “Report” xəbər verir ki, məqalədə prezident Emmanuel Makronun yürütdüyü siyasətin uğursuzluğu, fəsadları tənqid atəşinə tutulsa da, Fransa hökumətinin Azərbaycana qarşı çirkin siyasəti ortaya qoyulub.

    Yelisey sarayının tezisləri ilə işləyən qəzet yazır ki, Fransa lideri ermənilərin taleyinə səmimi olaraq biganə yanaşmayan yeganə liderdir, amma Fransanın təşəbbüsləri nəticə vermir. Məsələn, ötən illər Qarabağa dair Fransanın təşkil etmək istədiyi konfrans ABŞ-nin etirazı səbəbindən baş tutmayıb. Məqalədən məlum olur ki, 2022-ci ilin oktyabrında Makron “erməni məsələsini” Roma Papası ilə də müzakirə etmək istəyib, özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib.

    Bu məlumatları sızdırmaqla Yelisey sarayı Azərbaycana qarşı planlarının iflasa uğramasına görə məsuliyyəti ABŞ-nin, Vatikanın və digərlərinin üzərinə atmaq istəyir, çünki Makron Prezident İlham Əliyevə məğlub olduğunu etiraf etmək istəmir. Makron məhz İlham Əliyevə məğlub olub.

    Fransanın “Le Figaro” nəşrində “Dağlıq Qarabağ”ın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası” adlı məqalə dərc olunub. Həmin məqaləni olduğu kimi təqdim edirik:

    “Erməni anklavının Azərbaycan tərəfindən ildırımsürətli istilasından altı ay sonra “Le Figaro” Fransanın Ermənistanla əlaqələrinə görə xüsusi olaraq gözləndiyi dosyenin siyasi kulislərinə yenidən qayıdır.

    Fransaya Azərbaycanın blokadası nəticəsində səkkiz ay ərzində təcrid qalmış “Dağlıq Qarabağ” ermənilərinin yardımına gəlməsi üçün təzyiq etmək məqsədilə Silven Tessonun xəyalına gətirdiyi bütün fikirlərdən bəlkə də bu, ən fantastik olub. Jan Dujardini prezident rolunu oynamağa məcbur etmək və azərbaycanlılar tərəfindən blokada edilmiş anklava aparan yol – Laçın dəhlizinə qədər yürüş təşkil etməkdir. Aktyor yazıçı tərəfindən hazırlanmış mətni oxumalı idi, o sözləri ki, dövlət başçısı özü əraziyə gəlsəydi onları ifadə edə bilərdi. Çünki Tesson əmindir: Emmanuel Makronun səfəri məsələləri dəyişə bilərdi. Məgər Emmanuel Makron “France 2”-nin canlı yayımında yazıçının 2022-ci ilin payızında “Le Figaro Magazine”- də dövlət başçısına qarşı olan dərc edilmiş açıq məktubuna cavab vermədimi: “Biz erməniləri heç bir zaman tərk etməyəcəyik”?

    Bu ifadələr, iki il bundan qabaq Latviyanın paytaxtı Riqada dövlət başçısının “Azərbaycanı istila layihəsinə təşviq edən” Türkiyənin “hərbi ismarıclarını” qınayan ifadələrini xatırlatdı. Bakının “Dağlıq Qarabağ” regionunun 70%-ni götürdüyü 44 günlük müharibənin başlanmasından bir neçə gün qabaq dövlət başçısı döyüşkən tərzdə, bəyan etdi: “Biz bunu heç bir zaman qəbul etməyəcəyik. Fransa öz rolunda olacaq”. Artsaxın Fransadakı nümayəndəsi Hovhannes Guevorkyan yada salır: “Bu o qədər güclü idi! O qədər unikal idi!”

    Qabaqcadan müəyyən edilmiş tale

    Azərbaycanlıların iştahasını sakitləşdirmək üçün daha çox şey lazım idi. 2023-cü il 19 və 20 sentyabrda Azərbaycan “Dağlıq Qarabağ”ın yaşayış məntəqələrinə qarşı ordusunu hücuma keçirtdi. 24 saat ərzində 200-dən çox erməninin öldürülməsi və 400-ünün yaralanması yerli hakimiyyəti silahı yerə qoymağa məcbur etdi. Artsaxlılar özlərini, o cümlədən laqeydliklə parıldayan erməni baş naziri Nikol Paşınyan tərəfindən tərk edilmiş hiss edirlər. 120 000 mülki şəxs qədim dövrdən yaşadığı və V əsrdə xristianlaşdırılmış bu dağlıq ərazini, öz torpağını tərk etdi. Qondarma “Dağlıq Qarabağ” respublikası öz rəsmi süqutunu elan etdi. Həmin dövrdən, qınayıcı bəyanatlar xaric, Bakı heç bir sanksiyaya məruz qalmadı. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan cənubunun onun növbəti hədəfi olması ilə bağlı xəbərdarlıq etməsindən sonra Paris Yerevanla hərbi əməkdaşlıq qurdu. Dekabrda, ordunun daşınması üçün 24 ədəd zirehli nəqliyyat vasitəsi və həmkarlarına yüksək dağlarda döyüş hazırlığı keçmək üçün 15 dağ atıcıları Qafqaza göndərildi. Fevralın ortasında Yerevana presedenti olmayan səfər çərçivəsində ordu naziri Sebastian Lekornu yeni hərbi avadanlığın göndərilməsini vəd etdi. Fransanın mövqeyi sürgün olmuş artsaxlıları birmənalı olmayan vəziyyətə salır: “Erməni diplomatik mənbəyə görə, Emmanuel Makron bəlkə də yeganə dövlət başçısıdır ki, həqiqətən də onların taleyindən narahatdır. Onun iştirakı səmimi olub. Mən deyə bilmərəm hansı o, uğurlu ola bilmədi”.

    Yeliseydə bağlı qapılar arxasında

    2023-cü ilin yanvar ayı, günorta radələrində, “Dağlıq Qarabağ” hələ blokada altındadır, bir qrup erməniyönümlü fəallar və jurnalistlər Yelisey sarayında toplaşıblar. Burada Paskal Brukner, Olivier Veber və futbolçu Yuri Djorkaeff də var. Prezident onlara diqqətlə qulaq asır, sonra söz alır. “Guilde européenne du Raid” QHT-sinin vitse-prezidenti Hugues Devavrin danışır ki, “o, bizə aşırı dərəcədə həssas olan bir sıra məsələ barəsində məlumat verdi”. “O, diplomatik müşaviri İzabelle Dumont ilə hazırladığımız qeydi mükəmməlcəsinə oxumuşdu”.

    İlk növbədə prezidentin səfərini tövsiyə edirdi. Hugues Devavrin izah edir – “Mitteranın Sarayevoda etdiyini etmək, əraziyə getmək və bunun daha mümkün olmadığını bəyan etmək”. Qeyd həmçinin, qida və dərmanlardan məhrum edilmiş artsaxlıların yardımına gəlmək üçün humanitar konfransın təşkilini təklif edirdi. Və nəhayət, o, Fransanın mülki-hərbi əməliyyatının başlanmasını tövsiyə edirdi.

    Sylvain Tesson yada salır ki, “Biz onun məsələyə yiyələnməsi səviyyəsindən heyran idik. O, Azərbaycanlıların iştahasını anlamışdı və bizdən daha çox bədbin idi – bu da normaldır, çünki o, bizdən daha yaxşı məlumatlıdır. O, artıq bilirdi ki, qurudan hücum olacaq”. Qısaca olaraq, intellektuallar mövzunun icraedici qurumda layiq olduğu yerdə olduğu əminliyi ilə çıxdılar. “Makron qarşıdan gələn geosiyasi qarışıqlıq fonunda məsələnin reallıqda Ermənistandan üstün olduğunu anlayırdı”.

    Ora tək getməmək

    Dövlət başçısı cavabında deyirdi “rəhbərlərlə müzakirə etmək üçün son şansı verin”. Danışıq yolu ilə çıxış tapmağa cəhd etmək üçün Emmanuel Makron bürosundan, Azərbaycan və Ermənistan rəhbərləri ilə boşuna çoxsaylı telefon danışıqları etdi. Diplomatik mənbə qeyd edir ki, “Bəlkə də o, Prezident İlham Əliyevlə ən çox danışan xarici liderdir”.

    Humanitar Konfrans layihəsinə start verildi. Lakin heç bir izah olmadan, o, keçirilməsi nəzərdə tutulan tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik mənbə qeyd edir ki, “Bütün səylərimizə rəğmən, həmin dövrdə iştirakı gözlənilən tərəflər arasında minimal konsensus yox idi”. Müxtəlif mənbələrə görə, layihə Vaşinqtonun etirazı səbəbindən ləğv olundu. Ondan 6 ay sonra Parisdən heç bir yeni təşəbbüs irəli sürülmür.

    Estafeti diaspora götürür. Fransadakı erməni təşkilatlarını koordinasiya edən CCAF-ın həmsədri Frenk Papaziyan da, öz növbəsində, Emmanuel Makrona humanitar yük aparması üçün təzyiq edir. Erməniəsilli fransız danışır ki, “O mənə deyir: bu çox yaxşı ideyadır, mən razıyam” və inanmaq istəyir ki, bu “səmimi” istək idi. Lakin bundan sonra heç bir şey baş tutmur. Frenk Papazyan əmin edir ki, bu yenə də “tərəfdaşların çatışmazlığındandır”.

    Fransa niyə belə təkdir? Avropa tərəfindən – 27 ölkə Ukraynaya baxır. Bundan əlavə, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyulunda “enerji əməkdaşlığında yeni fəsil” açmaq üçün qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqeyin olmamasından Azərbaycana sanksiya təklif edən heç bir qətnamə qəbul edilmədi. Erməni məsələsinə yaxından cəlb olunmuş “Renew”un avrodeputatı Natali Loiseau əmin edir ki, “Biz qətiyyətlə döyüşdük, lakin karbohidrogenlərə ümid bəsləyən bir neçə ölkə bu yolla getməyə hazır deyildi”. Bu xüsusda, o, İtaliya və Macarıstanı qeyd edir. Fransanın keçmiş naziri Almaniyaya gəlincə təəssüf hissi ilə qeyd edir ki, “o, Şarl Mişel kimi, təcavüzkarla təcavüzə məruz qalan arasında vasitəçiliyin mümkün olduğuna əmindir. Lakin bu birincinin tərəfini tutmaqdır”.

    Hətta Vatikan kənardadır. 2022-ci ilin oktyabrında Roma Papasını ziyarət edərkən, Emmanuel Makron özü ilə Tessonu apardı ki, sonuncu Ermənistanla bağlı söz desin. Yazıçı katoliklərin rəhbəri və onun xarici işlər naziri Qallaqgherin biganəliyindən heyrətə gəldi. O söyləyir ki, “ermənilərin taleyini qeyd edəndə, hər ikisi tam biganəlik, hətta aqressivlik nümayiş etdirdilər”. Yazıçı acı bir şəkildə istehza edir: “Roma Papası yeni qlobal və bir – biri ilə əlaqəli bir dünyanın ortaya çıxması ilə çox məşğuldur, ona görə də ilk xristianlara qayğı göstərə bilmir. Erməni – bir xalqın müəyyən bir torpağa bağlılığı və müəyyən bir mənəviyyata mənsub olması deməkdir. Bu əbədi dəyişiklik ayaqqabısında bir daşdır. Ermənistan buna görə narahat edir. Vatikanda olduğum zaman başa düşdüyüm bu oldu”.

    Ərazi vahidlərinin dəstəyi

    Bu ümumi laqeydlik içərisində fransız dəstəyi fərqli şəkildə özünü göstərir. Senat bir çox qətnaməyə səs verir. Seçkilərdə seçilmiş şəxslər, xüsusilə də Auvergne-Rhône-Alpes regionunun prezidenti Laurent Vauquiez və avrodeputat François-Xavier Bellami səfərlər edirlər. Fransız ərazi vahidləri səfərbər olunur. Sol siyasi düşərgədə Anne Hidalgo Artsax istiqamətində humanitar yük göndərir. Xavyer Bertrandan başlayaraq ekoloqçu Janna Barsegyandan keçərək Bruno Retailleauya qədər sağçı və solçulardan ibarət balaca qrupla əhatə olunmuş Parisin meri 2023-cü ilin avqustun sonunda rus sülh əsgərlərinin saxladığı sərhədə qədər səfər edib. Lakin Île-de-France, Hauts-de-France, Occitanie və Pays de la Loire regionları, eləcə də Paris, Marsel və Strasburq şəhərlərinin loqosunu daşıyan və uşaq qidası və elektrik generatorlarla yüklənmiş yük maşınları digərləri kimi blok edilmiş vəziyyətdə qalırlar.

    Parisin Minsk qrupunun həmsədri rolunun tələb etdiyi neytrallığı dərk edən Xarici İşlər Nazirliyi (ATƏT tərəfindən 1992-ci ildə Qafqazda münaqişənin həlli üçün yaradılmış Fransa, ABŞ və Rusiyadan ibarət vasitəçi qrup) sakit qalır. Ketrin Kolonna İrəvana yalnız Azərbaycanın 19 və 20 sentyabr 2023-cü il tarixli hərbi əməliyyatından sonra səfər edir. Ermənilərin kütləvi köçü fonunda fransız diplomatiyasının rəhbəri vəziyyətin “etnik təmizləməyə bənzəməsinin” mümkünlüyünü hesab edir və hərbi avadanlığın çatdırılmasını elan edir.

    Bir neçə gün sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ziyarət etməkdən imtina edəcəyi Qranadadakı Avropa Sammitində Emmanuel Makron Bakıya qarşı “sanksiya vaxtının olmadığını” bəyan edəcək. O, Azərbaycanlı həmkarına “təzyiqi saxlamaq” və Ermənistanı “ən yaxşı şəkildə qorumaq” üçün zəng edəcəyinə dair öhdəlik götürəcək. Prezident Əliyevi heyrətləndirmək üçün kifayət etmədi. Azərbaycan Prezident Administrasiyası kommünikesində Fransanı Ermənistanı “silahlandırmaqla” Qafqazda “yeni müharibə hazırladığında” ittiham edəcək. Fevralda, 97% səslə yenidən seçilmiş İlham Əliyev öz inauqurasiya çıxışında bəyan edib ki, Ermənistanla mübahisəsində heç bir beynəlxalq vasitəçilik istəmir. Və Fransanın ünvanına “Öz işinizlə məşğul olun”, – deyə vurğulayıb.

  • В Испании задержали 25 человек за мошенничество с пособиями по безработице на 4 млн евро

    Национальная полиция Испании задержала 25 человек по подозрению в мошенничестве на 4 млн евро с пособиями по безработице.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в пресс-релизе правоохранительных органов Испании.

    По их информации, среди подозреваемых четверо государственных служащих и четверо банковских работников. Задержанных обвиняют в причастности к “сети, занимавшейся обманом Государственной службы трудовой занятости населения”.

    Расследование началось в декабре 2022 года. Тогда полицейские выявили нарушения в деятельности некоторых работников, занимающихся оформлением пособий по безработице.

  • İspaniyada işsizlik müavinəti ilə bağlı fırıldaqçılıq edən 25 nəfər saxlanılıb

    İspaniya Milli Polisi 4 milyon avro məbləğində işsizlik müavinəti ilə bağlı fırıldaqçılıqda şübhəli bilinən 25 nəfəri saxlayıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.

    Məlumata görə, şübhəlilər arasında dörd dövlət və dörd bank işçisi var. Saxlanılan şəxslər Dövlət Məşğulluq Xidmətinə qarşı dələduzluqla məşğul olan şəbəkə yaradılmasında iştirakda ittiham olunurlar.

    Bu halla bağlı istintaq 2022-ci ilin dekabrında başlayıb. O zaman polis işsizlik müavinətlərinin rəsmiləşdirilməsi ilə məşğul olan bəzi əməkdaşların fəaliyyətində pozuntular aşkar etmişdi.

  • Bakıda Rusiya Kino Günləri keçiriləcək

    Bakıda Rusiya Kino Günləri keçiriləcək.

    Bu barədə Report-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, tədbir aprelin 24-dən 27-dək davam edəcək.

    Rusiya kino günlərində məşhur aktyorların iştirakı nəzərdə tutulub.

  • СК России: Опознаны 84 тела жертв теракта в “Крокусе”

    Опознано 84 тела погибших при теракте в “Крокус сити холле”, в том числе тела 5 детей.

    Об этом ТАСС сообщили в пресс-службе СК РФ.

    “На данный момент опознано 84 тела погибших, в том числе тела 5 детей в возрасте от 9 до 16 лет. В целях установления личностей остальных погибших проводятся молекулярно-генетические экспертизы”, – сказали в ведомстве

    В следственном комитете также отметили, что по сей день получено 143 заявления от потерпевших о пропаже их родственников во время теракта.