Month: March 2024

  • “Crocus City Hall”da törədilən terrorda itkinlərlə bağlı 143 müraciət olub

    “Crocus City Hall”da törədilən terrorda itkin düşmüş şəxslərlə bağlı 143 müraciət edilib.

    Bu barədə TASS məlumat yayıb.

    “İstintaq Komitəsinə qohumlarının və ya yaxınlarının terror aktı nəticəsində itkin düşməsi ilə bağlı 143 müraciət daxil olub”, – məlumatda bildirilib.

    O da vurğulanıb ki, terror aktında ölənlərdən 5-i uşaq olmaqla 84-nün şəxsiyyəti müəyyən olunub.

  • Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb?

    Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

    Bunu “Report”a açıqlamasında “Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.

    Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıb, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub: “Azərbaycan vətəndaşlarının 90-95 %-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.

    “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə “Report”a açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib: “Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftəl iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.

    Turizm eksperti qeyd edib ki, sektor koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmləri bərpa etmək üzrədir: “Hələ ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmamışıq. 2019-cu ilin rəqəmlərinə hələ indi çatırıq. Bayram günlərində turistlərdən hər hansı bir şikayət daxil olmayıb. Ramazan ayı olduğu üçün müsəlman ölkələrindən gələnlərin sayı az idi, amma hər halda axın var idi”.

    “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, eyni zamanda “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi isə “Report”a açıqlamasında bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib: “Regionlarda 5 ulduzlu hotellərin doluluğu 95-100 % olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər – Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda – İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellərin doluluğu yüksək olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.

  • “Barselona”nın baş məşqçisi ilə bağlı şikayət nəticəsiz qalıb

    İspaniyanın “Barselona” klubunun baş məşqçi Xavi Ernandeslə bağlı apellyasiya şikayəti nəticəsiz qalıb.

    Bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.

    “Atletiko”ya 3:0 hesabı ilə qalib gəldikləri XXIX turun matçında qırmızı vərəqə alan mütəxəssis iki qarşılaşmada texniki zonada yer almayacaq.

    Beləliklə, Xavi “Las Palmas” və “Kadis”lə görüşləri tribunadan izləməli olacaq. Oyunlar müvafiq olaraq martın 30-da və aprelin 13-də gerçəkləşəcək. Xavi aprelin 21-də səfərdə “Real”a qarşı XXXII turun qarşılaşmasında texniki zonaya qayıdacaq.

  • Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

    Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

    “Report” “Sporx” nəşrinə istinadən xəbər verir ki, bu barədə İstanbul meri Əkrəm İmamoğlu mətbuat konfransında bildirib.

    O, Avropa Olimpiya Komitəsinin yarışı məhz bu şəhərə verdiyini açıqlayıb.

    Qeyd edək ki, Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunub. Turnir 2019-cu ildə Belarusun paytaxtı Minskdə, ötən il isə Polşanın Krakov şəhərində gerçəkləşib.

  • KİV: Makronun Ukraynaya qoşun yeridilməsi ilə bağlı bəyanatı məntiqsizdir

    Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun yeridilməsi ilə bağlı açıqlaması ABŞ-ni qəzəbləndirib.

    Bu barədə “Blomberg” məlumat yayıb.

    Qeyd olunub ki, belə bir addım Qərblə Rusiya arasında birbaşa toqquşmaya səbəb ola bilər.

    Məlumatda bildirilib ki, E.Makronun bəyanatı Almaniya kansleri Olaf Şolzun qınağı ilə də nəticələnib.

    Materialda həmçinin yazılıb ki, E.Makronun bəyanatı məntiqsizdir.

    Qeyd edək ki, E.Makron daha əvvəl Fransanın Ukraynaya qoşun göndərməsini istisna etməmişdi.

    Fransanın müdafiə naziri Sebastyan Lekornu isə söyləmişdi ki, Rusiya getdikcə daha ciddi təhlükəyə çevrilir.

    Rəsmi Parisin bu mövqeyi Avropa İttifaqı və NATO daxilində ciddi ziddiyyətə səbəb olub.

  • Zaxarova: “Fransa Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur”

    “Fransa Cənubi Qafqazda mövcud olmaqla, kəşfiyyat məlumatları toplamaq və region ölkələrində casusluq etməyə cəhd edir, həmçinin Azərbaycanla Ermənistan arasında razılaşmaların həyata keçirilməsinə mane olur”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib.

    “Fransanın əsl məqsəd sülh və təhlükəsizlik olsaydı, o zaman 2021-ci ildən Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi. Amma gördüyünüz kimi, onlar əks istiqamətdə gedirlər. Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır və ya qadir olduğuna inanmaq sadəlövhlükdür. Əgər Fransanın belə imkanları olsaydı, bu dövlət Parisin müqavilə öhdəlikləri olduğu ölkələrdə onlardan istifadə edərdi. Fransa Afrika qitəsində bunu etməyə borclu idi, çünki bağışlayın, bunun üçün pul aldılar. Fransanın bu ölkələrdəki missiyaları uğursuzluğa düçar oldu”, – diplomat bildilrib.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, Cənubi Qafqazın gələcəyi Fransa üçün “yalnız alətdir”.

    “Bu, sadəcə Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki uğursuzluqlar fonunda öz rifahını qorumaq və öz reputasiyasını qorumaq yollarından biridir”, – Zaxarova yekunlaşdırıb.

  • Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb

    Braziliyanın “Palmeyras” klubunun və Braziliya millisinin hücumçusu Endrik Felipe milli komandanın tərkibində ilk iki qoluna sərf etdiyi vaxta görə rekorda imza atıb.

    Endrik İngiltərə ilə yoldaşlıq görüşündə əvəzedici kimi meydana çıxarkən fərqlənməyi bacarıb. 17 yaşlı braziliyalı 80-ci dəqiqədə qol vurub. Görüş martın 23-də Londonun “Uembli” stadionunda baş tutub və Braziliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Endrik ikinci qolunu İspaniya millisi ilə yoldaşlıq görüşündə vurub. Futbolçu yenidən oyuna ehtiyat oyunçular skamyasında başlasa da, meydana daxil olaraq 50-ci dəqiqədə qol vurub. Görüş martın 26-da Madriddəki “Santyaqo Bernabeu”da baş tutub və heç-heçə ilə yekunlaşıb – 3:3.

    Xatırladaq ki, bundan əvvəlki 64 dəqiqəlik rekord braziliyalı Peleyə məxsus olub.

    Mənbə: iz.ru

  • МИД РФ: Баку и Еревану следует решать споры исключительно в политико-дипломатическом русле

    Москва призывает Баку и Ереван проявлять максимальную сдержанность и избегать агрессивной риторики. Об этом сказала сегодня в ходе еженедельного брифинга глава пресс-службы МИД России Мария Захарова.

    По ее словам, все территориальные споры, взаимные претензии должны быть урегулированы “исключительно в политико-дипломатическом русле и только политико-дипломатическими методами”. “Такие вопросы, в том числе по возврату обмену анклавами, следует решать в рамках двусторонней комиссии по делимитации армяно-азербайджанской границы”, – сказала Захарова.

    Она отметила, что Россия готова оказать максимальное содействие процессу делимитации границы между Азербайджаном и Арменией: “Мы, со своей стороны, готовы оказывать максимальное содействие этой работе с учетом имеющихся у России уникальных картографических материалов и экспертизы. Аналогичные принципы применимы в отношении разблокирования транспортных коммуникаций между Арменией и Азербайджаном. Мы говорим о маршруте, который связывает западные районы Азербайджана с Нахчываном через территорию Сюникской области Армении”.

    Захарова подчеркнула, что есть хорошо зарекомендовавший себя механизм выработки компромиссов – это трехсторонняя рабочая группа вице-премьеров России, Азербайджана и Армении.

    “На ее последнем заседании 2 июня 2023 года стороны были близки к принятию комплексного, взаимовыгодного решения по разблокированию транспортно-экономических маршрутов в регионе. И мы призываем партнеров проявить политическую волю и возобновить взаимодействие устоявшихся трехсторонних форматов, включая трехстороннюю рабочую группу”, – добавила она.

  • Rusiya XİN: “Bakı və İrəvan mübahisələri siyasi və diplomatik yollarla həll etməlidir”

    Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

    Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır.

    Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələri və qarşılıqlı iddialar yalnız siyasi-diplomatik yolla və üsullarla həll edilməlidir.

  • Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

    Araz və Emin Ağalarovlar Moskvada “Crocus City Hall”da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar.

    Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq.

    Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında terror aktı martın 22-də baş verib.

    Mənbə: actualnews.org