Month: March 2024

  • Liftdə ölümlə bağlı iki nəfər vəzifəsindən kənarlaşdırıldı, biri isə işdən çıxarıldı

    Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni alman istehsalı olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.

    Bu barədə “Lifttəmir” İstehsalat Birliyindən bildirilib.

    Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş bədbəxt hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hadisə komissiya tərəfindən araşdırılır.

    Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, Bakımənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

    Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

  • В Сумгайыте во дворе детской больницы обнаружено тело младенца

    Во дворе детской больницы в городе Сумгайыт обнаружено тело новорожденного ребенка.

    Как сообщает АПА, возраст ребенка – примерно 6-7 недель.

    Тело передано по назначению.

  • Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapılıb

    Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb.

    APA-nın xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

    Körpənin 6-7 həftəlik olduğu təxmin edilir.

    Meyit ərazidən götürülərək təhvil verilib.

  • Hakim Ülvi Həsənlinin həbsinin uzadılması ilə bağlı qərarı qüvvədə saxladı

    Martın 27-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbsinin uzadılmasından verilən şikayətə baxılıb.

    Yeniavaz.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb.

    Hakim həbs müddətinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha üç ay artırılıb.

    Xatırladaq ki, ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

    Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

  • Paşinyan: “Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb”

    Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

    O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

    Görüş zamanı, həmçinin, Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.

    Mənbə: News.am

  • Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? – VİDEO

    Son zamanlar sosial şəbəkələrdə həkim məsləhəti olmadan, sadəcə reklam xarakterli onlayn satılan saç serumlarının insanların böyük marağına səbəb olduğunu müşahidə edirik. Öncə xüsusi alət vasitəsilə saç olmayan nahiyələr deşilir, sonra isə həmin serum vasitəsilə masaj edilir. Amma istifadəçilər bu dərmanların xeyrindən çox ziyanı olduğunu bildirirlər.

    Trixoloq Məlahət Qəhrəmanova özbaşına müalicə üsulunun mənfi tərəflərini belə izah edib:

    “Müalicə olunmadan öncə mütləq daxili orqanları nəzərə almaq lazımdır. Vitamin çatışmazlığı, mədə-bağırsaq xəstəlikləri, hormonal problemlər saç tökülməsinə gətirib çıxara bilər. Saçın dibinə serum, yaxud hansısa yağı sürtməklə onu müalicə etmək mümkün deyil. İstifadə olunan həmin vasitələr tükün dibində tıxac yaradaraq saçın daha da tökülməsinə səbəb olur”.

    Trixoloq onu da bildirib ki, dərisində qabıq, yağlılıq, sızanaq və sebariya kimi problemi olan xəstələr bu saç serumlarından istifadə etdikdə allergik həssaslıq yaranır və tökülmə daha da sürətlənir.

    Daha ətraflı Baku TV-nin videosunu təqdim edirik:

  • Умер еще один пострадавший при теракте в “Крокусе”, число погибших возросло до 140 человек

    Один человек, пoстрадавший при теракте в “Крокуc Сити Холле”, умер в мeдицинском учреждении, врачи сделали все вoзможное.

    Об этoм журналистам сообщил министр здравоохранения РФ Михaил Мурашко.

    “В cтaционарах федеральных мeдицинских центров, бoльницах Моcквы и Московской области ocтаются 80 пострадавших в “Крокус Сити Хoлле”, в том числе 6 детей. К cожалению, один из пострадавших, рaнее нaходившийся в крайне тяжeлом cостоянии, cкончался, врачи cделали все вoзмoжное”, – сказал он.

    Муpашко добавил, что в крайне тяжелом состоянии оcтаются 4 пациента, еще 19 человек, в том числе 3 рeбенка, находятся в состоянии cредней степени тяжести. “По oперативным данным, амбулаторную пoмощь получили 205 постpадавших. 76 поcтрадавших уже выписаны из стaционаров под наблюдение врачей. Еще 23 поcтрадавших завершают cтационарное лечение и готовятся к выпиcке”, – сказал министр.

    Ранее стало известно, что погибли не менее 139 человек, а пострадали около 360, из числа которых 205 получили амбулаторную помощь.

    Источник: ТАСС

  • “Crocus” terrorunda ölənlərin sayı artdı: Yaralıların SON DURUMU

    “Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da terror aktında həlak olanların sayı 140-a yüksəlib”.

    Bu barədə Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

    Nazir həmçinin yaralılar barədə məlumat verib, onlardan biri uşaq olmaqla 76 nəfərinin xəstəxanalardan evə buraxıldığını deyib. Qurum rəhbərinin sözlərinə görə, hazırda tibb müəssisələrində 80 nəfər müalicə alır.

    Qeyd edək ki, bundan əvvəl yaralananların sayının 360 nəfərə yüksəldiyi bildirilmişdi. Onların arasında 11 uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün vəziyyəti isə orta ağır qiymətləndirilir.

    Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.

    Mənbə: Ura.ru

  • Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? – DOSYE

    Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

    Median.Az Elçin Babayevin dosyesini təqdim edir:

    Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub.

    O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika, radioastronomiya ixtisaslarına yiyələnib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

    E.Babayev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın baş redaktor müavini vəzifələrində fəaliyyət göstərib.

    O, həmçinin 2009-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

    Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb – “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyətlə məşğul olub.

    Elçin Babayev ilk dəfə 2019-cu ildə BDU-nun rektoru təyin edilib.

  • Kamran Əliyev tutduğu vəzifədən azad edildi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib.

    Avtosfer.az-ın əldə etdiyi məlumata görə, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə buraxılıb.

    Hələlik onun yerinə təyinat yoxdur.

    Qeyd edək ki, Kamran Əliyev uzun illər BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb. Bu sahədə böyük xidmətləri olan Kamran Əliyev daha sonra YPX Şöbəsinin rəisi olub. Bir neçə ildir ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. Onun 60 yaşı tamam olub.