Month: March 2024

  • Bu il 27 uşaq övladlığa verilib

    2024-cü ilin yanvar-mart aylarında övladlığagötürmə ilə bağlı 62 müraciət daxil olub və 27 uşaq övladlığa verilib.

    Sosial Xidmətlər Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, övladlığa götürülən uşaqlardan 10 nəfəri ögey ata (ana) tərəfindən, 9 nəfəri qohum tərəfindən övladlığa götürülüb.

    Qeytkipinq prosesi çərçivəsində 182 uşaqla bağlı 142 müraciət daxil olub. Onlardan 58 uşaq ailədə saxlanılıb, 69 uşaq müəssisəyə yerləşdirilib. Digər uşaqlarla bağlı isə aidiyyəti üzrə qərar qəbul edilib və ya işlər davam etdirilir.

    Ümumilikdə bu ilin ötən dövründə 31 uşaq ailə himayəsinə qaytarılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu il tarixdən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib.

  • Началась процедура признания Пугачевой иноагентом

    В России началась процедура признания народной артистки СССР Аллы Пугачевой иностранным агентом, сообщил в Telegram-канале глава Федерального проекта по безопасности и борьбе с коррупцией Виталий Бородин.

    По его словам, наделить российскую певицу соответствующим статусом просит Генеральная прокуратура РФ.

    “Пришел ответ из Генеральной прокуратуры РФ на мое обращение: “Началась процедура признания Аллы Пугачевой иностранным агентом, прокуратура просит Министерство юстиции РФ признать Пугачеву иностранным агентом”. Надеюсь, контролирующие органы доведут это дело до конца”, – написал Бородин.

    Источник: news.ru

  • Rusiyada Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb

    Rusiyalı sənətçi Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlanılıb.

    Bu barədə Rusiya Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin özünün “Telegram” kanalında məlumat verib.

    V.Borodinin sözlərinə görə, A.Puqaçovanın xarici agent kimi tanınması ilə bağlı Rusiya Baş Prokurorluğu Ədliyyə Nazirliyinə müvafiq müraciət göndərib.

    Qeyd edək ki, Alla Puqaçova Ukrayna ilə Rusiya arasında başlayan müharibədən qısa müddət sonra ölkəsini tərk edib. O, Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. A.Puqaçova ailəsi ilə İsrailə köçüb. A.Puqaçovanın həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.

  • Xocalıya ilk köçün tarixi açıqlanıb

    “Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq”.

    Bunu “Report”un Sumqayıt bürosuna açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

    O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:

    “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.

  • Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR

    Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.

    Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ yekun rəy hazır deyil. Həkim rəyi yaxın müddətdə hazırlanaraq, istintaq orqanına təqdim ediləcək.

    Qeyd edək ki, Ə.Əhmədov bir müddət əvvəl Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.

    Xatırladaq ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

  • Bakıdan Lerikə istirahətə gedən üç ailənin üzvləri qidadan zəhərləniblər

    Lerikə istirahətə gedən Bakı şəhər sakinləri qidadan zəhərləniblər.

    “Report”un cənub bürosunun verdiyi xəbərə görə, Lerikdə istirahət mərkəzlərində istirahətdə olan Bakı şəhər sakinləri qidadan zəhərləniblər. Zəhərlənənlərdən 6-sı azyaşlı olmaqla ümumilikdə 11 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılıb.

    Xəstəxanadan verilən məlumata görə Bakı şəhər sakinləri olan 3 ailənin üzvləri

    1992-ci il təvəllüdlü Nihat Elman oğlu Xəlilzadə

    1991-ci il təvəllüdlü Firuzə Polad qızı Xəlilzadə

    2018-ci il təvəllüdlü Elman Nihat oğlu Xəlilzadə

    2014-cü il təvəllüdlü Mədinə Nihat qızı Xəlilzadə

    1993-cü il təvəllüdlü Arzu Ələskər qızı Hənifəyeva

    1990-cı il təvəllüdlü Səbinə Canbulaq qızı Hənifəyeva

    2020-cı il təvəllüdlü Milay Cavid qızı Hənifəyeva

    2016-cı il təvəllüdlü Elnur Cavid oğlu Hənifəyev

    1987-ci il təvəllüdlü Cavid Canbulaq oğlu Hənifəyev

    2012-ci il təvəllüdlü Könül Elçin qızı Cənnətalıyeva

    2018-ci il təvəllüdlü Yusif Elçin oğlu Cənnətalıyevə ilkin tibbi yardım göstərilib.

    İlkin ehtimala görə, onlar özləri ilə gətirdiyi ərzaqdan zəhərləniblər.

  • Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq – Sabahın HAVA PROQNOZU

    Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-8, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.

    Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

  • Всемирный банк выделит Украине 1,5 млрд долларов за счет Японии и Великобритании

    Украина получит 1,5 млрд долларов от Великобритании и Японии по программе Всемирного банка в рамках займа в поддержку политики развития (DPL), сообщил в своем Telegram-канале премьер-министр страны Денис Шмыгаль.

    По его данным, Киев сможет располагать этими средствами к концу марта.

    “Совет директоров Всемирного бaнкa одобрил решение о выделении Укрaине 1,5 млрд долларов в рaмкaх зaйма в поддержку политики рaзвития. Из них 984 млн долларов поступит от Японии и 516 млн долларов – от Великобритaнии”, – говорится в публикации министра.

    Шмыгаль выразил благодарность партнерам за вклад в макрофинансовую стабильность Украины. По его словам, средства направят на социальные и гуманитарные цели, а также на восстановление страны.

    Источник: news.ru

  • Dünya Bankı Ukraynaya külli miqdarda yardım ayıracaq

    Ukrayna Dünya Bankının İnkişaf Siyasəti Krediti proqramı çərçivəsində Böyük Britaniya və Yaponiyadan 1,5 milyard dollar alacaq.

    Bu barədə ölkənin Baş naziri Denis Şmıqal özünün “Telegram” kanalında məlumat verib.

    Onun sözlərinə görə, Kiyev bu vəsaitləri martın sonuna qədər əldə edə biləcək.

    Dünya Bankının Direktorlar Şurası inkişaf siyasətinə dəstək krediti çərçivəsində Ukraynaya 1,5 milyard dollar ayrılması barədə qərarı təsdiqləyib. Denis Şmıqal paylaşımında bildirib ki, bu vəsaitin 984 milyon dolları Yaponiyadan, 516 milyon dolları isə Böyük Britaniyadan gələcək.

    Şmıqal, həmçinin tərəfdaşlarına Ukraynanın makro-maliyyə sabitliyinə verdikləri töhfəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, vəsait sosial və humanitar məqsədlərə, eləcə də ölkənin bərpasına yönəldiləcək.

    Mənbə: NEWS.ru

  • Ekvador prezidenti İlham Əliyevi təbrik etdi

    Ekvador Respublikasının Konstitusional Prezidenti Daniel Noboa Azin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Bu ilin fevral ayında Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə Sizə böyük məmnunluq hissi ilə təbriklərimi çatdırıram.

    Mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrini davam etdirmək arzusunda olduğumu bildirirəm.

    Ümidvaram ki, Sizin rəhbərliyiniz bundan sonra da bütün Azərbaycan xalqına firavanlıq gətirəcəkdir”.