Month: March 2024

  • Paytaxtın bir hissəsində qaz olmayacaq

    “Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” ortatəzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” məlumat yayıb.

    Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bakıda avtoşluq edən sürücünün saxlanılma anı – VİDEO

    Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Toyota” markalı, 77 EC 134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

    Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Zirəddin Firəddin oğlu Məhərrəmov saxlanılıb.

    Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

    Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

  • “Crocus”dakı teraktda şübhəli bilinən Kasımovun “Çayxana”sı bağlandı

    “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı təqsirləndirilən şəxslərdən Alişer Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Qeyd olunub ki, müəssisənin bütün qapıları bağlıdır. Kafenin iş saatları ilə bağlı heç bir xəbərdarlıq nişanı yoxdur. Yaxınlıqdakı hamam da bağlanıb.

    Obyetin qapısına yapışdırılmış vərəqdə hamamın bu gün işləmədiyi yazılıb.

    Lakin xəbərdarlıq əl ilə yazılıb və tarix göstərilməyib.

    Yaxınlıqdakı kafe, mağaza və təkər təmiri sexinin əməkdaşları “RİA Novost”nin müxbiri ilə söhbətində “Çayxana”nın sahibini tanımadıqlarını, işçilərin əksəriyyətinin müəssisənin xidmətlərindən istifadə etmədiyini bildiriblər.

    Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.

  • В двух районах Баку возникли перебои в подаче питьевой воды

    В части Ясамальского и Сабаильского районов Баку сегодня в связи с ремонтно-восстановительными работами на магистральном водопроводе наблюдаются перебои в подаче питьевой воды.

    Об этом сообщили в Государственном агентстве водных ресурсов Азербайджана.

    Структура приносит извинения абонентам за временные неудобства.

  • Bakının bəzi əraziləri susuz qaldı

    Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

    Median.Az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

    Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.

  • На станции бакинского метро произошло возгорание – ВИДЕО

    На входе на станцию “Насими” ЗАО “Бакинский метрополитен” рядом с турникетами произошло возгорание.

    Как сообщает Median.Az со ссылкой на ЗАО, сегодня в коридоре одного из служебных помещений, расположенного в вестибюле станции “Насими”, по неосторожности сотрудника на электрическую плиту разлилось растительное масло, в результате чего произошло возгорание. Огонь был немедленно потушен.

    В результате инцидента никто из пассажиров не пострадал.

  • Bakı metrosunun bir stansiyasında alışma olub – VİDEO

    “Bakı Metropoliteni” QSC-nin “Nəsimi” stansiyasının vestibülündə alışma baş verib.

    Median.Az səhmdar cəmiyyətə istinadən xəbər verir ki, bu gün “Nəsimi” stansiyasının vestibülündə yerləşən xidməti otaqlardan birinin dəhlizində əməkdaşın ehtiyatsızlığı səbəbindən qida yağı elektrik sobasının üzərinə dağılıb və alışma baş verib. Alışmanın qarşısı dərhal alınıb.

    Hadisə nəticəsində sərnişinlərin təhlükəsizliyinə xələl gəlməyib.

    Hadisənin görüntülərini təqdim edirik:

  • Bakı Dövlət Universitetinə rektor təyin edildi

    Elçin Səfəralı oğlu Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

    President.az-ın məlumatına görə, bununla bağlı dövlət başçısı İlham Əliyev Sərəncam imzalayıb:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq qərara alıram: Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin”.

  • В Ходжалы закладывается Аллея шехидов

    В городе Ходжалы закладывается Аллея шехидов.

    Как сообщает Report, об этом заявил журналистам глава Исполнительной власти Ходжалинского района Шахмар Усубов.

    “В городе Ходжалы ведутся работы по закладке Аллеи шехидов. Идентифицированные останки семи человек, обнаруженные в массовом захоронении, будут доставлены и захоронены в Ходжалы”, – заявил он.

  • Xocalı şəhərində Şəhidlər xiyabanı salınır

    Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.

    “Report”un Sumqayıt bürosu xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş yeddi nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:

    “Xocalı şəhərində Şəhidlər xiyabanı salınır. Həmin yeddi nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.