Bakıda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan, lisenziyası olmayan sürücülər cərimələnirlər.
Baku TV taksi sürücüləri arasında sorğu keçirib, mövcud vəziyyəti öyrənməyə çalışıb.
Ətraflı süjetdə:

Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Пакистана Асифу Али Зардари.
Как сообщает President.az, в послании говорится:
“Уважаемый господин Президент,
От своего имени и от имени народа Азербайджана рад сердечно поздравить Вас и Ваш братский народ по случаю национального праздника Исламской Республики Пакистан – Дня Пакистана.
Нас радует развитие отношений между Азербайджаном и Пакистаном по восходящей линии. Вызывает удовлетворение расширение с каждым днем наших межгосударственных связей, построенных на таких прочных основах, как религиозно-культурные корни и братство, укрепление нашего стратегического партнерства, основанного на взаимном доверии и поддержке.
Сегодня наше плодотворное сотрудничество в политической, экономической, военной, гуманитарной и других областях служит интересам наших стран и народов, еще больше сближая их друг с другом. Активный политический диалог между нами играет важную роль в развитии нашего взаимовыгодного сотрудничества. Мы благодарны Пакистану за его постоянную поддержку и справедливую позицию в вопросе территориальной целостности, суверенитета и неприкосновенности международно признанных границ Азербайджана.
Уверен, что мы и впредь будем последовательно и решительно прилагать совместные усилия, направленные на развитие многоплановых азербайджано-пакистанских отношений, расширение нашего сотрудничества.
В этот праздничный день передаю Вам свои наилучшие пожелания, желаю братскому народу Пакистана благополучия и процветания”.
Также Президент Азербайджана Ильхам Алиев направил поздравительное письмо премьер-министру Пакистана Мухаммаду Шахбазу Шарифу.
Как сообщает President.az, в послании говорится:
“Уважаемый господин Премьер-министр,
От своего имени и от имени народа Азербайджана искренне поздравляю Вас и Ваш братский народ по случаю 23 марта – Дня Пакистана и передаю наилучшие пожелания.
Пакистан – близкий друг, брат и надежный партнер Азербайджана. Мы придаем особое значение расширению во всех сферах наших межгосударственных связей, имеющих большой потенциал, в том числе дальнейшему углублению нашего стратегического партнерства. Взаимопонимание и интенсивный политический диалог на высшем уровне сформировали для этого благоприятную почву и возможности.
Вызывают удовлетворение плодотворное сотрудничество и взаимная поддержка наших братских стран как в двустороннем порядке, так и в рамках международных структур. Азербайджанский народ всегда высоко ценит постоянную поддержку и справедливую позицию Пакистана в вопросе территориальной целостности, суверенитета и неприкосновенности международно признанных границ нашей страны.
В настоящее время имеются хорошие условия для расширения нашего взаимодействия как в торгово-экономической, так и в транспортной, энергетической, оборонной, гуманитарной и других сферах. Уверен, что в интересах наших народов мы и впредь будем успешно продолжать совместные усилия во имя укрепления азербайджано-пакистанских традиционно дружественных отношений, развития нашего многопланового сотрудничества и дальнейшего углубления нашего стратегического партнерства.
С надеждой на скорую встречу с Вами в Баку желаю Вам крепкого здоровья, счастья, успехов в делах, братскому народу Пакистана – постоянного благополучия и процветания”.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident, Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur.
Bu gün siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik.
Belə bir bayram günündə Sizə ən xoş arzularımı çatdırır, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Azərbaycan Prezidenti, həmçinin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi də təbrik edib.
Məktubda qeyd olunur:
“Hörmətli cənab baş nazir, 23 mart – Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir və ən xoş arzularımı çatdırıram.
Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.
Qardaş ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığı və bir-birini dəstəkləməsi məmnunluq doğurur. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir.
Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədova ağır itki üz verib.
“Qafqazinfo” xəbər verir ki, onun atası vəfat edib.
Qeyd edək ki, E.Səmədov ötən ilin dekabrın 16-sı bir qrup PFL əməkdaşı ilə Xankəndiyə gedərkən Ağdam rayonu ərazisində ağır qəza keçirib.

Şəmkirdə tanınmış həkim vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yer alıb.
Qeyd edək ki, mərhum Elşən Quliyev travmatoloq kimi çalışıb.
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü keçirilir.
Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Qohumunun müavinət kartındakı pulu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yardımlı rayon sakininin bank kartından 350 manat oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, Cəlilabad rayon sakini Ə.Təhməzli müəyyən edilərək saxlanılıb.
Onun həmin bank kartına aid məlumatları əldə etdikdən sonra mobil tətbiq vasitəsilə hesabdakı pulu oğurladığı müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ermənistan polisi İrəvanda hazırkı hökuməti və baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifətçini, “İmnemimi” proqramının həmmüəllifləri və aparıcıları Narek Samsonyan və Vazgen Saqatelyanı saxlayıb.
Median.Az bu barədə TASS-a istinadən xəbər verir.
N.Samsonyanın vəkili Ruben Melikyan jurnalistlərə açıqlamasında bildirib ki, müxalifətçi xuliqanlıq ittihamı ilə saxlanılıb.


“Ukraynada keçirilən xüsusi hərbi əməliyyat Qərbin müdaxiləsi səbəbindən artıq müharibəyə çevrilib”.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Aif.ru” saytına müsahibəsində bildirib.
“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başladı, amma kollektiv Qərb Ukrayna tərəfindən bunun iştirakçısına çevrildikdə, bizim üçün artıq müharibəyə çevrildi. Mən buna əminəm. Və bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir”, – deyə Kreml nümayəndəsi qeyd edib.
Məşhur aktyor Halit Ergenç ötən gün İstanbulun Bebek səmtində görüntülənib.
Median.Az Türkiyə mediasına istinadən xəbər verir ki, müxbirlərlə söhbət edən Ergenç fit görünüşü ilə diqqət çəkib.
Ona verilən sualları cavablandıran Halit Ergenç deyib:
“Mən arada gedib gəlirəm. Uşaqların indi məktəb tətili var. Tezliklə yanıma gələcəklər.Bir müddət burada qalacağıq, sonra birlikdə qayıdacağıq”.
Halit Ergenç verdiyi kilolardan da danışıb:
“Roluma görə 10 kilo arıqladım. Mən bu proses zamanı dəstək aldım, çünki bu çəki artımı və itkisi insan sağlamlığına da təsir edə bilər. Əgər motivasiyalısınızsa, asanlıqla verə bilərsiniz”.
Qeyd edək ki, Halit Ergenç və Bergüzar Korel Londonda ev alıblar və krallıq paytaxtında yaşayırlar. Onların üç övladı var.




//Baku.ws