Month: March 2024

  • На территории Азербайджана сохранится дождливая погода, в горных районах выпадет снег – ПРЕДУПРЕЖДЕНИЕ

    В районах Азербайджана с утра 22 марта до полудня 24 марта ожидаются местами переменные осадки, в горных районах выпадет снег.

    Информацию об этом распространила Национальная гидрометеорологическая служба.

    Сообщается, что в Нахчыванской АР, Карабахе и Восточном Зангезуре, Газах-Гянджинской, Балакен-Шекинской, Губа-Гусарской, Лянкяран-Астаринской зонах, Ширване и Центральном Аране возможны ливни, грозы и град. Утром и днем 23-го числа осадки прекратятся.

    Днем 23 марта западный ветер местами усилится до 15-20 м/с.

    В Баку и на Абшеронском полуострове с полудня 23 марта до утра 24 марта ожидается усиление северо-западного ветра до 15-18 м/с, вечером 23-го марта местами на полуострове до 20-23 м/с.

    Ночью 23 марта местами возможны переменные дожди.

  • Yağış və qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında martın 22-də səhərdən 24-də gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Mərkəzi Aran, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Martın 23-də səhər və gündüz yağıntıda fasilə olacaq.

    Qərb küləyi martın 23-də gündüz ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

    Bakıda və Abşeron yarımadasında martın 23-də günün ikinci yarısından 24-də səhərədək şimal-qərb küləyinin 15-18 m/s, martın 23-də axşam yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

    Martın 23-də gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,75 доллара (0,86%) и составила 87,17 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti 88 dollardan az olub.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları, yaxud 0,86% azalaraq 87,17 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

  • DYP uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində daxili işlər orqanları, o cümlədən DYP əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

    Hazırda qeyri-sabit hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə DYP tərəfindən qabaqlayıcı tədbirlər görülür, dumanlı ərazilərdə sürücülər müşayiət olunur, yolda qalanlara köməklik göstərilir.

    Lakin hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə yük və sərnişindaşıma sahəsində daha çox qazanc əldə etmək məqsədilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını dəfələrlə artırır.

    BDYPİ bayram günlərinin xoş təəssüratla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, bir sözlə – qaydalara sözsüz əməl etməyə çağırır”.

  • Xankəndidə xeyli silah-sursat tapılıb

    Xankəndidə xeyli silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, bir pulemyot, dörd tapança, üç tüfəng, bir qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8 602 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • В Шахдаге высота снежного покрова достигла 38 см – ФАКТИЧЕСКАЯ ПОГОДА

    По состоянию на 10:00 22 марта на территории Азербайджана погода временами была дождливой, в горных районах выпал снег.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Высота снежного покрова в Шахдаге составила 38 см, Грызе – 11 см.

    Количество выпавших осадков в Астаре составило 10 мм, Лянкяране – 7 мм, Огузе – 5 мм, Гобустане, Габале, Ордубаде, Гейчае, Зардабе, Шеки, Гусаре, Тертере, Евлахе, Гейгеле, Нафталане, Товузе, Агстафе, Балакене, Имишли, Кюрдамире, Гейтепе, Сабирабаде, Ярдымлы, Шахбузе, Шаруре – до 3 мм, в Баку и на Абшеронском полуострове – до 1 мм.

    В Дашкесане, Гедабее, Гейгеле, Нафталане, Гяндже, Шамкире, Агдаме, Огузе, Габале, Балакене, Загатале, Шеки, Гахе, Габале, Шамахы, Гобустане, Губе, Гусаре, Халтане, Грызе, Тертере, Гейчае, Бейлагане, Лерике, Сумгайыте наблюдался туман. Видимость была ограничена до 200-500 м.

    Минимальная температура воздуха в Баку и на Абшеронском полуострове составила 3-6, Нахчыванской АР, низменных районах – 7, горных районах – до 1 градуса тепла, в высокогорье – до 2 градусов мороза.

  • Şahdağda qarın hündürlüyü 38 sm-ə çatıb – FAKTİKİ HAVA

    Martın 22-si saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən bildirildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 38 sm, Qrızda 11 sm olub.

    Düşən yağıntının miqdarı Astarada 10 mm, Lənkəranda 7 mm, Oğuzda 5 mm, Qobustan, Qəbələ, Ordubad, Göyçay, Zərdab, Şəki, Qusar, Tərtər, Yevlax, Göygöl, Naftalan, Tovuz, Ağstafa, Balakən, İmişli, Kürdəmir, Göytəpə, Sabirabad, Yardımlı, Şahbuz, Şərurda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

    Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Göyçay, Beyləqan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3-6, Naxçıvan MR-da 7, Aran rayonlarında 7, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 2 dərəcəyədək şaxta qeydə alınıb.

  • Журналист Саркисян: Армяне покидают оккупированные села Газаха

    После того как 18 марта Никол Пашинян на встрече с жителями Тавуша завел разговор о войне, жители приграничных сел Ноемберянского района покидают эти села.

    Об этом сообщил армянский журналист Оскан Саркисян.

    “Две из трех поселившихся в Воскепаре (Аскипара – ред.) семей из Карабаха уехали отсюда. Из 12 семей, проживающих в Воскеване (Хошкотан – ред.), четыре готовятся покинуть село и поселиться в Араратской долине либо других районах Армении. Большинство большегрузных машин, привозящих товары в Армению, теперь едут из Баграташена (Ланбали – ред.) в Ереван, к границе Армении не по трассе Баганис – Воскепар (Баганис Айрым – Аскипара – ред.), а по дороге Алаверди. Большинство грузовиков, проезжающих через Ноемберян, предпочитают трассе, проходящей через пограничную полосу, объездную дорогу Баганис – Воскепар”, – отметил О.Саркисян.

    Источник: yerkir.am

  • Sarkisyan açıqladı: Ermənilər Qazaxın işğal altındakı kəndlərini tərk edirlər

    “Martın 18-də Nikol Paşinyanın Tavuş sakinləri ilə görüşündən sonra Noyemberyanın (Barana -red.) sərhəd zonasının kəndlərində məskunlaşan sakinlər həmin yerləri tərk edirlər”.

    Bu sözləri erməni jurnalist Oskan Sarkisyan deyib.

    “Voskeparda (Əskipara – red.) məskunlaşan Qarabağdan gəlmiş üç ailədən 2-si buranı tərk edib. Voskevan (Xoşkotan -red.) kəndində məskunlaşan 12 ailədən 4-ü həmin ərazini tərk edib Ararat vadisində, Ermənistanın başqa yerlərində məskunlaşmağa hazırlaşır. Ermənistana mal gətirən iri yük maşınlarının əksəriyyəti indi Baqrataşendən (Lənbəli -red.) İrəvana, Ermənistan sərhədinə Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara red.) yolu ilə deyil, Alaverdi yolu ilə gəlir. Noyemberyandan keçən yük maşınları var, onların əksəriyyəti sərhəd zolağından keçən yola deyil, Bağanis-Voskepar dolama yoluna üstünlük verir”, – deyə O.Sarkisyan bildirib.

    Mənbə: yerkir.am