Month: March 2024

  • Çeçenistanda zəlzələ OLDU

    Çeçenistanda zəlzələ olub.
     
    Bu barədə AFAD məlumat yayıb.
     
    Qeyd edilib ki, yeraltı təkan bu dəqiqələrdə baş verib.
     
    3.5 maqnitudalı zəlzələ 8.5 km dərinlikdə baş verib.

  • Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

    Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Mehriban Əliyevaya təbrik məktubu göndərib.

    Bu barədə AZƏRTAC xəbər verib.

    Təbrik məktubunda deyilir:

    “Möhtərəm Mehriban xanım,

    Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını Türk milləti adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.

    Novruzun rəmzi olan sevgi, birlik və qardaşlığı ölkələrimizdən və bölgələrimizdən kənara bərabər çatdırmaq ümidi ilə Zati-alinizə sağlamlıq, xoşbəxtlik və uğurlar, dost və qardaş Azərbaycan xalqına isə firavanlıq və əmin-amanlıq dolu bir il arzulayıram”.

  • Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibəti ilə təbrik edib

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Novruz bayramı münasibəti ilə təbrik edib.

    President.az-ın məlumatına görə təbrikdə deyilir:

    “Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

    Əsrlərə söykənən qədim ənənə olan Novruz bizlərə ümid və bərəkət dolu günləri müjdələyir. Ortaq mədəniyyətimizin mühüm hissəsi olan bu əlamətdar gündə dostluq və qardaşlıq əlaqələrimizin daha da güclənəcəyinə əminəm.

    2024-cü ilin bizlər üçün yeni fürsətlərin və uğurların yaşanacağı bir il olmasına ümid edirəm. Ölkələrimiz arasındakı əlaqələrin güclənərək inkişaf etməsi və ortaq hədəflərimizə birlikdə nail olunması yolunda daha sıx əməkdaşlıq etmək arzusu ilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm”.

  • İcra başçısı xanım müavinini işdən çıxarıb

    Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov xanım müavinini işdən çıxarıb.

    Qaynarinfon-nun məlumatına görə, Süleyman Mikayılovun müavif əmri ilə İsmayılova Təranə Əli qızı Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib.

    Bu ilin fevral ayında vəzifəsindən azad olunan Təranə İsmayılova işdən çıxarılmasının səbəbi açıqlanmır.

    Qeyd edək ki, Təranə İsmayılova 2014-cü ilin fevral ayında 39 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında baş həkimi vəzifəsindən azad edilərək, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilmişdi.

  • Tanınmış şairi motosiklet vurdu – Ciddi xəsarət aldı (FOTO)

    Tanınmış şair, tərcüməçi, Prezident təqaüdçüsü Nicat Məmmədovu motosiklet vurub.

    Bakupost.az-ın məlumatına görə, hadisə martın 18-i baş verib.

    Belə ki, yüksək sürətlə hərəkət edən motosiklet piyada zolağında onu vurub.

    Nticədə N.Məmmədov sol diz nahiyəsindən ciddi xəsarət alıb.

    1 saylı Şəhər Klinik Xəstəxanasında şairə ilkin tibbi yardım göstərilib. Hazırda zərərçəkmiş evdə yataq şəraitindədir.

    Hüquq-mühafizə orqanları işi öz nəzarətinə götürüb.

    Araşdırma aparılır.

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Azər Mehdiyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

    Azər Mehdiyev bu təyinata qədər Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.

    Xatırladaq ki, Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin bundan əvvəlki rəisi Samir Quliyev sərəncama götürülüb.

  • Ötən gün dörd qumbara və digər silah-sursat təhvil götürülüb

    Ötən gün dörd qumbara və digər silah-sursat təhvil götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunub ki, polis əməkdaşları martın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, dörd qumbara, iki tüfəng, bir patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

  • Сборная Азербайджана по тамблингу заняла первое место на международном турнире в Казахстане

    Сборная Азербайджана по тамблингу заняла первое место на международном турнире в Алматы (Казахстан).

    Команда в составе Гусейна Асадуллаева, Алексея Караташова, Угура Джафарли и Санана Рзазаде обыграла всех своих соперников.

    В индивидуальных соревнованиях азербайджанские гимнасты завоевали 2 золотые, 2 серебряные и 1 бронзовую медали. Алексей Караташов и Санан Рзазаде поднялись на высшую ступень пьедестала почета, Хатаи Гумбатов и Алиакбер Хади заняли второе место, а Гусейн Асадуллаев довольствовался бронзой.

  • Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

    Azərbaycan tamblinq millisi Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə birinci yeri tutub.

    Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadənin yer aldığı komanda bütün rəqiblərini üstələyib.

    Gimnastlarımız fərdi yarışlarda da iki qızıl, iki gümüş, bir bürünc medal qazanıblar. Aleksey Karataşov və Sənan Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xətai Hümbətovla Əliəkbər Hadi ikinci yeri tutublar. Hüseyn Əsədullayev isə bürünc medala yiyələnib.

  • Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb

    Cəlilabadda 16 min manatlıq oğurluq olan ev yandırılıb.

    “Report”un Muğan bürosuna ev sahibi Kamil İsayevin verdiyi məlumata görə, evindən 16 min manat aparan oğru cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub.

    Belə ki, ötən gün axşam 19 radələrində qonaq gedən İsayevlər ailəsinə zəng edilərək heç kimin olmadığı evinin yanması barədə xəbər verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi gəlib. Güclü külək və yağış altında yanğın lokallaşdırılsa da, 130 kvadratmetr sahəsi olan evin 50 kvadratmetrlik hissəsi yanıb.

    Həmçinin hadisə şahidləri otaqlarda alışıb yanmayan yanar maye izləri də aşkar ediblər.

    Ev sahibi Kamil İsayevin sözlərinə görə, yanan otaqlarda ev sahibinə məxsus xeyli rəsmi sənəd və geyim də yanaraq məhv olub. O qeyd edib ki, ev yeni təmir edilib.

    Oğurlanan pul ev sahibinin oğluna məxsus imiş və o, müəyyən miqdardan sonra yeni bir ev almağı planlayırmış.

    Hadisə ilə bağlı müvafiq qurumların tədqiqatı davam edir.