Month: March 2024

  • Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

    İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.

    Azərbaycan millisi birinci görüşünə çıxacaq.

    Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

    Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.

    “FIFA series – Edition 2024”

    22 mart

    20:00. Azərbaycan – Monqolustan

    Baş hakim: Zorbay Küçük (Türkiyə)

    Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

  • “Dolana bilmirdim, fəhlə, kloun kimi də işləyirdim”

    “Mədəniyyət və İncəsənət Universitetdə tələbə olarkən Gənclər Teatrında Hüseynağa Atakişiyev kimi rejissordan baş rol almışdıq. Amma biz dolana bilmirdik. Kosa, keçəl, kloun kimi məclislərə getmişəm. “Şaxta baba” obrazına boyum çatmırdı. İndiki bəzi məşhurlarla bir yerdə getmişik. Adlarını demək istəmirəm, xətrlərinə dəyər. O vaxt bunlar olub, işləyib qazanmışam”.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rafael İsgəndərov “AStar” yutub layihəsində qonaq olarkən deyib.

    O, keçmişdə yaşadığı çətinliklərdən danışıb:

    “1993-cü ildə Rusiyaya böyük axın var idi, camaat işləməyə gedirdi. Atama dedim ki, mən də getmək istəyirəm. Rus dilini bilirəm, gedib işləyəcəyəm. Cibindən 2 min manat çıxardı və yarısını verdi mənə. Dedi ki, aclıqdan ölsək də, tox olsaq da, burada olacaqsan. Heç yerə getməyəcəksən. Allah atama rəhmət eləsin ki, o vaxt məni qoymadı getməyə.

    Sonra getdim Gənclər teatrına qəbul oldum. 1 ildən sonra artıq baş rolda oynayırdım. Amma yenə də dolana bilmirdim. O vaxtkı pulnan 4900 manat verirdilər. Yol pulum isə 6 min manat idi. Qazancım heç yol puluma çatmırdı. Əlavə pulu kosa, keçəl kimi məclislərdən qazanırdım.

    Fəhlə, qaynaqçı, bulka bişirilən yerdə işləmişəm. Gecələr bulka bişirib, səhər isə 7-dən 10-na kimi yatmışam. Sonra isə yuxudan durub getmişəm tamaşanın məşqlərinə. Günorta qrim otağında uzanmışam, günorta isə bir dənə pirojki alıb yemişəm. Bunları ağlaşma kimi demirəm, sadəcə yaşadığımı deyirəm. Axşam 19:00-da tamaşa oynamışam. Oradan da çıxıb getmişəm bulka bişirməyə. Səhər yenə həmin şey.

  • В Гахском районе в честь праздника Новруз прошли конные скачки – ВИДЕО

    В Гахском районе прошли конные скачки.

    В соревновании, которое проводится ежегодно в праздник Новруз, приняли участие 18 наездников-любителей.

    По словам местных жителей, данную традицию они унаследовали от своих предков.

    Подробнее – в сюжете Baku TV.

  • Qaxlıların bayram adətləri: Novruzda keçirilən at yarışı – VİDEO

    Qaxda at yarışı keçirilib.

    Hər il Novruz bayramında baş tutan yarışda 18 həvəskar çapar iştirak edib.

    Kənd sakinlərinin sözlərinə görə, bu ənənə onlara ata-babalarından mirasdır.

    Ətraflı Baku TV-nin süjetində:

  • В Баку возник пожар в общественной бане, один человек отравился дымом

    В Баку возник пожар в общественной бане, в результате чего один человек отравился дымом.

    Об этом сообщили в пресс-службе МЧС.

    Согласно информации, в Сураханском районе Баку во время пожара в общественной бане общей площадью 600 кв.м. огонь охватил в раздевалке 70 кв.м. Остальная часть объекта была защищена от огня.

    Открытое горение было ликвидировано пожарными, в результате инцидента один человек отравился дымом.

    Причины возгорания будут установлены профильными ведомствами.

  • Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib

    Bakıda hamam yanıb, bir nəfər tüstüdən zəhərlənib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Belə ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² olan hamamın soyunub-geyinmə və sauna otağının yanar konstruksiyaları 70 m² sahədə yanıb.

    Hamamın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Немецкий корабль сбил беспилотник хуситов в Красном море

    Бортовой вертолет немецкого фрегата “Гессен” обнаружил и уничтожил беспилотный летательный аппарат, запущенный йеменским мятежным движением хуситов “Ансар Аллах”.

    Как сообщают СМИ, дрон был поражен в тот момент, когда приблизился к гражданскому буксиру. Это произошло рано утром 21 марта.

    Отмечается, что фрегат “Гессен”, дислоцированный в Красном море для защиты торговых судов, не первый раз сбивает дроны. В конце февраля корабль отразил первую атаку йеменских хуситов, сбив два беспилотника. Однако тогда же фрегат по ошибке обстрелял американский беспилотник.

    Напомним, 19 марта телеканал Al Masirah сообщал, что хуситы нанесли ракетный удар по израильскому городу Эйлат.

    После обострения конфликта между палестинским движением ХАМАС и Израилем движение “Ансар Аллах” заявило, что будет наносить удары по израильским территориям и не позволит связанным с этой страной судам проходить через воды Красного моря и Баб-эль-Мандебского пролива до тех пор, пока военные действия в секторе Газа не завершатся.

    Источник: gazeta.ru

  • Alman gəmisi Qırmızı dənizdə husilərin pilotsuz təyyarəsini vurub

    Almaniyanın “Hessen” freqatına məxsus vertolyotu Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən buraxılan pilotsuz uçuş aparatını aşkarlayaraq məhv edib.

    Məlumata görə, pilotsuz təyyarə mülki yedək gəmisinə yaxınlaşan an vurulub.

    Qeyd edək ki, ticarət gəmilərini qorumaq üçün Qırmızı dənizdə yerləşdirilən “Hessen” freqatının pilotsuz təyyarələri vurması ilk dəfə deyil. Fevralın sonunda gəmi yəmənli husilərin ilk hücumunu dəf edərək iki pilotsuz təyyarəni vurub. Lakin, eyni zamanda, freqat səhvən ABŞ pilotsuz təyyarəsinə də atəş açıb.

    Mənbə: Gazeta.ru

  • Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 22-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

  • İsrail HƏMAS-a dair kəşfiyyat məlumatlarını ələ keçirib

    İsrail Qəzza zolağına hərbi hücumu zamanı radikal Fələstinin HƏMAS hərəkatı haqqında çoxlu kəşfiyyat məlumatı əldə edib.

    Bu barədə “NBC News” İsrail və Amerika mənbələrinə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, İsrail hökuməti HƏMAS haqqında ətraflı məlumatı hərbi əməliyyatlar zamanı ələ keçirilən sərt disklər, noutbuklar, telefonlardan əldə etdiyi kəşfiyyat məlumatları, həmçinin ABŞ-ın elektron dinləmələri sayəsində əldə edib.

    Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun keçmiş yüksək vəzifəli əməkdaşı və baş elmi işçisi Metyu Levitt bildirib ki, İsrail hakimiyyəti HƏMAS haqqında əvvəlkindən daha çox anlayışa malikdir:

    “Kadrlar məsələsi və daha çox şey. Onlar HƏMAS-ın nəyə qadir olduğunu daha ətraflı başa düşürlər”.

    Kəşfiyyat rəsmisinin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin əldə etdiyi məlumatlarda HƏMAS-ın rəhbərliyi, komandanlığı və kommunikasiyaları haqqında son dərəcə müfəssəl məlumatlar var.