Month: March 2024

  • Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib – YENİLƏNİB

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində ilk dəfə keçirilən Nüvə Enerjisi Sammitində iştirak və çıxış edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, çıxış zamanı Azərbaycanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq məsələlərinə toxunulub, eləcə də tədbirin mövzusu üzrə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

    Çıxışda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Qlobal Dəyərləndirmə Hesabatında (Global Stocktake) nüvə enerjisinin “istixana qazı emissiyalarını azaltmaq üçün” üsullardan biri kimi əks olunmasının nüvədən təhlükəsiz istifadə istiqamətində göstərilən qlobal səylərin vacib nəticəsi olduğu qeyd edilib.

    Bu istiqamətdə AEBA nüvə enerjisinin ətraf mühitə təsirlərini öyrənməyə yönələn fəaliyyətin, o cümlədən “Atoms4Climate” kimi təşəbbüslərin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

    Nüvə texnologiyalarından istifadə sahəsində AEBA ilə texniki əməkdaşlığın gələcək perspektivlərinə toxunan nazir Ceyhun Bayramov bu istiqamətdə tamamlanma mərhələsində olan AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan üçün nəzərdə tutulan növbəti “Ölkə üzrə Çərçivə Proqramı” çərçivə sənədinin əhəmiyyətindən bəhs edib.

    Azərbaycanın milli səviyyədə nüvə texnologiyalarından istifadə təcrübəsi barədə ətraflı məlumat verən nazir AEBA ilə birgə ölkəmiz üçün ən vacib çağırışlardan biri olan mina təhdidi ilə mübarizə sahəsinə nüvə texnologiyasının tətbiqinin mümkünlüyünün tədqiq edilməsi üzərində çalışdığımızı diqqətə çatdırıb.

    Bu sahədə prioritetimizin, nüvə enerjisindən istifadə imkanlarının araşdırılması zamanı nüvə təhlükəsizliyinə xüsusi diqqət edilməsi olduğu vurğulanıb.

    COP29-a sədrliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində nüvə texnologiyalarından dinc məqsədlər üçün əlçatan istifadə naminə resursların cəlbinin təşviqi ilə yanaşı, nüvə təhlükəsizliyi amilini ön planda saxlayacağımız diqqətə çatdırılıb.

    AEBA-nın bu istiqamətlərdə göstərilən səylərə mümkün töhfəsinin əhəmiyyətli rol oynayacağına dair inam ifadə olunub.

    * * * * *

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində Nüvə Enerji Sammitində çıxış edib.

    Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

    Qeyd edilib ki, nazir Azərbaycanın nüvə texnologiyalarının tətbiqi, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq perspektivləri, mina təhlükəsinin aradan qaldırılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin prioritetləri barədə danışıb.

  • Турецкая лира упала до исторического минимума

    Турецкая валюта продолжила падение по отношению к доллару и обновила исторический минимум.

    Согласно информации, по текущему курсу 1 доллар равен 32,42 турецкой лиры.

    Источник: ntv.com

  • Türkiyə lirəsi tarixi minimuma düşüb

    Türkiyə milli valyutası ABŞ dolları qarşısında tarixi minimumunu yeniləyib.

    Məlumata görə, hazırkı məzənnəyə əsasən, bir dollar 32,42 türk lirəsidir.

    Mənbə: ntv.com

  • Министры Пакистана отказались от получения зарплат для экономии госрасходов

    Премьер-министр Пакистана Шахбаз Шариф и министры федерального правительства добровольно отказались от получения зарплат и льгот в рамках введенных Кабмином мер жесткой экономии, направленных на сокращение государственных расходов.

    Об этом сообщает газета Pakistan Today.

    Ранее на этой неделе президент Пакистана Асиф Али Зардари также отказался от получения зарплаты и льгот, заявив, что “решил не перегружать национальную казну положенными по должности выплатами от государства”.

    Введение мер по экономии госрасходов стало одним из первых шагов нового пакистанского федерального правительства во главе с Шарифом, сформированного после состоявшихся в феврале парламентских выборов.

    В понедельник Кабмин в целях экономии госбюджета ограничил поездки за границу министров и государственных чиновников, а также ввел новые правила их пребывания за рубежом. В соответствии с ними федеральные и государственные министры, их советники и помощники обязаны выезжать за границу не больше трех раз в год и только с разрешения правительственного комитета, обеспечивающего жесткую экономию национального бюджета, а также от МИД и МВД. В зарубежных поездках им запрещается останавливаться в пятизвездочных гостиницах. Пакистанским посольствам за рубежом рекомендовано как можно шире задействовать дипломатов в международных форумах и мероприятиях, что должно способствовать сокращению выезда для участия в них министров и чиновников ведомств.

    Источник: ТАСС

  • Pakistanlı nazirlər maaşlarından imtina etdilər

    Pakistanın Baş naziri Şahbaz Şərif və federal hökumət nazirləri maaş və müavinətlərindən könüllü olaraq imtina ediblər.

    Buna səbəb Nazirlər Kabinetinin hökumət xərclərini azaltmağa yönəlmiş kəskin qənaət tədbirləri olub.

    Eyni zamanda, daha əvvəl Pakistan Prezidenti Asif Ali Zardari də maaşını və müavinətlərini almaqdan imtina edib. “Vəzifəyə görə hökumətdən aldığım rəsmi ödənişlərlə milli xəzinəni çox yükləməmək qərarına gəldim”, – deyə o bildirib.

    Qeyd edək ki, hökumət xərclərinə qənaət etmək üçün tədbirlərin görülməsi Pakistanın fevral ayında keçirilən parlament seçkisindən sonra formalaşan və Şahbaz Şərifin rəhbərlik etdiyi yeni federal hökumətin ilk addımlarından biri olub.

    Mənbə: “Pakistan Today”

  • Как долго будут действовать льготы для переселенцев?

    Меры социальной защиты, предусмотренные законом Азербайджанской Республики “О социальной защите вынужденных переселенцев и приравниваемых к ним лиц” действительны в течение трех лет с момента возникновения условий для возвращения вынужденных переселенцев в прежние места проживания, а в отношении приравниваемых к ним лиц – до момента создания условий для их возвращения в прежние места проживания или до тех пор, пока они не поселятся там на постоянной основе.

    Об этом в ответ на запрос АПА сообщили в Государственном комитете по делам беженцев и вынужденных переселенцев.

  • Köçkünlərə “çörəkpulu” verilməsi hansı müddətədək davam edəcək? – RƏSMİ

    İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

    Eyni zamanda komitə onlara “çörəkpulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:

    “Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin (“çörəkpulu”) verilməsi şamil edilmir”.

  • МИД Азербайджана призвал премьер-министра Франции положить конец провокационным заявлениям

    Пресс-секретарь Министерства иностранных дел Азербайджана Айхан Гаджизаде прокомментировал заявления премьер-министра Франции Габриэля Атталя, прозвучавшие на встрече с армянской общиной.

    Как сообщили в МИД, Айхан Гаджизаде заявил, что Азербайджан решительно осуждает необоснованные заявления премьер-министра Франции Габриэля Атталя против Азербайджана и в одностороннем порядке защищающие Армению, сделанные им во время ежегодного мероприятия Координационного совета армянских организаций Франции 20 марта 2024 года.

    “Премьер-министру Франции, который осудил антитеррористические мероприятия локального характера, проведенные в сентябре прошлого года ВС Азербайджана против остатков вооруженных сил Армении на суверенных территориях Азербайджана, а также обвинил Азербайджан в якобы “оккупации армянских территорий”, хотим напомнить, что мероприятия, проведенные азербайджанской стороной, отвечают нормам и принципам международного права, а также положениям резолюции Совета безопасности ООН, постоянным членом которой является Франция. Абсурдно, что Франция, которая не возражала против продолжавшейся почти 30 лет армянской агрессии и оккупации азербайджанских территорий, а также против того, что в настоящее время Армения все еще держит под оккупацией 8 азербайджанских сел, без каких-либо оснований обвиняет Азербайджан в применении силы. Еще раз призываем французскую сторону извлечь уроки из собственной истории, не вмешиваться во внутренние дела Азербайджана и положить конец подобным провокационным заявлениям”, – говорится в сообщении пресс-службы ведомства.

  • Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

    Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Baş naziri Qabriel Attalın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə münasibət bildirib.

    XİN-dən verilən xəbərə görə, nazirliyin rəsmisi bildirib ki, 20 mart 2024-cü il tarixində Fransa Respublikasının baş naziri Qabriel Attalın Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik.

    “Azərbaycanın öz suveren ərazilərində yerləşmiş Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı aparılmış antiterror tədbirlərini qınayan və Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməkdə təqsirləndirən Fransa baş nazirinə xatırladırıq ki, Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Fransanın daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri ilə tam uyğundur. 30 ilə yaxın müddətdə davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur. Bir daha, Fransa tərəfini öz tarixindən dərs çıxarmağa, Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”, – deyə XİN mətbuat katibi qeyd edib.

  • İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər

    İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs ediliblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İsgəndər Zülfiqarov və Hüseyn Məlikzadə saxlanılıblar.

    Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

    İranda yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildikləri müəyyən olunan həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı araşdırmalar aparılır.