Month: March 2024

  • Qızılın qiyməti rekord həddə qalxdı

    Qızılın qiyməti rekord həddə qalxıb.

    Federal Rezerv Sistemi bu il üç faiz endirim proqnozunu saxladıqdan sonra ABŞ dolları və istiqraz gəlirləri azalıb ki, bu da qızılın qiymətinin artmasına səbəb olub.

    Spot qızıl sessiya gedişatı zamanı 2 222,39 dollar rekord həddinə çatdıqdan sonra 1% bahalaşaraq bir unsiya üçün 2 208,3 dollar olub.

    Qeyd edək ki, ötən gün Federal Rezerv Sistemi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb və 2024-cü ilin sonuna qədər 0,75% azaltmağı nəzərdə tutduğunu bəyan edib.

  • Зурабишвили поздравила азербайджанскую общину Грузии с Новруз байрамы

    Президент Грузии Саломе Зурабишвили поздравила азербайджанскую общину страны с Новруз байрамы.

    Поздравление опубликовано на странице Зурабишвили в соцсети Facebook.

    “Поздравляю с Новруз байрамы наших соотечественников-азербайджанцев! Пусть этот прекрасный весенний праздник, олицетворяющий обновление природы, принесет каждому из вас радость и благополучие!” – написала она.

  • Zurabişvili Gürcüstanın azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib

    Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib.

    Təbrik Zurabişvilinin “Facebook” səhifəsində dərc olunub.

    “Soydaşlarımızı, azərbaycanlıları Novruz Bayramı münasibətilə təbrik edirik! Təbiətin yenilənməsini təcəssüm etdirən bu gözəl bahar bayramı hər birinizə sevinc və firavanlıq gətirsin!” – deyə Gürcüstan prezidenti yazıb.

  • Paşinyan və Mişel Brüsseldə Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər

    Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel Brüsseldə keçirilən nüvə enerjisi sammiti çərçivəsində görüşüblər.

    Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

    Bildirilib ki, tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    Eyni zamanda tərəflər Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar, Avropa İttifaqı Şurası sədrinin Azərbaycan və Ermənistan liderləri ilə 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə keçirilmiş üçtərəfli görüşləri nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

    Mənbə: Erməni KİV

  • Mercedes-Benz отзовет 116 000 автомобилей из-за проблемы с заземлением

    Компания Mercedes-Benz отзовет для ремонта 116 000 автомобилей GLE и GLS.

    Об этом сообщает motor1.com.

    Отмечается, что у таких машин неправильно установлен заземляющий кабель. Этот технический недочет может привести к возникновению короткого замыкания, что увеличивает риск возгорания. В Mercedes-Benz определили, что соединение кабеля могло ослабнуть из-за доработок, непосредственно связанных с кабелем, или работ, выполняемых вблизи него.

    У попавших под отзыв автомобилей дилеры должны будут проверить заземляющий кабель и правильно его установить.

    Источник: gazeta.ru

  • “Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaq

    “Mercedes-Benz” şirkəti 116 min GLE və GLS avtomobilini təmir üçün geri çağıracaq.

    Məlumata görə, belə maşınlarda yerləndirmə (elektrik cərəyanını yerə ötürmə) kabeli düzgün quraşdırılmayıb. Bu texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, yekunda yanğın riski artır.

    Dilerlər yerləndirmə kabelini yoxlayacaq və onu düzgün quraşdıracaqlar.

    Mənbə: Gazeta.ru

  • Uşaq əyləncə mərkəzlərinin qiymətləri neçə manatdan başlayır? – VİDEO

    “Xəzər Xəbər” Bakıda fəaliyyət göstərən uşaq əyləncə mərkəzlərindəki qiymətlər barədə süjet hazırlayıb.

    Həmin süjetdə əyləncə mərkəzləri arasında qiymət fərqi və sakinlərin bu məsələyə münasibəti əksini tapıb.

    Görüntüləri təqdim edirik:

  • НПО Азербайджана обратились к сопредседателям саммита в Брюсселе в связи с Мецаморской АЭС

    Представители гражданского общества Азербайджана направили открытое письмо сопредседателям начавшегося сегодня в Брюсселе саммита по ядерной энергетике – премьеру Бельгии Александру Де Круа и гендиректору Международного агентства по атомной энергии (МАГАТЭ) Рафаэлю Гросси.

    В письме представители гражданского общества, научные деятели призвали руководство саммита обратить внимание на глобальную угрозу, исходящую от находящейся в аварийном состоянии Мецаморской АЭС в Армении. Авторы письма призвали поднять перед правительством Армении вопрос о немедленном прекращении ее деятельности.

    “Мецаморская АЭС, построенная в 1976 году в 9,5-балльной сейсмической зоне, работает по старым технологиям и рассчитана на 8 баллов. Она представляет большую ядерную угрозу для Азербайджана, Турции, Армении и всего региона. Безответственное поведение армянских властей в вопросе Мецаморской АЭС, их ложные обещания, вводящие в заблуждение мировую общественность, подталкивают регион к катастрофе, аналогичной произошедшим на Чернобыльской АЭС и в Фукусиме”, – говорится в письме.

    Представители НПО также отметили, что незаконная торговля некоторыми ядерными материалами из Мецаморской АЭС также вызывает серьезную обеспокоенность.

  • Azərbaycan QHT-ləri Metsamorla əlaqədar Nüvə Enerjisi Sammitinin rəhbərliyinə çağırış ediblər

    Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bu gün Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossiyə açıq məktub göndəriblər.

    Həmin məktubda deyilir:

    “Biz, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri, elm xadimləri olaraq, Brüsseldə işə başlayan Nüvə Enerjisi Sammitinin həmsədrləri – Belçikanın Baş naziri Aleksandr De Krooya, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossiyə müraciət edərək, onları Ermənistanın qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının törətdiyi qlobal təhlükəyə diqqət yetirməyə, bu stansiyanın fəaliyyətinin dərhal dayandırılması barədə Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırırıq.

    Köhnə texnologiya ilə işləyən, 9,5 ballıq seysmik zonada 1976-cı ildə inşa edilmiş, cəmi 8,0 bala hesablanmış Metsamor AES Azərbaycan, Türkiyə, Ermənistan və bütün region üçün böyük nüvə təhlükəsi yaradır. Ermənistan hakimiyyətinin bu AES ilə əlaqədar məsuliyyətsiz davranışları, dünya ictimaiyyətini aldatmağa hesablanan yalan hesabatları bölgəni növbəti Çernobıl və Fukusima qəzalarına doğru aparır. Hər keçən gün bu risk daha da böyüyür. Metsamor AES-i istismardan çıxarmaq, beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl etmək əvəzinə, Ermənistan hakimiyyəti hər dəfə onun ömrünü süni şəkildə uzatmağa çalışır.

    Metsamor AES-in maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır. Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.

    Metsamordan qaynaqlanaraq bəzi nüvə materialının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbə mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır.

    Metsamor AES-in tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur.

    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycanla sıx əməkdaşlığa çağırırıq.

    Öz xalqının və region dövlətlərində yaşayan xalqların nüvə təhlükəsizliliyini nəzərə almayan Ermənistan hakimiyyəti yalnız birgə qlobal səylərlə Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilə bilər. COP28-dən irəli gələn məqsədlərə çatmağı əsas istiqaməti kimi müəyyən edən Nüvə Enerjisi Sammiti bu baxımdan əlverişli platforma kimi çıxış edir. COP29-a ev sahibliyi edəcək Azərbaycan ictimaiyyətinin də gözləntisi budur”.

    Açıq məktubu aşağıdakı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri imzalayıblar:

    Fəqan Əliyev – Beynəlxalq Ekoenergetika Akademiyası;

    İslam Mustafayev – “Rüzgar” Ekoloji İctimai Birliyi;

    Sabit Bağırov – Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu;

    Həsənov Mirhəsən – “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyi;

    Eyvaz Əsgərov – “Naxçıvan Muxtar Respublikası Çernobıl Əlilləri” İctimai Birliyi;

    Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi;

    Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyi;

    Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” İctimai Birliyi;

    Müslüm Qurbanov – “Ecoil” Elmi Ekoloji İctimai Birliyi;

    Rövşən Abbasov – “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi;

    Zurab İsrafilov – “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi;

    Məryəm Məcidova – Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” İctimai Birliyi;

    Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi;

    Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu;

    İsrayıl İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi;

    Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi;

    Günel Səfərova – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri;

    Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi;

    Əhməd Abbasbəyli – “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyi;

    Elçin Muxtarlı – “Sağlamlığa Xidmət” İctimai birliyi;

    Amin Məmmədov – “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi;

    Elman Cəfərli – “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi;

    Qorxmaz İbrahimli – Biosfer İctimai Birliyi;

    Qəmzə Yusubova – Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyi;

    Rahilə Mehtiyeva – “Sosial – İqtisadi və Ekoloji İnkişaf” ictimai birliyi;

    İradə Həsənova- “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi;

    Tükəzban Ağababayeva – Eko Hab Ekoloji Təşəbbüslərə Dəstək;

    Sevil İsayeva – Ekoleks Ekoloji Hüquqi Mərkəzi İctimai Birliyi;

    Rüstəm Məlikov – “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi;

    Əzizağa Hünbətəliyev – Mühit Ekoloji Mühafizə İctimai Birliyi;

    Yazgül Abdıyeva – “Sağlamlığın Qorunması” ictimai birliyi;

    Əyyub Kərimli – İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi;

    Təvəkkül İsgəndərov – “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi;

    Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi.

  • Джейхун Байрамов выступил на саммите по ядерной энергии в Брюсселе – ОБНОВЛЕНО

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов выступил на саммите по ядерной энергии, который организован в Брюсселе впервые.

    Об этом сообщает Министерство иностранных дел.

    Министр в ходе своего выступления рассказал о сотрудничестве Азербайджана с Международным агентством по атомной энергии (МАГАТЭ), а также довел до сведения позицию Баку в вопросе ядерной энергии.

    Касаясь дальнейших перспектив технического сотрудничества с МАГАТЭ в области использования ядерных технологий, Джейхун Байрамов рассказал о важности “Рамочной программы для страны”, подразумевающей сотрудничество с МАГАТЭ.

    Байрамов отметил, что при сотрудничестве с МАГАТЭ Азербайджан рассматривает возможность применения ядерных технологий в устранении минной угрозы, что является одной из важнейших задач для Азербайджана.

    По его словам, при исследовании возможностей использования ядерной энергии приоритетом Баку является безопасность.

    * * * * *

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов выступил на саммите по ядерной энергии в Брюсселе.

    Об этом говорится на странице МИД Азербайджана в социальной сети X.

    В ведомстве отметили, что Байрамов рассказал о применении Азербайджаном ядерных технологий, перспективах сотрудничества, ликвидации минной угрозы на освобожденных территориях, а также о приоритетах проведения COP29 в Баку.