Month: March 2024

  • Жилое здание в Наримановском районе находится в аварийном состоянии – ВИДЕО

    Жилое здание, расположенное на улице Назима Гаджиева в Наримановском районе столицы, находится в аварийном состоянии.

    По словам жильцов, срок эксплуатации этой постройки истек пять лет назад.

    Отметим, что для решения проблем, связанных со сносом устаревших и строительством новых зданий, а также оказанием финансовой помощи их жильцам, в последние годы в 12 городах и районах страны было выделено 44,7 млн манатов.

    Подробнее – в сюжете İTV Xəbər:

  • Bakıda sakinlər uçmaq təhlükəsi olan binada yaşayırlar – VİDEO

    Bakının Nərimanov rayonu, Nazim Hacıyev ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

    Sakinlərin sözlərinə görə, onlar beş ildir istismar müddətini başa vurmuş binada yaşayırlar.

    Qeyd edək ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 milyon manat vəsait ayrılıb.

    Ətraflı “İTV Xəbər”in süjetində:

  • Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

    Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib – red.) qətlə yetirib.

    Telegraf.com-un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O qeyd edib ki, 2004-cü ildə Dilarə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub, birgə nikahdan bir oğlu var.

    Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2023-cü ildə evdə olan zaman Bakı şəhərində yaşayan dayısı oğlu Əli arvadı Nərminə ilə birlikdə qohumlarının yas mərasimində iştirak etmək üçün onlara gəliblər:

    “Yas yeri uzaq olduğuna görə yeznəm Cavidə zəng vurub öz maşını ilə bizə gəlməsini xahiş etdim. Təxminən bir saat sonra Cavid “Mercedes Benz” markalı avtomobili ilə bizə gəldi. Birlikdə yas mərasiminə getdik. Təxminən yarım saat sonra qayıtmağa qərar verdik. Bu dəfə Əlinin hazırda adını unutduğum baldızı da bizimlə gəldi. Yas mərasiminə getməzdən öncə həyətdən qaz kəsib Dilarəyə verdim ki, təmizləsin. Qaz ətindən kabab bişirərək qonaqlarla birlikdə yedik”.

    Əfqan bildirib ki, həmin gün, təxminən saat 14 radələrində qonaqlar gediblər:

    “Axşam saatlarında Dilarəyə irad tutdum ki, bəs sən gördün, qonaq sayı çoxdur, yemək azlıq edir, nəyə görə sən də oturub yedin. Sözlərim Dilarənin xətrinə dəydi, danışıb gileylənməyə başladı. Mübahisə zamanı Dilarəni döymədim”.

    O, sentyabrın 24-ü saat 20 radələrində həmin mübahisəyə görə valideyinlərinin evinə getmək istəyən Dilarədən dəfələrlə getməməyini tələb edib.

    Qadın həyat yoldaşının sözlərinə əhəmiyyət verməyib. Əfqan Dilarənin ata-anasının evinə getməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib. O, qəzəblənərək arvadını öldürmək qərarına gəlib.

    Bu məqsədlə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evin mətbəxindən bıçağı götürərək piyada Dilarənin valideyinlərinin evinə gəlib. Darvazanın içəridən bağlı olduğunu gördükdə dəmir çəpərdən aşmaqla evin həyətinə daxil olub.

    Daha sonra evin qapısının açıq olduğunu görüb və içəriyə girib. Dilarənin olduğu otağa keçərək onun divanda oturduğunu görüb. Dilarəyə yaxınlaşaraq ondan yaşadıqları evə qayıtmasını tələb edib. Dilarə təkidlə yaşadıqları evə qayıtmayacağını və boşanacağını bildirdikdən sonra onu öldürmək qərarını qətiləşdirib.

    Əfqan özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Dilarənin döş qəfəsinin sol hissəsinə zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

    İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 10 il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • Женщина, которую во время беременности пытал сожитель, отозвала жалобу

    В Верховном суде состоялось заседание по кассационной жалобе потерпевшей на приговор в отношении Р.Махмудова, обвиняемого в пытках и склонению к совершению самоубийства.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Шахина Юсифова было объявлено решение.

    Было отмечено, что потерпевшая попросила принять решение об отзыве кассации без рассмотрения. Суд постановил удовлетворить заявление потерпевшей, жалоба была отозвана.

    Согласно обвинительному акту, Р.Махмудов жестоко обращался с беременной С.С., с которой он состоял в неофициальном браке с 2014-го до 2019 года, постоянно унижал ее, угрожал ей и чуть не довел до самоубийства.

    По приговору Наримановского районного суда Р.Махмудову наказание было назначено условно. Недовольная приговором С.С. подала апелляционную жалобу. Бакинский апелляционный суд не удовлетворил ее. Позже женщина обратилась в Верховный суд с кассационной жалобой.

  • Hamilə vaxtı əri tərəfindən işgəncələrə məruz qalan qadın şikayətini geri götürdü

    Ali Məhkəmədə özünü öldürməyə cəhd həddinə çatdırmada və əzab vermədə təqsirləndirilən R.Mahmudovun barəsindəki hökmdən zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Bildirilib ki, zərərçəkmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini istəyib. Qərara əsasən, zərərçəkmiş şəxsin ərizəsi təmin edilib, şikayət geri götürülüb.

    İttihama görə, R.Mahmudov 2014-cü ildən 2019-cu ilin sonunadək Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən ayrı-ayrı ünvanlarda hamilə vəziyyətdə olan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadına – S.S.-ə (şərti) qarşı amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırıb və işgəncə verib.

    Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Mahmudova şərti cəza verilib. Hökmdən narazı qalan S.S. apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra qadın kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

  • Bakıda qadın dəm qazından boğularaq ölüb

    Bakıda qadın dəm qazından boğularaq ölüb.

    APA xəbər verir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 1974-cü il təvəllüdlü İlahə Ağayeva evin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Сильное землетрясение зафиксировано на юге Афганистана

    Подземный толчок магнитудой 6 зафиксирован на юге Афганистана у границы с Пакистаном, сообщает Алтае-Саянский филиал Единой геофизической службы РАН.

    По данным оперативной обработки филиала, эпицентр зафиксированного в 04:35 по Баку во вторник землетрясения находился примерно в 16 км от границы с Пакистаном.

    По интенсивности сотрясений в эпицентре землетрясение оценивается как “разрушительное”.

    Геологическая служба США оценила магнитуду землетрясения в 5,5. По ее данным, очаг землетрясения находился на глубине 10 км.

    Источник: “Интерфакс” (Россия)

  • Əfqanıstanda güclü zəlzələ olub

    Əfqanıstanın cənubunda, Pakistanla sərhədin yaxınlığında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

    Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Pakistanla sərhəddən təxminən 16 kilometr aralıda yerləşib.

    Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

    Mənbə: Asgsr.ru

  • Qəzzada son durum (FOTO)

    Qəzzada həlak olanların yeni sayı açıqlanıb.

    İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 31 min 726-ya, yaralananların sayı isə 73 min 792-yə yüksəlib.
    Açıqlamada son 24 saat ərzində həyata keçirilən hücumlarda 81 fələstinlinin həyatını itirdiyi, 116 fələstinlinin isə yaralandığı bildirilib.






    //bakupost.az

  • Polis bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
     
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
     
    Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
     
    Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək.
     
    Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.