Month: March 2024

  • İsrail Müdafiə Ordusu HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi”ni öldürüb

    İsrail Müdafiə Ordusu Qəzza zolağında “Şifa” xəstəxanasında keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS-ın “təhlükəsizlik xidmətinin rəisi” Faik Mabxuxu ölüb.

    Məlumatı “newsru.co.il” yayıb.

    Bildirilib ki, tapşırıq onun ələ keçirilməsi olub, ancaq “rəis” atışmada ölüb.

    Məlumata görə, Mabxux başqa işlərlə yanaşı Qəzza zolağında HƏMAS-ın fəaliyyətini əlaqələndirirmiş.

    O, HƏMAS-ın koordinatoru, 2010-cu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində MOSAD əməkdaşları tərəfindən öldürülmüş Mahmud Mabxuxun kiçik qardaşı idi. Faik Mabxux terror fəaliyyətinə görə, 15 il həbsdə yatdıqdan sonra Qəzzaya qayıdıb.

  • Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma olub

    Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

    Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

    Araşdırmalar aparılır.

  • Bərdədə azyaşlını it DİŞLƏDİ

    Bərdədə 7 yaşlı uşağı it dişləyib.

    Hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.

    Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. (apa)

  • ЕС выделит Египту финансовую помощь на сумму €7,4 млрд

    Евросоюз согласился выделить Египту финансовую помощь в размере €7,4 млрд и подписал с ним совместную декларацию о повышении уровня партнерства до стратегического.

    Об этом сообщил президент арабской республики Абдель Фаттах ас-Сиси на совместной пресс-конференции, состоявшейся по итогам европейско-египетского саммита, который прошел в Каире.

    “Сегодня мы вместе с ЕС подписали соглашение о пакете помощи Египту на сумму €7,4 млрд, а также совместную декларацию, которая повышает уровень нашего партнерства до стратегического”, – заявил египетский лидер. Он добавил, что в ходе переговоров, которые состоялись сегодня в Каире, “обсудил с европейскими лидерами проблемы энергетики, производства зеленого водорода и меры по борьбе с нелегальной миграцией”.

    Со своей стороны председатель Еврокомиссии Урсула фон дер Ляйен объявила, что саммиты в нынешнем формате отныне будут проводиться каждые два года. “У нас есть планы по стратегическому и инвестиционному сотрудничеству с Египтом. Мы полагаем, что у Каира есть потенциал для того, чтобы в ближайшем будущем стать энергетическим центром Ближнего Востока”, – отметила она.

    В саммите, помимо ас-Сиси и фон дер Ляйен, приняли участие канцлер Австрии Карл Нехаммер, премьер-министр Бельгии Александер Де Кроо, глава правительства Греции Кириакос Мицотакис, премьер Италии Джорджа Мелони и президент Кипра Никос Христодулидис.

    //report.az

  • Aİ Misirə 7,4 milyard avro maliyyə yardımı göstərəcək

    Avropa İttifaqı (Aİ) Misirə 7,4 milyard avro məbləğində maliyyə yardımı göstərməyə razılaşıb və tərəfdaşlıq səviyyəsinin strateji səviyyəyə yüksəldilməsi üçün onunla birgə bəyannamə imzalayıb.

    Bunu Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən Avropa-Misir sammitinin yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

    “Bu gün Aİ ilə birlikdə Misirə 7,4 milyard avro dəyərində yardım paketi haqqında saziş, həmçinin tərəfdaşlığımızın səviyyəsini strateji səviyyəyə qaldıran birgə bəyannaməni imzaladıq”, – Misir lideri bildirib.

    Prezident əlavə edib ki, bu gün (dünən-red) Qahirədə baş tutan danışıqlar zamanı Avropa liderləri ilə enerji problemləri, yaşıl hidrogenin istehsalı və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirlərini müzakirə edib.

    Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hazırkı formatda sammitlərin bundan sonra iki ildən bir keçiriləcəyini açıqlayıb. “Misirlə strateji və investisiya əməkdaşlığı planlarımız var. Biz inanırıq ki, Qahirənin yaxın gələcəkdə Yaxın Şərqin enerji mərkəzi olmaq potensialı var”, – o deyib.
    //report

  • Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək

    Sabah Avropa Parlamentinin üzvləri Xarici Əlaqələr Komitəsində Avropa İttifaqına (Aİ) üzv ölkələrin nazirləri, nazir müavinləri və dövlət katibləri ilə Aİ-nin genişlənməsinin gələcəyini müzakirə edəcəklər.

    Bu barədə Avropa Parlamenti məlumat yayıb.

    Bildirilib ki, Avropa Parlamentinin üzvləri Aİ-nin genişlənməsinin gələcəkdə qarşılaşacağı problemlərə necə yanaşmaq barədə həll yolları axtarmaq istəyirlər.

    Qeyd edək ki, fevral ayında Avropa Parlamenti Aİ-nin genişlənməsi məqsədilə institusional və maliyyə islahatlarına çağıran hesabat qəbul edib.

  • В Бардинском районе семилетнюю девочку укусила собака

    В городке бывших вынужденных переселенцев в Бардинском районе семилетнюю девочку укусила бродячая собака.

    Как передает АПА, животное напало на Дениз Рагимову (2017 г.р.) в тот момент, когда ребенок играл во дворе.

    Согласно информации, находившиеся поблизости люди спасли девочку и доставили ее в Бардинскую центральную районную больницу.

    В медучреждении Д.Рагимовой была оказана первая помощь, и после прививки от бешенства она была выписана домой на амбулаторное лечение.

  • Bərdədə it dişləyən azyaşlının vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

    Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.

    Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

    * * * * *

    Bərdədə yeddi yaşlı uşağı it dişləyib.

    APA xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

    2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.

    Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Azərbaycanda sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək MƏBLƏĞLƏR – SİYAHI

    Nazirlər Kabineti “Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqələrdə iştiraka görə ödənişin məbləği”ni təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair ödənişin məbləği 500 manat, Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazi vahidləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla digər şəhər (rayon) inzibati ərazi vahidləri üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair ödənişin məbləği 200 manat olacaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqədə iştirak haqqı tələb edilməyəcək.

  • Türkiyədə fabrikdə partlayış: Ölənlər var

    Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fabrikdə sənaye balonu partlayıb.

    Partlayış nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

    Bu barədə Kocaeli valiliyindən məlumat verilib.

    “112” təcili zəng mərkəzinə göndərilən xəbərə görə, Kocaeli vilayətinin Gebze rayonunun Pelitli istiqamətində yerləşən fabrikdə sənaye balonu partlayıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) qrupları cəlb edilib. İlkin məlumata görə, iki vətəndaşımız partlayış anında həlak olub, yaralanan altı nəfər isə ətrafdakı xəstəxanalara çatdırılıb.

    Hadisə ilə bağlı hərtərəfi araşdırma aparılır”, – deyə məlumatda bildirilib.

    Mənbə: Haber Global