Month: March 2024

  • Avtomobil bazarında haqsız rəqabət- İş qaldırıldı

    Azərbaycanda minik avtomobillərinin satışı zamanı müştərilərlə bağlanan müqavilələrə məhdudlaşdırıcı şərtlərin əlavə edilməsi ilə digər bazar subyektlərinə qarşı haqsız rəqabətə yolvermə əlamətləri aşkar olunub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, qurum haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

    2023-cü il üzrə Dövlət Xidmətinin təsdiq edilmiş monitorinq planına əsasən, minik avtomobilləri bazarında satış zamanı bağlanan müqavilələrdə şərtlərin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Araşdırmalar nəticəsində əsas bazar subyektlərinin müştərilərlə bağlanan müqavilələrə və zəmanət şərtlərinə məhdudlaşdırıcı şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və yaxud stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı müəyyən edilib.

    Aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə Dövlət Xidmətində ötən ilin dekabr ayında fəaliyyətlərində pozuntu aşkar edilən bazar subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bazar subyektləri tərəfindən bağlanan müqavilə və zəmanət şərtlərinin haqsız rəqabət qanunvericiliyinin tələblərinə uyğunluğu məsələsi müzakirə olunub, onlara qanunvericiliyin tələbləri izah edilib. Nəticədə, bir sıra bazar subyektləri tərəfindən müqavilə şərtlərinə müvafiq dəyişikliklər olunub.

    “Haqsız rəqabət haqqında” Qanuna əsasən, sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.

    Göstərilən hallarla bağlı Dövlət Xidməti minik avtomobilləri satışı ilə məşğul olan 1 bazar subyektinə “Haqsız rəqabət haqqında” Qanunun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb, digər bazar subyektləri barəsində də qanunamüvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

    Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

  • Хикмет Гаджиев встретился с послом Пакистана в Китае

    Помощник Президента – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев встретился с послом Пакистана в Китае Халилом Хашми.

    Об этом азербайджанский дипломат написал в своем аккаунте в соцсети Х.

    Он отметил, что передал Хашми поздравления по случаю национального праздника Пакистана (День Пакистана отмечается 23 марта – ред.), к которому приурочено торжественное мероприятие в Пекине.

    “Я еще раз подтвердил наличие между Азербайджаном и Пакистаном крепких уз дружбы и связей”, – говорится в публикации.

  • Hikmət Hacıyev Pakistanın Çindəki səfiri ilə görüşüb

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Çindəki səfiri Xəlil Haşmi ilə görüşüb.

    H.Hacıyev bu barədə özünü “X” hesabında paylaşım edib.

    “Bu gün Pakistanın Çindəki səfiri Xəlil Haşmi ilə görüşdüm. Səfirə Pakistanın milli bayramı münasibətilə təbriklərimi çatdırdım, həmçinin cənab səfirlə Azərbaycan ilə Pakistan arasında dostluq əlaqələrin möhkəmlənməsinə dair müzakirələr apardıq”, – H.Hacıyev qeyd edib.

  • Азербайджанские гимнасты завоевали золото в Нидерландах

    Еще четыре спортсмена из Азербайджана завоевали медали на международном турнире по батутной гимнастике Dutch Trampoline Open 2024, проходящем в нидерландском городе Алкмар.

    Об этом сообщили в пресс-службе Федерации гимнастики Азербайджана.

    Было отмечено, что выступающие в индивидуальной программе Сельджан Максудова и Омар Гасымлы завоевали золотые, Аммар Бахшалиев и Самира Гусейнова – серебряные медали.

    Напомним, что ранее в синхронной программе Али Нифталиев и Аммар Бахшалиев завоевали золото, Гусейн Аббасов и Ниджат Мирзоев – серебро, а Фархад Мустафаев и Ибрагим Мустафазаде – бронзу.

  • Azərbaycanın daha iki gimnastı Niderlandda qızıl medal qazanıb

    Azərbaycanın daha dörd batutçusu Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024” beynəlxalq turnirində medal qazanıb.

    Bu barədə Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, fərdi proqramda ölkəmizi təmsil edən Selcan Mahsudova və Ömər Qasımlı qızıl, Ammar Baxşaliyev və Samirə Hüseynova gümüş mükafata sahib çıxıblar.

    Qeyd edək ki, daha əvvəl eyni turnirdə sinxron proqramda Əli Niftəliyev və Ammar Baxşaliyev qızıl, Hüseyn Abbasov və Nicat Mirzəyev gümüş, Fərhad Mustafayev və İbrahim Mustafazadə isə bürünc medal əldə ediblər.

  • Когда будут объявлены результаты выпускного экзамена для IX классов? – ОФИЦИАЛЬНО

    Результаты выпускного экзамена по уровню общего (9-летнего) среднего образования, который состоялся 17 марта, будут объявлены в течение ближайших четырех недель.

    Об этом сообщили в Государственном экзаменационном центре (ГЭЦ) Азербайджана.

    Отмечается, что в настоящее время проводится обработка экзаменационных материалов.

    “Поскольку проверка заданий открытого типа, требующих письменного ответа, занимает много времени, результаты выпускного экзамена планируется объявить в течение ближайших четырех недель”, – говорится в сообщении.

    Напомним, что в вышеупомянутом экзамене ожидалось участие 46 741 школьника. Один человек был отстранен от участия за попытку воспользоваться мобильным телефоном, еще один – в связи с обнаружением у него “смарт-часов”. По указанным случаям проводится расследование.

  • IX siniflərin buraxılış imtahanının nəticələri nə zaman elan olunacaq? – RƏSMİ

    Martın 17-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır:

    “Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur”.

    Xatırladaq ki, ötən gün imtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi. Bir nəfərdə mobil telefon, bir nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

  • Keçmiş arvadını və övladlarını qumbara ilə partladıb öldürmək istəyən şəxslə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində 12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntizam Nəcəfov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

    Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovun Əhmədova ilə birgə nikahdan üç övladı var.

    İ.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

  • Laçında təmir olunan ev Fədayə Laçına məxsusdur? – AÇIQLAMA (VİDEO)

    Sosial şəbəkələrdə müğənni Fədayə Laçına aid olduğu deyilən evin görüntüləri yayılıb. Qeyd edilib ki, müğənninin ata yurdu Laçındakı evi təmir olunur.

    Moderator.az-a açıqlama verən müğənni məsələyə aydınlıq gətirib.

    “Bu bizim ev deyil. Mən nənəmgildə (anamın anası) böyümüşəm. Xalamgilə həmin videonu yolladım, onlar dedilər ki, bura bizim ev deyil. Heç kəndimiz də deyil. Yayda, iyun ayında məhz Laçına getmək üçün Azərbaycana gələcəyəm. Qohum-əqrabalarımız gedib-gəlib, hətta evimizi də çəkib bizə yollayıblar. Biz Laçının Alxaslı kəndindənik”, – deyə müğənni bildirib.

  • В Азербайджане скончался шестиклассник

    В Азербайджане скончался школьник.

    Угур Гараев учился в VI классе полной средней школы №1 им.Сурагата Гурбанова в селе Катех Балаканского района.

    Согласно данным, учащийся страдал онкологическим заболеванием.