Month: March 2024

  • RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq

    Nazirlər Kabineti 21 avqust 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ölkəyə idxal edilən radioelekton vasitələr barədə Dövlət Gömrük Komitəsinin (DGK) informasiya sistemlərindən aşağıdakı məlumatları real vaxt rejimində əldə edə biləcək:

    – məhsulun bəyan edilmə tarixi;

    – məhsulun xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;

    – məhsul partiyasının qeydiyyat kodu;

    – məhsulun təsviri;

    – məhsulu idxal edən şəxs barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN).

  • Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb

    Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) siyahıya daxil edilib.

  • Mahnısı ermənilər tərəfindən oğurlanan Ağadadaş Ağayevdən AÇIQLAMA – VİDEO

    “Dodağına gülüş qonub” mahnısını oxuduğum tarixdən 45 il keçir. Bu mahnını məndən sonra bu sözlərlə oxuyan saysız-hesabsız sənət adamları var. Türkiyədə də, Özbəkistanda da var… Bir sözlə, bütün türk dilli xalqlarda. “Dodağına gülüş qonub” mahnısı mənim sənətimin “pasportu”, “vizit kartı”dır. Bu mahnının sözləri və musiqisi mənə aiddir. Bu erməni dığaları utanmadan, həyasızcasına bu nəğməmi oxuyublar. Onlar bir çox mahnılarımızı oğurlayıblar, sonra da bütün dünyaya yayırlar ki, bu da bizimdir”.

    Bu sözləri Xalq artisti Ağadadaş Ağayev Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

    Sənətkar erməni müğənnisi Armen Aloyanın onun mahnısını oğurlayaraq ifa etməsinə sərt şəkildə reaksiya bildirib:

    “Tək “Dodağına gülüş qonub” mahnımı deyil, eyni zamanda bir sıra digər nəğmələrimi də ermənilər oğurlayaraq ifa ediblər. 20 yaşlı erməni qız da mahnılarımı oxuyub. Onlar mənim “Sən oldun” mahnıma da girişməyə başlayıblar. Bu nəğməni isə mən Baba Vəziroğlu ilə yazmışam.

    Musiqisini mən bəstələmişəm, o da sözlərini yazıb. Bunları danışmaqda məqsədim odur ki, mən tənbəl adamam. Gedib Müəllif Hüquqları Agentliyinə müraciət etməmişəm. Oradan mənə bəlkə 50 dəfədən artıq zəng ediblər. Mənim 100-ə yaxın yazdığım mahnım var. Onları mütləq şəkildə qeydiyyatdan keçirəcəyəm. Bu işləri isə oğluma tapşırmışam. Musiqilərdəki notları çıxarıb Agentliyə təqdim edəcəyəm”.

    Erməniləri xain adlandıran müğənni nəğmələrində Azərbaycan çalarlarının açıq şəkildə hiss edildiyini deyib:

    “Onlar yalnız öz sözləri ilə bu mahnını oxuyublar. Bu nəğmədə təmiz Azərbaycan çalarları var. Əgər mən bu mahnını başqa xalqdan götürsəydim, onların şivəsi hiss edilərdi. Bu nəğməni 19-20 yaşımda oxumuşam. Mahnımı oxuyan Armen Aloyan nəyin ki, bərbad oxuyub, musiqisini də bərbad çalıblar.

    Çox istəyirəm ki, bu hadisə səssiz ötüşməsin. Məsələ dövlət səviyyəsində müzakirəyə çıxarılsın və mahnılarımızı oğurlayan ermənilər cəzalandırılsınlar. Beləcə, digərlərinə də dərs olar”, – deyə Ağadadaş Ağayev əlavə edib.

  • Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq

    Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.

    Median.Az bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.
    Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” və Ağdam Sənaye Parkıdır.

  • Xaçmazda idman müəlliminin şagirdə qarşı qeyri-etik hərəkətləri araşdırılıb

    Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində 62 yaşlı idman müəllimi Təbriz Adıgözəlovun 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etməsi ilə bağlı səslənən iddialar həqiqəti əks etdirmir.

    APA-nın Şimal bürosu xəbər verir ki, qeyd edilən məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edilib.

    İstintaq şöbəsində müvafiq araşdırma aparılıb. Səslənən iddiaların həqiqəti əks etdirmədiyi məlum olub.

    Qeyd edək ki, Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adıgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib.

  • Кабмин Азербайджана: Будет продолжена реализация необходимых мер в связи с инфляцией

    В следующем году будет продолжена реализация мер, направленных на то, чтобы сохранить инфляцию на уровне, не наносящем ущерба макроэкономической и финансовой стабильности.

    Это нашло отражение в бюллетене Кабинета министров Азербайджана об антиинфляционных мерах и их результатах.

    Отметим, что 21 февраля 2022 года Кабмин подписал распоряжение “О неотложных мерах по усилению антиинфляционных мер в Азербайджанской Республике”.

  • Nazirlər Kabinetindən inflyasiya ilə bağlı AÇIQLAMA

    İnflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədi ilə zəruri tədbirlər növbəti ildə də davam etdiriləcək.

    Bu, Nazirlər Kabinetinin antiinflyasiya tədbirləri və onun nəticələrinə dair bülletenində əksini tapıb.

    Qeyd edək ki, 2022-ci il fevralın 21-də Nazirlər Kabineti “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalayıb.

  • В Гахском районе задержан подозреваемый в мошенничестве

    Сотрудники Гахского районного отдела полиции на основании поступивших от граждан обращений задержали 68-летнего жителя Баку Карлена Искендерова, подозреваемого в мошенничестве.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    Было отмечено, что неоднократно судимый за аналогичное преступление К.Искендеров, злоупотребив доверием потерпевших, пообещал устроить их на работу в государственные структуры и присвоил у них около 100 000 манатов.

    Решением суда в отношении мужчины была избрана мера пресечения в виде ареста, расследование продолжается.

  • Qaxda dələduzluq edən şəxs saxlanılıb

    Qax Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlardan daxil olmuş müraciətlər əsasında dələduzluq etməkdə şübhəli bilinən 68 yaşlı Bakı şəhər sakini Karlen İsgəndərovu saxlayıblar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum olunmuş K.İsgəndərov zərərçəkənlərin etibarından sui-istifadə edərək onları müxtəlif dövlət qurumlarında işə düzəltmək, eləcə də digər vədlərlə aldadaraq ümumilikdə 100 min manata yaxın vəsait ələ keçirib.

    Məhkəmənin qərarı ilə K.İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

    Onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ərazi polis orqanına müraciət edə bilərlər.

  • Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA

    Sabah qısaldılmış iş günü olacaq.

    19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində həmin iş gününün müddəti bir saat qısaldılır.

    Qeyd edək ki, bu il il Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır.

    23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.