Month: Aprel 2024

  • Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb – YENİLƏNİB

    Tbilisidə xüsusi təyinatlılar etirazçıları parlamentinin arxa girişindən uzaqlaşdırmağa başlayıb.

    “Report”un yerli Gürcüstan bürosu xəbər verir ki, etirazçılara qarşı bibər qazından istifadə edilib.

    Polis “xarici agentlər” haqqında qanuna etiraz edənləri binanın giriş-çıxışlarını kəsməməyə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmağa çağırır, əks halda qanunu pozan şəxslər saxlanılacaq.

    ***

    Gürcüstan parlamentinin binası yaxınlığına polis və xüsusi təyinatlılar cəlb edilib.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, bu, deputatların və parlament aparatının təhlükəsiz hərəkəti və hadisələrin süni şəkildə genişlənməsinin qarşısını almaq məqsədilə edilib.

  • Rusiyada 40 min hektar ərazi yanır

    Sibir bölgələrində meşə yanğınları başlayıb.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, “Avialesoxrana” yanğının artıq yeddi regiona yayıldığını bildirib.

    Dövlət müəssisəsinin məlumatına görə, hazırda ümumi sahəsi 40.374 hektar olan 41 yanğın hadisəsi var.

    Ən çətin vəziyyət Yəhudi Muxtar Vilayəti və Xabarovsk diyarındadır. Yəhudi Muxtar Vilayətində yanğın 25 apreldə başlayıb və 18,5 min hektar ərazini əhatə edib. Aprelin 29-da yanğın lokallaşdırılıb.

    Xabarovsk diyarında 14 bələdiyyədə yanğın davam edir və demək olar ki, 22 min hektara yayılıb. Hazırda ərazidə 380-dən çox canlı qüvvə, 60 ədəd yerüstü texnika və 7 təyyarə yanğınla mübarizə aparır.

  • Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar – VİDEO

    Ukraynada vəziyyət gərginləşib. Odessa və Xarkov vilayətləri kütləvi hücumlara məruz qalıb. Zərbələr nəticəsində ölən və yaralananlar var.

    Ukraynada olan Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov ən son məlumatları çatdırıb.

    O bildirib ki, Odessaya endirilən kütləvi raket hücumları nəticəsində beş nəfər həlak olub, 40 nəfərə yaxın yaralı var:

    “Bu gün Xarkov vilayətinə yenidən raket hücumları oldu. Nəticədə üç nəfər həlak olub, on beş nəfərin yaralandığı bildirilib. Ümumilikdə Odessa, Xarkov, Zaporojye, Xerson, eyni zamanda Sumı, Çerniqov, hətta Kiyev vilayətinə hava hücumu təhlükəsi hələ də davam edir. Çerniqov vilayətinə edilən kütləvi raket hücumu nəticəsində yeni hazırlanan taxıl anbarları sıradan çıxıb”.

    Ətraflı süjetdə:

  • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub

    Ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

    APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

    İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

    İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19716 bakalavrdan 405 nəfəri imtahana gəlməyib.

    İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

    Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

  • Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

    Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada Rəşid Böyükkişiyevi vurub.

    Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

  • Laf TV-yə hücum: Kanalı bu qrup ələ keçirdi

    Sumqayıt şəhərində “Sumqayıt Aşqarlar” ASC-nin yaxınlığında açıq ərazidə baş verən yanğın söndürülüb.

    Bu barədə oxu.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov bildirib.

    Məlumata görə, zərərçəkən yoxdur.

    ***

    Sumqayıtda Aşqarlar zavodunda yanğın başlayıb.

    Oxu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, hadisə yerinə FHN-in xeyli sayda texnikası və canlı qüvvəsi cəlb olunub.

  • Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ – VİDEO

    Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir.

    Oxu.az-ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib.

    Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətinin yaxşı olduğunu bildirib.

    Daha ətraflı Real TV-nin süjetində:

  • Əməkdar artist Cəlilabadda məscid tikdirib – VİDEO

    Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib.

    Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib.

    Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib.

  • Güney Azərbaycanda zorakılığa məruz qalan qadınlar üçün mərkəz bağlanıldı – FOTO

    Cənubi Azərbaycan əyalətinin Urmiya şəhərində zorakılığa məruz qalan qadın və qızlar üçün “Mehr Şəmsafərid” sığınacağı və müdafiə mərkəzi bağlanıb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    “Mehr Şəmsafərid” qeyri-hökumət sığınacağı, zorakılığa məruz qalan qadınlar üçün kiçik bir mərkəz və bizim canımızdan daha dəyərli olan sığınacaq bağlandı”, – deyə mərkəzin rəhbəri və qadın hüquqları müdafiəçisi Fatimə Babaxani bildirib.

    Onun sözlərinə görə, təhlükəsizlik qurumları bir neçə il öncə mərkəzin bağlanacağı ilə bağlı ona xəbərdarlıq edib, habelə ona təzyiq göstəriblər