Month: April 2024

  • Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb

    Aprelin 17-də xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumatına görə, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritet və planlarını, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

    Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla qeyd edib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu qeyd edən K.Sarıbay, bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

    Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək Nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP-29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər – VİDEO

    Bakıda sürücü yol polisinə tabe olmayıb.

    “Unikal”ın məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

    Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilə “saxla” əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb.

    O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.

  • Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

    Keçən ilin avqustunda Sumqayıtın Corat qəsəbəsində 37 yaşlı anası G.Zülfüqarovanı qətlə yetirməkdə, 11 yaşlı qardaşına isə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 16 yaşlı Rasimə (şərti) hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, yetkinlik yaşına çatmayan oğlan Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd və s.) maddələri ilə təqsirli bilinib.

    Məhkəmədə bildirilib ki, hadisədən əvvəl 16 yaşlı Rasim bir neçə dəfə evdən kiçik məbləğlərdə pul oğurlayıb. Orta məktəbdə təhsilini yarımçıq saxlamış və intizamsız hərəkətləri ilə ailədə tez-tez problemlərə səbəb olan yeniyetmə anasının ona bildirdiyi iradlardan və atasına bu barədə bildirməsindən sonra hiddətlənib.

    O, hadisənin baş verdiyi gün anası ilə dalaşıb. Bu zaman qadın plastik süpürgə ilə oğlunu vurmaq istəyib. Rasim isə mətbəxdən bıçaq götürərək anasına hücum edib. Bunu görən onun 11 yaşlı qardaşı anası ilə Rasimi aralamağa çalışıb. O, bıçağı götürərək xalçanın altına atıb. Lakin yeniyetmə bıçağı götürərək qardaşına bir neçə zərbə endirib. Həmçinin onun gözü qarşısında anasını çoxsaylı zərbə ilə amansızlıqla qətlə yetirib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasimə 10 il həbs cəzası verilib.

    Qeyd edək ki, qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza təyin edilmir.

  • Отменяется визовый режим между Азербайджаном и Албанией

    Отменяется визовый режим между Азербайджаном и Албанией.

    Как сообщает АПА, законопроект об этом обсуждался сегодня на онлайн-заседании Комитета Милли Меджлиса по международным отношениям и межпарламентским связям.

    После обсуждения на пленарное заседание парламента был рекомендован законопроект “Об утверждении соглашения между правительством Азербайджанской Республики и Советом министров Республики Албания о взаимной отмене визовых требований для лиц, имеющих общегражданские паспорта”.

  • Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

    Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir.

    APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

    Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

    Qeyd edək ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.

  • Опубликованы новые кадры Российского миротворческого контингента, покидающего Азербайджан – ВИДЕО

    Опубликованы новые кадры временно дислоцированного в Карабахе Российского миротворческого контингента, покидающего Азербайджан.

    На них запечатлено, как российские военнослужащие покидают территорию сначала на военных машинах, а затем на поезде.

  • Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri – VİDEO

    Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri yayılıb.

    Görüntülərdə rusiyalı hərbçilərin əvvəlcə hərbi maşınlar, daha sonra isə qatarla ərazini tərk etdiklərini əks etdirən kadrlar yer alıb.

  • Əfsanəvi Romario yaşıl meydana qayıdır

    Braziliya millisinin əfsanəvi futbolçusu olmuş Romarionun adı prezidenti olduğu Rio-de-Janeyronun “Amerika” klubunun iştirak ərizəsinə salınıb.

    58 yaşlı Romario bildirib ki, qəlbən bağlı olduğu klubun heyətində bir neçə oyun keçirmək arzusundadır.

    “İstəyirəm başa düşəsiniz ki, mən çempionluq uğrunda mübarizə aparmıram. Qəlbən bağlı olduğum klubun heyətində meydana çıxmaq istəyirəm. Bundan əlavə, daha bir arzumu həyata keçirmək – oğlumla eyni heyətdə oynamaq istəyirəm”, – deyə 58 yaşlı Romario bildirib.

    Məlumat üçün əlavə edək ki, Romario 1994-cü ildə Braziliya millisinin heyətində Meksikada keçirilən çempionatda dünya çempionu olub.

    Mənbə: ESPN

  • İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    Qeyd edək ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

  • Abşeronda 30 yaşlı kişinin meyiti tapılıb

    Abşeronda kişi meyiti tapılıb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə Saray qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

    1994-cü il təvəllüdlü Kamran Azər oğlu Hacızadənin meyiti yaşadığı evdə aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.