Month: April 2024

  • Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi – VİDEO

    Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib.

    Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredit imzalatmağa çalışıb.

    “Əmi, dinləyirsən? Sən bunu imzalamalısan. Sənin yerinə mən imza ata bilmərəm. Əgər özünü pis hiss edirsənsə, səni xəstəxanaya apara bilərəm. Sən yenidən xəstəxanaya qayıtmaq istəyirsən? Buraya imza at və başımı ağrıtma”, – deyə qadın kişi ilə danışırmış kimi davranıb.

    Şübhələnən bank işçiləri təcili yardım və polis çağırıblar.

    Hadisə yerinə gələn tibb işçiləri pensiyaçı olan 68 yaşlı Paulo Roberto Braqanın bir neçə saat əvvəl öldüyünü təsdiqləyiblər.

    Onu banka gətirən Erika de Souza Vieyra Nunyes adlı qadın isə yerindəcə həbs edilib. Erika polisə kişinin bacısı qızı, həm də qəyyumu olduğunu bildirib.

    Ölüm səbəbini müəyyən edilməsi üçün aparılan meyitin yarılma nəticələri hələ açıqlanmayıb.

    Eyni zamanda digər ailə üzvlərinin şəxsiyyətinin müəyyən edilməsi və kreditin təyin olunduğu vaxtda onun sağ olub-olmaması ilə bağlı da araşdırmalar davam edir.

    Məlumata görə, kreditin məbləği təxminən 2500 funt sterlinqə ekvivalent olan 17 min Braziliya realı (5 min manatdan çox) təşkil edib.
    //oxu.az

  • Bakıdakı bu şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb – FOTO

    Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yasir Oqtay oğluna məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında plandankənar yoxlama keçirilib.

    Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Qida obyektinin satış vitrinində istifadə müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə əlamətləri müəyyən olunub.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız məhsulların satışının qarşısı alınıb.



  • 17 martda keçirilmiş imtahanın nəticələri nə vaxt elan olunacaq? – RƏSMİ AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
     
    Bəs nəticələr nə vaxt açıqlanacaq?
     
    Sfera.az-a DİM-dən verilən məlumata görə, 17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur. 
     
    “Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, – məlumatda bildirilib.

  • İş adamı Manaf Ağayevə ev bağışlayıb? – Özü DANIŞDI

    Müğənni Manaf Ağayev ona ev hədiyyə edilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

    Sənətçi “Qaynarinfo”ya açıqlamasında bildirib ki, sözügedən məsələ 15 il bundan əvvəl baş verib:

    “Mənə ev bağışlanmayıb. Qonşumdan ev alıb, mən də kömək etmişəm. O da borcunu qaytarıb. Bu gün kim-kimə 100 manat verir? Qalmışdı ki ev bağışlaya? Nə yazırlar, yazsınlar. Əsas odur ki, məni gündəmə gətirirlər”.

    Qeyd edək ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevə bir iş adamı tərəfindən ev bağışlanması ilə bağlı məlumat yayılıb.

  • Moskvada sinaqoqa hücuma hazırlaşan şəxs kim olub? – TƏFƏRRÜAT

    Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskvanın Otradnoye rayonunda Rusiya Yəhudi İcmaları Federasiyasının Darkei Şalom sinaqoquna hücum planlaşdıran terrorçunu zərərsizləşdirib.

    Bu barədə İcmanın rəhbəri ravvin Dovid Karpovu danışıb.

    O bildirib ki, cinayətkarın tutulması əməliyyatı Berezovaya xiyabanı küçəsində, sinaqoqun yaxınlığında baş tutub.

    “Bizə məlumat verməmişdilər. Buna heç ehtiyac da yox idi. Düşünürəm ki, bu çox sürətli məlumat idi. Bunun texniki cəhətdən necə baş verdiyini bilmirik.

    Fikrimcə, kəşfiyyat orqanları görünməz olmalıdır. Nəticə olarkən gözə dəyirlər. Onlarla bağlı heç bir şikayətimiz yoxdur. Bizə gəlincə, onlar indi nə edirlərsə terrorun qarşısını almaq üçün edirlər. Bu, belə də olmalıdır”,-deyə ravvin qeyd edib.

    Qeyd edək ki, aprelin 11-də Rusiya FTX-si Moskvada yəhudi müəssisəsində gözlənilən terror aktının qarşısının alındığını elan edib.

    Bunu Orta Asiya ölkələrindən oln bir şəxs həyata keçirməyi planlaşdırıb. 2002-ci il təvəllüdlü şəxs müxtəlif cinayətlərə görə öz vətənində cəza çəkib. Daha sonra Rusiyada terror fəaliyyətində iştirak etməkdə təqsirli bilinən şəxslərlə fəal əlaqə saxlayıb, onların təsiri altında qadağan olunmuş beynəlxalq terror təşkilatının ideologiyasını bölüşməyə başlayıb.

    Saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə zərərsizləşdirilib. Terrorçunun yaşadığı yerdə təhlükəsizlik qüvvələri istifadəyə hazır əldəqayırma partlayıcı qurğu aşkar edərək müsadirə edib. O, bombanı döşəyin altında gizlədibmiş.
    //Baku.ws

  • Cəmil Məmmədliyə hökm oxundu

    Jurnalist Cəmil Məmmədliyə hökm oxunub.

    Bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror Samir Məmmədov məhkəmədən təqsirləndirilən şəxsin 8 il 3 ay müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
    Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

    ///Report

  • Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

    “2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib”.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışarkən deyib.

    “Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə H.Hacıyev bildirib.

  • Gürcüstan parlamenti etirazlara səbəb olan qanun layihəsini təsdiq etdi

    Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiq edib.

    Məlumatı Gürcüstan KİV-i yayıb.

    Qeyd edək ki, sözügedən qanun layihəsi ilk dəfə 2023-cü ilin fevralında parlamentə təqdim edilib. Lakin Prezident Salome Zurabişvili, eləcə də ABŞ Dövlət Departamenti, Gürcüstanın digər beynəlxalq tərəfdaşları qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT nümayəndələrini “xarici agent” kimi damğalayacağını bəyan edərək Gürcü Arzusu Partiyasını qanun layihəsindən imtina etməyə çağırıb.

    Qanun layihəsi ilə əlaqədar ötən gündən etibarən Gürcüstanın paytaxtı Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib. Müxalifət iddia edir ki, hakimiyyətin bu qanun layihəsi Rusiyanın maraqlarına xidmət edir.

    Mənbə: TASS

  • Akif Çovdarovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR verildi

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun 30 milyonluq əmlakının yenidən müsadirədən azad edilməsi ilə bağlı kassasiya şikayətinə baxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçirilən iclasda tərəflərin çıxışı dinlənilib. Çovdarovla birgə əmlakı müsadirə edilmiş sabiq MTN-çi Səlim Məmmədov və “8-ci kilometr bazarı”nın keçmiş sahibi Çingiz Əsədov da kassasiya şikayəti vermişdilər. Ç.Əsədov “8-ci km bazarı”nın ona qaytarılmasını tələb edib.

    Tahir Kazımovun sədrlik etdiyi məhkəmə heyətinin son qərarı belə olub ki, A.Çovdarov və S.Məmmədovun əmlaklarının (“8-ci km bazarı” da daxil olmaqla) müsadirəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarı əsaslı sübutlarla təsdiqini tapıb. Qərara əsasən, bütün şikayətlər əsassız sayılaraq rədd edilib.

    Xatırladaq ki, 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Eyni zamanda, Səlim Məmmədovun da müsadirə edilmiş əmlakları özünə qaytarılıb. Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə sözügedən qərarı tamamilə ləğv edib. Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı Çovdarov və Məmmədovun üzərinə həbs qoyulmuş əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib.

  • В Кремле прокомментировали информацию о выводе российских миротворцев из Карабаха – ВИДЕО

    Пресс-секретарь президента РФ Дмитрий Песков подтвердил начало вывода Российского миротворческого контингента (РМК), временно дислоцировавшегося в Карабахском регионе Азербайджана.

    “Да, это действительно так”, – сказал пресс-секретарь президента РФ Дмитрий Песков в среду.

    Так он по просьбе журналистов прокомментировал информацию азербайджанских СМИ о начале вывода РМК.