Month: April 2024

  • Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” – VİDEO

    Son günlər yeni dələduzluq üsulları yaranıb.

    Belə ki, sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəyirlər.

    Saxta elan saytları yaradaraq “kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” kimi vədlər verib vətəndaşları aldadırlar.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Dövlət tərəfindən təyin edilən pulsuz dərmanları ala bilmirik – ŞİKAYƏT (VİDEO)

    Vərəm xəstəliyindən əziyyət çəkən şəxs bir aydır ki, “Rifampicin” dərmanını tapa bilmir.

    Bu barədə kimliyinin bilinməsini istəməyən xəstənin yaxını “Xəzər Xəbər”ə şikayətində deyib.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vərəm xəstələri üçün nəzərdə tutulan “Rifampicin” dərmanının ölkədə tapılmamasını təsdiqləyib.

    Ətraflı süjetdə:

  • В жилмассиве, где проживает около 1 500 семей, нет ни одной улицы с названием – ВИДЕО

    В Баку все еще есть дома без адресов и безымянные улицы.

    Как сообщает хezerxeber.az, речь идет о территории в Сураханском районе Баку, которую называют “Гум адасы”.

    По словам местных жителей, из-за отсутствия адресов они сталкиваются со множеством проблем. Отмечается, что в жилом массиве, где проживает около 1 500 семей, нет ни одной улицы с названием.

    Согласно информации, такая же проблема наблюдается в поселках Рамана, Ахмедлы, Бина и др.

    Как заявили в Исполнительной власти Баку в связи с данным вопросом, за последние годы был осуществлен процесс присвоения названий большинству улиц, расположенных на административной территории столицы, а также изменения названий, не соответствующих стандартам.

    “Жители могут получить информацию об улице, на которой они проживают, на сайте unvanportali.az”, – добавили в структуре.

    Подробнее – в сюжете:

  • 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur – VİDEO

    Bakıda təəssüf ki, hələ də evlərinin ünvanı, adı bəlli olmayan küçələr mövcuddur.

    Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakının Suraxanı rayonunda yerləşən, sakinlər arasında Qum adası adlandırılan ərazidən gedir.

    Burada yaşayanlar bildirirlər ki, küçənin adı, evlərin ünvanı olmadığı üçün xeyli problemlə qarşılaşırlar.

    Onların sözlərinə görə, 1500-ə yaxın ailənin məskunlaşdığı ərazidə heç bir küçənin adı yoxdur.

    Eyni problem paytaxtın Ramana, Hövsan, Əhmədli, Binə və digər bəzi qəsəbələrində də mövcuddur.

    Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, son illər ərzində paytaxtın inzibatı ərazisində yerləşən küçələrin böyük əksəriyyətinə adların verilməsi və standartlara uyğun olmayan küçə adlarının dəyişdirilməsi prosesi həyata keçirilib. Sakinlər unvanportali.az saytına daxil olmaqla yaşadıqları küçənin adı haqqında məlumat ala bilərlər.

    Ətraflı süjetdə:

  • Biləsuvarda nömrəsiz motosiklet sürdü: 15 günlük həbs edildi

    Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində “İJ” markalı nömrəsiz motosikletini sürən şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, 1965-ci il təvəllüdlü Cabbar Səlifov (ad-soyad şərti) 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində “İJ” markalı motosikletini kənddə idarə edərkən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

    Xidmət əməkdaşları motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə saxla əmrini verib və həmin şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra sonuncudan sənədləri təqdim etməsini istəyiblər. Lakin şəxs sənədləri təqdim etməkdən imtina edib və polislə mübahisə etməyə başlayıb. Daha sonra isə həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsini aşırdıb və motosikleti yandırmaqla polisi əməkdaşlarına hədə-qorxu gəlib.

    Məhkəmənin qərarı ilə Cabbar Səlifov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.

  • Новые кадры строящегося в Лачыне аэропорта – ВИДЕО

    Распространены новые кадры аэропорта, строящегося в Лачыне.

    Соответствующая запись, сделанная при помощи дрона, была показана в эфире Азербайджанского государственного телевидения (AzTV).

    Подробнее – в видео.

  • Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ – VİDEO

    Laçında tikilən hava limanından yeni görüntülər yayılıb.

    Bu barədə kadrlar AZTV-nin efirində yayımlanıb.

    Kadrlarda dronla çəkilmiş görüntüləri görmək mümkündür.

    Ətraflı videoda:

  • Таджикистан принял ответные меры на решение Турции об отмене безвизового режима

    Таджикистан с 20 апреля вводит визовый режим для владельцев общегражданских заграничных паспортов Турции. Об этом сообщает государственное информагентство “Ховар” со ссылкой на Министерство иностранных дел Таджикистана.

    Согласно информации, получить визу для посещения республики граждане Турции смогут в посольствах и консульствах Таджикистана за рубежом.

    Отмечается, что эта мера стала ответом на решение турецких властей об отмене безвизового режима для граждан Таджикистана 6 апреля. Ранее они могли въезжать в республику без визы и оставаться там до одного месяца по обычному загранпаспорту и до 90 дней – по служебному и дипломатическому. С 20 апреля Турция введет визовый режим в отношении граждан Таджикистана.

    Причина принятия такого решения не уточнялась. Однако безвизовый режим был отменен Турцией вскоре после того, как стало известно, что к теракту в российском “Крокусе” могут быть причастны четыре гражданина Таджикистана. Позже силовики задержали еще шестерых фигурантов, которые имеют паспорта этой республики. Турецкие СМИ также писали, что двое арестованных из числа исполнителей преступления совершали поездки в Турцию.

    Теракт в подмосковном концертном зале “Крокус Сити Холл” произошел вечером 22 марта. Вооруженные мужчины открыли стрельбу перед началом выступления группы “Пикник”, после чего начался пожар, его площадь составила 13 000 кв.м. В результате теракта погибли 145 человек, в том числе шестеро детей.

    Источник: vedomosti.ru

  • Tacikistana getmək istəyən Türkiyə vətəndaşları üçün YENİ QƏRAR

    Tacikistan aprelin 20-dən sadə Türkiyə xarici pasportuna malik şəxslər üçün viza rejimi tətbiq edəcək.

    Türkiyə vətəndaşları respublikaya səfər etmək üçün Tacikistanın xaricdəki səfirlik və konsulluqlarında viza ala biləcəklər.

    Bu tədbir Türkiyə hakimiyyətinin aprelin 6-da Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına cavab olub. Əvvəllər onlar respublikaya vizasız daxil olub, adi xarici pasportla bir aya qədər, xidməti və diplomatik pasportla isə 90 günə qədər orada qala bilirdilər. Aprelin 20-dən Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimi tətbiq edəcək.

    Bu qərarın səbəbi açıqlanmayıb. Lakin Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktında dörd Tacikistan vətəndaşının əli ola biləcəyi məlum olduqdan sonra Türkiyə tərəfindən vizasız rejim ləğv edilib.

    Mənbə: vedemosti.ru

  • Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? – AÇIQLAMA

    “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.

    Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkilin sözlərinə görə, ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə:

    “Burada ər-arvad məsələsi var və bir də ölənin himayəsində kimsə varsa ona verilir. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu işləyib, qazanıb, yaşasaydı pensiyasını alacaqdı. Bir də məsələnin ikinci, yəni iqtisadi tərəfi var. Biz hamımız işləyirik və Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyirik. Bizim vəsaitlərimiz hesabına indiki təqaüdçülər pensiya alırlar. Sabah biz qocalanda o zaman işləyənlərin gəlirindən tutulan vəsaitlər hesabına bizə pensiya veriləcək. Biz də bilirik ki, hər il Dövlət Sosial Müdafiə Fondunda pul çatmır. Bu gün yığılan pul pensiya alanlara çatmır. Üstəlik, hər il dövlət büdcəsindən əlavə fonda pul verilir”.

    Əkrəm Həsənov Dövlət Sosial Müdafiə Fondunun öz-özünü maliyyələşdirə bilmədiyini vurğulayıb:

    “Burada iki yol var, ya gərək sosial sığorta haqqlarını artıraq, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılsın. Amma büdcədən vəsaitin ayrılması çətin məsələdir. Bu dəqiqə ölkədə o qədər layihələr var ki. Xüsusən də işğaldan azad olunan ərazilərlə bağlı. Bir də əgər bu qanun halını alırsa icra olunmalıdır”.

    Əkrəm Həsənov bəzi insanların uzunömürlü olduğunu da əlavə edib:

    “Elə insanlar var ki, onlar çox yaşayır. Yəni onların pensiya kapitalı qurtarır. Bu halda Dövlət Sosial Müdafiə Fondu onlara deyirmi ki, pensiya kapitalın qurtarıb sizə pensiya vermirik? Yox, ödənilir. Gələcəkdə insanların gəlirləri o qədər yüksək olmalıdır ki, bizdən daha çox pul tutulsun. Avropada belədir”.