Month: April 2024

  • Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib

    Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilib.

    Məlumata görə, giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq, ancaq dəvət olunmuş şəxslər binaya daxil ola biləcəklər. Məhdudiyyətlər akkreditə olunmuş jurnalistlərə təsir etməyəcək.

    Plenar iclasda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edəcəklər. Qanunun əleyhdarları isə aprelin 16-da saat 11-də parlament yaxınlığında etiraz aksiyalarını bərpa edəcəklərini vəd ediblər.

    Xatırladaq ki, dünən Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında 14 nəfəri saxlayıb.

    Qeyd edək ki, onlar ictimai asayişi pozub, asayiş keşikçilərinə müqavimət göstərib, polis əməkdaşlarını təhqir ediblər. Aksiyaçılarla toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb, ona tibbi yardım göstərilib.

    Mənbə: Gazeta.ru

  • Hesablama Palatası “toxum subsidiya”larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb

    Azərbaycanda “Elit” sinifli toxum alınmadığı halda R1 reproduksiyalı toxumlar üçün subsidiya ödənilib.

    “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

    Bildirilib ki, əvvəlki illərdə “Elit” sinifli toxumu (gömrük bəyannamələri, elektron qaimə-fakturalar və ya Kənd Təsərrüfatı Nazirliyinin “Elit” toxumunun güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilib.

    “Eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2 %-ni, 2022-ci ildə 53,7 %-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyqan dövründə müvafiq əkin sahələri bəyan olunmayıb”, – hesabatda deyilir.

    Bildirilir ki, qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin edilməyib, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və ya reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoyub ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına yardım etmir.

  • Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ

    2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ilkin baxış iclası keçirilib.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

    İttihama görə, o, “Formula-1” yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib.

    Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada – Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti “Formula-1” yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla Çingiz Mehdiyevin ümumilikdə 397 min 852 min 82 manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.

    Bundan başqa, təqsirləndirilən şəxs Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın “Bank of America” bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb. Daha sonra təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

    Təqsirləndirilən şəxsin vəkili çıxış edərək, məhkəmədə birinci zərərçəkmiş tərəfin çıxışını təklif edib. Məhkəmə müşavirəyə gedərək, məhkəmə istintaqının təqsirləndirilən şəxsin çıxışı ilə başlamasına qərar verib.

    Növbəti məhkəmə prosesi mayın 6-na təyin edilib.

    Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

    Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

  • Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb

    Özbəkistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Prezident Şavkat Mirziyoyevlə görüşüb.

    Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşıdakı görüş və gündəlikdə duran tədbirləri nəzərdən keçirib.

    Görüşdə, həmçinin əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.

    Mənbə: “Sputnik” Özbəkistan

  • İran səfiri Çexiya XİN-ə çağırıldı

    Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.

    Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

    Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.

    Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalanmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

    Qeyd edək ki, bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma olub.

    Mənbə: TASS

  • İran səfiri Çexiya XİN-ə çağırıldı

    Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.

    Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

    Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.

    Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalanmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

    Qeyd edək ki, bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurma olub.

    Mənbə: TASS

  • Sabah Sumqayıtın bir hissəsində su olmayacaq

    Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

    Bu barədə “Azərsu” ASC-nin Sumqayıt Sukanal İdarəsindən məlumat verilib

    Bildirilib ki, şəhəri içməli su ilə təchiz edən 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50 və 51-ci məhəllələrə,16, 17, 18, 20 və 21-ci mikrorayonlara və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq

  • Bulvarda gəzinti gəmiləri niyə işləmir?

    Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb:

    “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.

  • Стало известно о состоянии здоровья азербайджанского борца Гаджи Алиева

    Стало известно о состоянии азербайджанского борца вольного стиля Гаджи Алиева (65 кг).

    Как сообщил idman.biz сам трехкратный чемпион мира и четырехкратный чемпион Европы, лечение его глазной инфекции уже завершено.

    “Я просто жду полного выздоровления. У меня до сих пор есть проблемы с обоими коленями. Буду проходить физиотерапию в течение 10 дней. Но я продолжаю заниматься. Присоединюсь к сборной через две недели”, – сказал спортсмен.

    Отметим, что Гаджи Алиеву во время поединка с французским соперником Хамзатом Арсамерзоевым в 1/8 финала Европейского олимпийского квалификационного турнира в Баку рассекли бровь, после чего у борца-вольника развилась глазная инфекция.

  • Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi

    Azərbaycanın 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçisi Hacı Əliyevin səhhətində yaranan nasazlıqla bağlı məsələyə aydınlıq gəlib.

    Bu barədə İdman.biz saytına üçqat dünya və dördqat Avropa çempionunun özü məlumat verib.

    Əliyev bildirib ki, hazırda gözünə düşən mikrobla bağlı müalicə işləri yekunlaşıb:

    “Sadəcə tam sağalmağımı gözləyirəm. Hər iki dizimdə olan problem hələ qalır. 10 gün fizioterapiya olunacağam. Amma fiziki məşqlərimi davam etdirirəm. İki həftədən sonra milli komandaya qoşulacağam”.

    Qeyd edək ki, Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.