Month: April 2024

  • Bakıda motosiklet ağaca çırpılıb: Sürücü ölüb

    Bakıda motosiklet sürücüsü ağaca çırpılıb.

    APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Teyyub Həsənağa oğlu Piriyev idarə etdiyi “Yamaha R15” markalı motosikletlə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

  • Oğurlanan və ya itən maşın nömrəsinin eynisi NİYƏ VERİLMİR? – AÇIQLAMA (TƏKLİFLƏR)

    Avtomobillərin dövlət nömrə nişanlarının itirilməsi və ya oğurlanması hallarıyla zaman-zaman qarşılaşırıq. Elə bir neçə gün bundan öncə Vətən müharibəsi iştirakçısı Camal Alxasov avtomobilinin dövlət qeydiyyat nişanlarından birini itirdiyini və tapılmasına kömək edilməsiylə bağlı video paylaşmışdı.

    “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda tapılmazsa nəqliyyat vasitəsinin sahibinə yeni nömrə verilir. İlk növbədə dövlət qeydiyyat nişanının sahibi, yaxud sərəncam vermək hüququna malik olan digər şəxs bununla bağlı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına arayışını təqdim edir. Polis orqanlarına məlumat verdikdən sonra sürücü Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edir və bundan sonra nəqliyyat vasitəsinə tam yeni kombinasiya ilə dövlət nömrə nişanı verilir.

    Lakin bu nəticə sürücülərin haqlı narazılığına səbəb olur. Təbii ki, istədikləri hərf və rəqəm kombinasiyası üçün yüksək məbləğdə dövlət rüsumu ödəyən sürücülər kifayət qədərdir. Lakin ödənişindən asılı olmayaraq verilən dövlət qeydiyyat nişanı itdiyi, yaxud oğurlandığı zaman surətiylə əvəzlənmir. Belə olduqda sürücü ikiqat maddi ziyana düşür.

    Məsələylə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Ərşad Hüseynov itirilən, yaxud oğurlanan dövlət qeydiyyat nişanlarıyla bağlı qanunvericilikdə boşluq olduğunu qeyd edib. “Bu, Sovet dövründən qalan və hələ də dəyişilməyən qanundur. SSRİ-də dövlət qeydiyyat nişanlarından biri, yaxud hər ikisi itirildikdə həmin dövlət nömrə nişanı yox, yenisi verilirdi. Əhəmiyyətini itirsə də, elə o vaxt olduğu kimi saxlanılıb. Təbii ki, bu qanun ləğv edilməlidir. Bunun üçün “Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsində, təlimatda, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarında dəyişiklik etmək lazımdır ki, nömrə itdiyi zaman onun eynisinin təkrar surətini çıxarıb vermək olsun”.


    Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bir neçə il öncə məsələylə bağlı mövzunu gündəmə gətirdiyini və qanunvericilikdə öz əksini tapdığı halda Baş Dövlət Yol Polisi İdarəsindən müsbət cavab veriləcəyini bildirib. “Təəssüf ki, hələlik bu məsələdə dəyişiklik yoxdur. Milli Məclisdə deputatlar tərəfindən qanunvericilik təşəbbüsüylə təkliflər irəli sürülmür. Düşünürəm ki, bu məsələyə yenidən qayıtmaq lazımdır. Hörmətli deputatlardan xahişim odur ki, bu mövzunu gündəmə gətirsinlər və ciddi əhəmiyyəti olmayan bu məsələyə görə insanların qarşılaşdıqları problemləri həll etsinlər. Yəni adi dəmir parçası olan lövhə itdiyi zaman onun əvəzinə digər bir lövhəni alıb yapışdırmaq heç bir problem yaratmır və yaratmamalıdır. Fikrimcə, oğurlanan, yaxud itirilən nömrələrlə bağlı vətəndaşları simvolik formada cərimələmək olar, yaxud da heç bir cərimə nəzərdə tutmadan vətəndaşın müraciəti əsasında yenidən rüsumları ödəyərək həmin nömrənin dublikatını əldə etməsi mümkün olsun. Artıq dünyanın bir çox ölkələrində bu prosedur qeyd etdiyim formada həyata keçirilir. Adi dəmir lövhəyə görə heç kim əziyyət çəkmir, nömrədən məhrum olmur. Hal-hazırda nömrələrin dövlət rüsumuyla 1000-3000 manata qədər qiyməti var. Hətta bazarda olduqca yüksək məbləğdə satılan dövlət qeydiyyat nişanları mövcuddur. 50 000 – 100 000 manat pul ödəyib nömrə alan insanlar var. Hər hansı mənasız, xoşagəlməz situasiya zamanı nömrə itirsə, yaxud oğurlanırsa sürücü o zaman neçə min manat ziyana düşür. Hansı ki, 100 000 manat müqabilində aldığı dəmir lövhəsini yenidən alıb yapışdıra bilmir. Qanunvericilikdə bu məsələ öz əksini tapmalıdır və sürücülər bu problemdən qurtulmalıdır”.

    Son dərəcə aktual olan məsələylə bağlı deputat Fazil Mustafa da münasibət bildirib. “Əlbəttə, qanunvericilikdə belə bir dəyişiklik olsa, verilə bilər. Təklif olsa, müvafiq icra hakimiyyəti orqanı Milli Məclisə qanun layihəsi göndərir və Milli Məclisdə qəbul olunur. Bundan sonra buna müsbət yanaşıla bilər. Amma indiki vəziyyətdə qanun icazə vermədiyinə görə belə bir qayda tətbiq olunmur. Yəni hər bir şey müəyyən qanuni əsasa sahib olmalıdır. Əks halda bunu həyata keçirməkdə problem yarana bilər. Fikrimcə nömrənin itməsinin məqsədyönlü xarakter daşımadığı sübuta yetirilərsə onda bu nömrənin dublikatının verilməsi normal qəbul olunmalıdır”.

    Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

  • Azərbaycan millisi Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

    Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

    “Report”un məlumatına görə, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

    Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.

    Qeyd edək ki, yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

  • Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi – FOTO

    Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə foto paylaşaraq bunları yazıb:

    “Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin”.

    Qeyd edək ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var.

  • Əməkdar artistin şəhid qardaşı ilə bağlı paylaşımı hər kəsi kövrəltdi – FOTO

    Əməkdar artist Gülüstan Əliyeva 1994-cü ilin aprel döyüşlərində Qırmızı kənddə şəhid olan qardaşı Azadın məzarını ziyarət edib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə foto paylaşaraq bunları yazıb:

    “Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin”.

    Qeyd edək ki, Gülüstan Əliyeva şəhid həyat yoldaşı Zahid Əhmədov da şəhid olub. Onun bu nikahdan bir oğul övladı var.

  • İtaliyalı modelyer Roberto Kavalli vəfat edib

    İtaliyalı modelyer Roberto Kavalli vəfat edib
    İtaliyalı modelyer Roberto Kavalli vəfat edib
    12 aprel 2024 22:26 (UTC +04:00)
    İtaliyalı modelyer Roberto Kavalli 83 yaşında vəfat edib.

    APA xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

    Yerli nəşrlər modelyerin uzun sürən xəstəlikdən sonra Florensiyada dünyasını dəyişdiyini yazır.

    Qeyd edək ki, gənc yaşlarından dəblə maraqlanan Kavalli 1970-cı ildə öz adı və soyadına uyğun geyim brendini təsis edib.

    Brendin debütü 1971-ci ildə baş tutub.

  • BMT-də Azərbaycanın təşəbbüsü ilə mədəniyyətlərarası dialoq forumu üzrə brifinq keçirilib – FOTO

    Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib.

    Median.Az xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən birgə brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadin moderatorluğu ilə baş tutub.

    Brifinqdə çıxış edən BMT Baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda körfəz tərəfdaşlarından biri olmaqdan məmnun olduğunu deyib.

    Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara geniş məlumat verib. Diplomat bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır:

    “2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil edilib. COVID 19 pandemiyasına qədər hər il həyata keçirilən bu forumu qısa fasilədən sonra sülh və qlobal təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı əlaqə naminə dialoq mövzusu altında bərpa etmək hər birimizi sevindirir”.

    Səfir tədbir iştirakçılarını 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

    Brifinqdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum haqqında qısa videoçarx nümayiş olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbii sərvətləri əks olunub və eləcə də azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işləri barəsində geniş məlumat verilib.

    Brifinqdə çıxış edən “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib ki, forum Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür və bu təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

  • FHN: Qobustanda ağır yol qəzasında yaralanan şəxs xilas edilərək təcili yardıma təhvil verilib

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ-2107″ markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Baxışov Kamil Ceyfun oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Almaniya vətəndaşlarını İran ərazisini tərk etməyə çağırıb

    Almaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İran ərazisini tərk etməyə, eləcə də bu ölkəyə və İsrailə səfərlərdən çəkinməyə çağırıb.

    APA xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

    Müvafiq xəbərdarlıq həmçinin nazirliyin saytında da yerləşdirilib.

  • Culfa rayonunda yol qəzası olub, yaralılar var

    Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı iki avtomobil toqquşub və nəticədə 3 nəfər xəsarət alıb.

    Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı Naxçıvan Mərkəzi Xəstəxanasın yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.