Month: April 2024

  • Moskvanın məşhur “Mərkəzi Uşaq Mağazası” azərbaycanlı iş adamına satılıb

    Moskvanın mərkəzində, Lubyankada yeləşən məşhur “Mərkəzi Uşaq Mağazası” yəhudi əsilli azərbaycanlı iş adamlarına satılıb.

    APA-nın Moskva müxbiri xəbər verir ki, “Mərkəzi Uşaq Mağazası”nı Qod Nisanov və Zarax İliyevin sahibi olduqları “Kiyevskaya ploşad” şirkəti alıb.

    1957-ci ildən fəaliyyət göstərən Lubyankadakı Mərkəzi Uşaq Mağazasını hansı məbləğə satıldığı açıqlanmayıb.

    Qeyd edək ki, “Kiyevsakay Ploşad” Rusiyada kommersiya daşınmaz əmlakının nəhənglərindən hesab olunur. Şirkət “Forbes”ə görə ölkənin icarəçilər reytinqində birinci yerdədir. Nəşrin hesablamalarına görə, onun 2023-cü il üçün icarə gəliri 1,76 milyard dollar təşkil edib.

    Şirkətə Moskvada yerləşən “Yevropeyski” və “Food City” ticarət mərkəzləri, “Depo” qida mərkəzi, “Olimpiyskiy” idman kompleksi və “Şolkovski” ticarət mərkəzləri daxildir.

  • Lerik və Yardımlı arasında nəqliyyatın hərəkəti bərpa olunub – YENİLƏNİB + FOTO/VİDEO

    Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular düzəldilib, Yardımlı rayon istiqamətində hərəkət bərpa olunub.

    Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar komissiyalarının sədri Habil Məlikov APA-ya bildirib ki, gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub və yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb.

    Xatırladaq ki, Lerik rayon ərazisinə yağan aramsız yağışlar nəticəsində aprelin 11-də gecə saatlarında Təkdam-Alar hərbi avtomobil yolunun Lerik rayonunun Ağqışlaq kəndi ərazisindən keçən hissəsində, yolun tikintisini həyata keçirən podratçı təşkilat tərəfindən “Şərətük” çayı üzərində körpü əvəzi qoyulmuş (körpünün tikintisi yarımçıq saxlanılmışdır) iri diametrli beton boruların bir hissəsini sel suları aparıb.

    Nəticədə yol həmin hissədə keçilməz vəziyyətə düşüb. Eyni zamanda Ağqışlaq kəndinin daxilində kənd sakinləri tərəfindən körpü əvəzi qoyulmuş boruların da bir hissəsini sel aparıb.

    Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndin sakinləri istifadə edir, Yardımlı – Masallı rayonlarına gedib-gəlirlər.

  • Польша призвала своих граждан покинуть Ближний Восток

    Министерство иностранных дел Польши предупредило своих граждан, находящихся на Ближнем Востоке, о возможной эскалации конфликта.

    Как передает Report, об этом МИД сообщил на своем сайте.

    “Мы призываем людей, находящихся в настоящее время в Израиле, Ливане и на палестинских территориях, задуматься, действительно ли необходимо их дальнейшее пребывание”, – указано в заявлении.

  • Polşa öz vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırır

    Polşa Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vətəndaşlarına münaqişənin mümkün gərginləşməsi barədə xəbərdarlıq edib.

    Median.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

    “Biz hazırda İsrail, Livan və Fələstin ərazilərində olan insanları onların orada olmasının həqiqətən zəruri olub-olmadığını düşünməyə çağırırıq”, – bəyanatda deyilir.

  • Yuxusuzluğa səbəb olan QİDALAR

    Araşdırmalara görə, yuxusuzluğun səbəbi pəhrizinizin nəzərə almadığınız digər aspektləri ola bilər.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, yatmazdan əvvəl bəzi qidalardan uzaq durmaq lazımdır.

    Ədviyyatlı ərzaq

    Yatmamışdan qabaq ədviyyatlı qidalar istehlak etməyin.

    Pomidor

    Təəssüf ki, pomidor turşu reflüksünün əsas tətikləyicilərindən biridir. Buna görə də pomidoru yatmamışdan ən azı 4-5 saat əvvəl yemək lazımdır.

    Şirniyyatlar

    İstənilən şirin desert axşam saatlarında yeyilsə, yuxunu poza bilər. Yüksək şəkər və qan qlükoza səviyyələrində dalğalanmalara və mədə problemlərinə səbəb ola bilər.

    Süd

    Süd, laktoza sayəsində həm uşaqlarda, həm də böyüklərdə turşu reflüksünü tətikləyə bilər.

    Ətirli sodalar

    Çox vaxt onların tərkibində kofein var. Ola bilsin ki, heç sizin bundan xəbəriniz yoxdur.

    Nanəli çay

    Yatmazdan əvvəl bir fincan nanə çayı içmək yuxu keyfiyyətinə yaxşı təsir etmir. Bunun əvəzinə çobanyastığı və ya lavanda içmək daha məsləhətlidir.

  • Крупнейший производитель стали в Германии сократит выпуск

    ThyssenKrupp Steel, подразделение крупнейшего производителя стали в Германии, сократит производственные мощности в городе Дуйсбург, а также рабочие места.

    Как передает Report, об этом сообщает Reuters со ссылкой на программу реструктуризации ThyssenKrupp.

    Исполнительный совет сталелитейного дивизиона корпорации заявил, что производственные мощности будут сокращены до 9–9,5 млн т в год, что примерно соответствует объемам отгрузки за последние три года. Сейчас мощности завода рассчитаны примерно на 11,5 млн т.

    Reuters связал объявление с модернизацией сталелитейного бизнеса, которая стала необходима из-за ослабления спроса и жесткой конкуренции со стороны металлургов из Азии.

    Отмечается, что планируемое сокращение может помешать переговорам с чешским энергетическим холдингом EPH, который имеет планы стать совладельцем сталелитейного подразделения.

  • Almaniyanın ən böyük polad istehsalçısı hasilatı azaldacaq

    Almaniyanın ən böyük polad istehsalçısı olan “ThyssenKrupp Steel” Duisburq şəhərində istehsal gücünü, eləcə də iş yerlərini azaldacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    İstehsal gücünün ildə 9-9,5 milyon tona qədər azalacağı bildirilir. Hazırda zavodun gücü təxminən 11,5 milyon ton üçün nəzərdə tutulub.

    Qeyd edilir ki, azalma ortaq sahib olmaq planları olan Çexiyanın EPH enerji holdinqi ilə danışıqlara mane ola bilər.

  • Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

    Azərbaycanın iki boksçusu Xsorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində finala yüksəlib.

    Median.Az xəbər verir ki, hər iki milli üzvü yarımfinal görüşlərini qələbə ilə başa vurublar.

    48 kq-da Bilalhəbaşi Nəzərov Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib və rəqibini 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

    Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

    Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də baş tutacaq.//report.az

  • XİN: Mina təhlükəsinə son qoymaq üçün beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var

    Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında deyilir.

    “Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra qurbanların sayı 352 nəfərə çatıb”, – paylaşımda qeyd edilir.

  • РФ осуществила испытательный запуск межконтинентальной баллистической ракеты

    С российского полигона Капустин Яр состоялся испытательный запуск межконтинентальной баллистической ракеты.

    Как передает Report, об этом сообщило Министерство обороны РФ.

    “12 апреля 2024 года с 4-го Государственного центрального межвидового полигона Капустин Яр в Астраханской области боевым расчетом Ракетных войск стратегического назначения проведен успешный пуск межконтинентальной баллистической ракеты подвижного грунтового ракетного комплекса. Полученные результаты подтверждают высокую надежность российских ракет по обеспечению стратегической безопасности Российской Федерации. Задачи пуска выполнены в полном объеме”, – сказали в ведомстве.

    Этот пуск проводился в рамках государственных испытаний перспективных ракетных комплексов, а также подтверждения стабильности находящихся на вооружении ракет.