Month: April 2024

  • ABŞ İrana görə Yaxın Şərqdəki ölkələrə müraciət edib

    ABŞ Yaxın Şərqdəki tərəfdaşlarından İsraillə gərginliyi azaltmaq məqsədi ilə onların İrana müraciət etməsini xahiş edib.

    Agentlik bildirib ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərindən İrana “təcili olaraq İsraillə gərginliyi azaltmaq çağırışını” çatdırmağı xahiş edib.

    Məlumata görə, aprelin 10-da İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb ki, ölkənin xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir-Abdullahian Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və İraqdan olan həmkarları ilə telefon danışığı keçirib və onlar regional gərginliyi müzakirə ediblər.

    Mənbə: Reuters

  • Азербайджан выдал Казахстану лидера преступной группы, занимавшейся контрабандой – ВИДЕО

    Сотрудники правоохранительных органов Казахстана доставили из Азербайджана подозреваемого в создании и руководстве преступной группой, занимавшейся контрабандой.

    Об этом сообщила пресс-служба казахстанской Генпрокуратуры.

    По данным ведомства, в 2016-2018 годах подозреваемый руководил преступной группой, которая занималась контрабандным ввозом в Казахстан товаров народного потребления, а также уклонялась от уплаты таможенных платежей и налогов. В результате государству причинен ущерб на сумму свыше 4 млрд тенге (8,9 млн долларов или более 15,1 млн манатов – ред.).

    После совершения преступлений мужчина скрылся от следствия и был объявлен в международный розыск. Позже его обнаружили на территории Азербайджана.

    Подозреваемый водворен в следственный изолятор города Актау. За совершение инкриминируемого преступления предусмотрено наказание в виде лишения свободы сроком от 7 до 12 лет с конфискацией имущества.

    В Генпрокуратуре Казахстана также отметили, что в декабре 2019 года суд Мангистауской области приговорил к различным видам наказаний 12 лиц, причастных к деятельности этой же организованной преступной группы.

    Источник: ТАСС

  • Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib – VİDEO

    Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan təhvil alıblar.

    Bu barədə Qazaxıstan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

    Prokurorluğun məlumatına görə, şübhəli şəxs 2016-18-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə ölkəyə 4 milyard tengedən (8,9 milyon ABŞ dolları – red.) çox ziyan dəyib.

    O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib. Sonralar Azərbaycan ərazisində aşkar edilib.

    Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Onu əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

    Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Mangistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib.

  • Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

    Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar.

    Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

    Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək.

    Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin tənzimlənməsinə cavabdeh olan və “Langerhans adacıqları” kimi tanınan bu hüceyrələr 1-ci tip şəkərli diabet xəstəsinə köçürüləcək. Alimlər ümid edirlər ki, bu, xəstənin insulin inyeksiyasına ehtiyacını əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

    Transplantasiya edilmiş “Langerhans adacıqları”nın orqanizm tərəfindən rədd edilməsinin qarşısını almaq üçün bu hüceyrələr 0,5-1 mm diametrli xüsusi kapsullara yerləşdiriləcək. Şəkər səviyyəsi yüksəldikdə kapsulun kiçik deşiklərindən insan qanına insulin daxil olacaq.

    Xatırladaq ki, bu il Yaponiya müvəffəqiyyətlə geni dəyişdirilmiş donuz yetişdirib. Onun orqanları gələcəkdə orqanizm tərəfindən rədd edilmədən köçürülə bilər.

    Həmçinin, cərrahlar dünyada ilk dəfə donuz böyrəyini canlı xəstəyə uğurla köçürüblər.

  • Samuxda vətəndaş sürmədiyi avtomobilə görə cərimələnib – VİDEO

    Samuxda vətəndaş sürmədiyi avtomobilə görə cərimələnib.

    Şikayətçi Zaur İsmayılov bildirib ki, 2016-cı ildə VAZ-2107 markalı avtomobilini etibarnamə əsasında başqa bir şəxsə satıb, daha sonra həmin avtomobil digər şəxslərə də satılıb.

    Hazırda avtomobilə verilən etibarnamənin vaxtı bitdiyindən bütün cərimələr onun adına rəsmiləşir.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Bakıda yaşayış binasının zirzəmisi antisanitar vəziyyətdədir – VİDEO

    Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşayan sakinlər yaşayış binalarının zirzəmilərindən şikayətçidirlər.

    Onların sözlərinə görə, dörd yaşayış binasında vəziyyət eynidir. Kəskin qoxudan və antisanitar vəziyyətdən binaya daxil olmaq mümkün deyil.

    Məsələ ilə bağlı ARB-də yayımlanan “Günə Son” verilişi süjet hazırlayıb.

    Ətraflı videoda:

  • Bakıda arvadı onu döyən ərini bağışlamadı: Həbs qərarı verildi

    Bakıda yaşayan 34 yaşlı Türkiyə vətəndaşı H.A.Yemlihan arvadını döydüyünə görə həbs edilib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

    H.A.Yemlihan ifadəsində deyib ki, hadisə vaxtı sərxoş vəziyyətdə olub.

    O, gözəllik salonunun qarşısında arvadı Gülərin (şərti ad-red) telefonunu almaq istəyib, bu əsnada aralarında mübahisə yaranıb. Sərxoş olduğuna görə onu vurub, bir müddət sonra isə polis əməkdaşları tərəfindən tutulub.

    Gülər izahatında əri ilə barışmaq istəmədiyini, qanunla müəyyən edilmiş həddə cəzalandırılmasını istəyib.

    Məhkəmənin qərarı ilə H.A.Yemlihan İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə təqsirli bilinərək 20 sutka müddətinə həbs edilib.

  • NEWS.ru: Paşinyan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara biləcəkmi?

    Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, Rusiya ilə münasibətlər “ən yaxşı dövrlərdən” keçmir. Bir gün əvvəl isə o, Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb və bundan sonra diqqətini yalnız Qərbə yönəltdiyini, Moskvanın regiondakı ən mühüm məsələlərin həllində göstərdiyi səylərə məhəl qoymadığını açıqlayıb.

    Bəs Paşinyan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara biləcəkmi? Bu barədə NEWS.ru material dərc edib.

    Məqalədə bildirilib ki, Ermənistanın baş naziri aprelin 10-da respublika parlamentində çıxış edib. O, vurğulayıb ki, İrəvan Moskva ilə mübahisə etmək istəmir, çünki bu münasibətlərin Ermənistanın suverenliyi, təhlükəsizliyi və iqtisadiyyatı üçün əhəmiyyətini yanlış qiymətləndirmək olmaz. Eyni zamanda, onun sözlərinə görə, Ermənistan tərəfdaşları ilə münasibətlərdə bir dənə də olsun səhvə yol verməyib, lakin baş nazir dolayısı ilə Rusiyanı və KTMT-ni vədləri pozduğuna görə qınayıb.

    Materialda məsələ ilə bağlı politoloq və ekspertlərin rəyləri də yer alıb.

  • Ermənistanda əsgər özünü güllələyib

    Ermənistanda əsgər özünü güllələyib.

    Məlumata görə, Qeqarkunik rayonunda (Göyçə mahalının Çəmbərək rayonu – red) Daxili İşlər Nazirliyinin yerli polis şöbəsinə tibb mərkəzindən güllə yarası almış vətəndaşın gətirildiyi barədə məlumat daxil olub.

    Polis müəyyən edib ki, Araqatsotn rayon (Şorəyel mahalı – red) sakini, 19 yaşlı Tiqran Ç. odlu silahı doldurarkən ehtiyatsızlıqdan ayağına atəş açması nəticəsində sol ayağından güllə yarası diaqnozu ilə xəstəxanaya aparılıb.

    Yaralı hərbi qulluqçudur.

    Hadisə ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb.

    Mənbə: Ermənistan KİV

  • Распространились кадры новой станции бакинского метро – ВИДЕО

    Распространились видеокадры новой станции метро B04, которая строится в Баку.

    В настоящее время на объекте в ускоренном темпе проводятся строительные работы.

    Следует отметить, что это 28-я по счету станция ЗАО “Бакинский метрополитен”, а также пятая – на “фиолетовой” линии.

    Подробнее – в сюжете AzTV Xəbər: