Month: April 2024

  • Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR – VİDEO

    Bakıda tikilməkdə olan metronun “B04” stansiyasının görüntüləri yayılıb.

    Hazırda tikinti işləri sürətlə aparılır.

    Qeyd edək ki, bu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istifadəyə veriləcək sayca 28, bənövşəyi xəttin isə beşinci stansiyasıdır.

    Ətraflı “AZTV Xəbər”in süjetində:

  • Обнародованы кадры здания, где прятался Араик Арутюнян – ВИДЕО

    Обнародованы кадры здания, где скрывался Араик Арутюнян.

    Соответствующий сюжет был показан в эфире программы Sözümüz imzamızdı!, которая транслируется по телеканалу AzTV.

    Отмечается, что сотрудники Службы государственной безопасности Азербайджана задержали его именно в этом месте.

    Подробнее – в видео:

  • Arayik Arutyunyanın vaxtilə gizləndiyi “saray”dan görüntülər – VİDEO

    Arayik Arutyunyanın vaxtilə gizləndiyi “saray”ın görüntüləri yayılıb.

    Bu barədə kadrlar AZTV-nin efirində, “Sözümüz imzamızdır!” adlı proqramda yayımlanıb.

    Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu burada ələ keçiriblər.

    Həmin görüntüləri təqdim edirik:

  • В Азербайджане задержаны очередные тиктокеры – ФОТО

    Сотрудники полиции принимают меры в отношении граждан, которые проявляют неуважение к обществу, делятся в социальных сетях неэтическими публикациями и размещают призывы, не соответствующие нашим моральным ценностям.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД), благодаря принятым мерам были задержаны Джасарат Джавадов (1998 г.р.), известный под ником Po jizni Cesi, и Ровшан Сулейманов (1996 г.р.), известный под ником Roşka.

    С соответствующим решением Дж.Джавадов арестован в административном порядке на 30 суток.

    Джасарат Джавадов

    Расследование в отношении Р.Сулейманова продолжается. Его действиям также будет дана правовая оценка.

    Ровшан Сулейманов

    “Мы призываем людей, которые демонстрируют явное неуважение к обществу и поведение, противоречащее моральным ценностям, воздерживаться от этих действий на социальных платформах, особенно во время прямых трансляций”, – заявили в МВД.

    Напомним, что ранее известный под ником Miri Мирнамиг Мираламзаде был задержан за распространение запрещенной информации в интернете, а Амрах Магеррамов, известный под ником Magerramoff, был задержан за проявление неуважения к обществу в социальных сетях.

  • Daha iki tiktoker polis tərəfindən saxlanıldı, biri həbs edildi – FOTO

    Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Tiktok”da “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar.

    Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.


    R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

    “Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, – DİN-in məlumatında deyilir.

    Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar.

  • В Ханкенди обнаружены автоматы и гранаты

    Сотрудники полиции обнаружили в Ханкенди автоматы и гранаты.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД) Азербайджана.

    10 апреля стражи порядка обнаружили на территории города три автомата, столько же ружей, четыре гранаты, 15 магазинов к оружию, 860 патронов разных калибров и другие боеприпасы.

  • Xankəndidə silah-sursat aşkar edilib

    Xankəndidə silah-sursat aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlifçaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

  • В столице России были обсуждены азербайджано-грузинские отношения

    Посол Азербайджанской Республики в РФ Полад Бюльбюльоглу принял вновь назначенного главу отдела интересов Грузии в посольстве Швейцарии в России Мамуку Мерквиладзе.

    Как сообщает Report, азербайджанский дипломат поздравил коллегу с назначением на столь почетную должность, пожелав ему дальнейших успехов в своей деятельности, и проинформировал гостя о проводимой работе в качестве дуайена дипкорпуса в России.

    На встрече были обсуждены отдельные вопросы, касающиеся двусторонних отношений между Азербайджаном и Грузией. Стороны также провели обмен мнениями по вопросам, представляющим интерес для обеих стран. С обеих сторон была особо отмечена многовековая дружба, культурные связи и не только соседские, но и братские отношения между двумя народами.

    Глава отдела интересов Грузии, в свою очередь, поблагодарил П.Бюльбюльоглу за теплый прием и интересную познавательную беседу.

    В завершение встречи посол Азербайджана подарил гостю изданную Фондом Гейдара Алиева книгу “Карабах до и после оккупации”.

  • Moskvada Azərbaycan-Gürcüstan münasibətləri müzakirə edilib

    Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu İsveçrənin Rusiya Federasiyasındakı Səfirliyində Gürcüstanın maraqları şöbəsinin yeni təyin olunmuş rəhbəri Mamuka Merkviladzeni qəbul edib.

    “Report”un məlumatına görə, Azərbaycan səfiri həmkarını belə şərəfli vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Rusiyadakı diplomatik korpusda duayen qismində gördüyü işlər barədə ətraflı məlumat verib.

    Görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərə dair müxtəlif məsələlər müzakirə olunub. Tərəflər həmçinin hər iki ölkənin maraq dairəsində olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

    Hər iki tərəf əsrlər boyu davam edən dostluq, mədəni əlaqələr və təkcə qonşu deyil, həm də iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərini xüsusi vurğulayıblar.

    Gürcüstanın maraqları şöbəsinin rəhbəri öz növbəsində Polad Bülbüloğluna səmimi qəbula və maraqlı söhbətinə görə təşəkkür edib.

    Görüşün sonunda Azərbaycan səfiri həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabını hədiyyə edib.

  • 11 saylı internat məktəbinin şagirdləri “Nine Senses” yaradıcılıq mərkəzində əl işlərini nümayiş etdiriblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri qadınların sənət təcrübəsinə həsr olunmuş “Her Art in Action” festivalı çərçivəsində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər.

    Festival “Gazelli Art House” beynəlxalq incəsənət qalereyası və Bakıda fəaliyyət göstərən incəsənət və media platforması “VarYox”un dəstəyi ilə təşkil olunub.

    İddialı gənc dizaynerlər və rəssamlar istedadlarını inkişaf etdirmək üçün festivala qatılıblar.

    “Her Art ın Action” festivalının birinci hissəsində “the Feminine Gaze: seeing Ourselves and Each other” mövzusu təqdim olunub.

    Festival sərgidən, həmçinin iştirak edən rəssamlar və onların işləri ətrafında bir sıra seminarlar, ictimai söhbətlər və tədbirlərdən ibarət olacaq. Festivalın məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaqdır.

    11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayevanın sözlərinə görə, internat məktəbinin şagirdləri Azərbaycan milli bədii elementlərini özlərinin tikdikləri geyimlərə köçürüblər.

    “Bu işlər 2017-ci ildə internat məktəbimizin şagirdləri tərəfindən yaradılıb”, – G.Abdullayeva deyib.

    Direktor əl işlərindəki bütün naxışların milli üslubda hazırlandığını vurğulayıb.

    İncəsənət və media platforması “VarYox”un nümayəndəsi Sitara İbrahimbəyli qeyd edib ki, festivalın keçirilməsində əsas məqsəd təkcə istedadlı rəssamların əsərlərini göstərmək deyil, həm də gələcək layihələrini maliyyələşdirmək olub:

    “Bir aydan çoxdur davam edən böyük bir festival təşkil etdik. Bugünkü tədbir sonuncudur”.