Month: Aprel 2024

  • Astarada “BMW” yük maşını ilə toqquşub – Ölənlər var

    Astarada dəhşətli yol qəzasında bir ailənin üç üzvü yanaraq ölüb.

    “Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun 201-ci km-də, rayonun Ərçivan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, rayonun Şiyəkəran kənd sakini Mirzəmməd Elman oğlu Əliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili Rusiya Federasiyası vətəndaşı olan Maqammedemin Abdullaşevə məxsus iritonnajlı yük maşınına çırpılaraq alışıb. Nəticədə minik avtomobilin sürücüsü, onun həyat həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva və övladı 3 yaşlı Gülxanım Mirzəmməd qızı Əliyeva yanaraq ölüblər.

    Hadisə yerinə FHN-nin Astara rayon Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən texnikası və canlı qüvvəsi, FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

  • Azərbaycanda dörd aydır atası tərəfindən qaçırılan azyaşlı tapıldı – VİDEO

    Azərbaycanda dörd aydır atası tərəfindən qaçırılaraq gizlədilən uşaq anasına qaytarılıb.

    Bu barədə Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində məlumat verilib.

    Belə ki, dörd aydır axtarışda olan Bəhruz Cabbarov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən saxlanılıb.

    Azyaşlı isə anasına qaytarılıb.

    Qeyd edək ki, atanın spirtli içki və narkotik maddə istifadə etdiyi iddia olunur. Boşanma zamanı məhkəmə altı yaşlı Vəliyəddin Cabbarovun himayəsini anasına verib.

    Ətraflı süjetdə:

  • Benyamin Netanyahunun əməliyyatdan sonrakı vəziyyəti AÇIQLANDI

    İsrailin baş naziri Benyamin Netanyahu əməliyyat keçirdikdən sonra özünü çox yaxşı hiss edir və xəstəxanada qalaraq gündəlik işlərini davam etdirir”.

    Bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin ofisi məlumat yayıb.

    Ofis qeyd edib ki, Nazirlər Kabinetinin rəhbəri xəstəxanada olsa da, məsləhətləşmələr və danışıqlar aparır.

    Xatırladaq ki, aprelin birində baş nazir növü açıqlanmayan yırtıq əməliyyatı keçirib. Ümumi anesteziya altında həyata keçirilən əməliyyat zamanı Netanyahunu hökumət başçısı postunda müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin əvəzləyib.

    Mənbə: TASS

  • Bakıda külli miqdarda pulu mənimsədi, rus dilində təhsil aldığı üçün məhkəməsi təxirə SALINDI

    Bakıda keçirilən “Formula-1”ə ayrılan 400 min manatı mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinə iki vəkili ilə birgə gəlib.

    Prosesdə məlub olub ki, Ç.Mehdiyev rus dilində təhsil alıb. Amma özü Azərbaycan dilində başa düşdüyünü deyib, iclasın keçirilməsini istəyib.

    Sədrlik edən hakim deyib ki, qanun buna icazə vermir. Hələ ki, tərcüməçinin iştirakı təmin edilmədiyi üçün hazırlıq iclası aprelin üçünə kimi təxirə salınıb.

    Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışıb.

    İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

  • Ramazan ayının iyirmi üçüncü gününün imsak, iftar və namaz vaxtları

    Sabah Ramazan ayının iyirmi üçüncü günüdür.

    Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 2-də imsak vaxtı saat 04:55-də, iftar vaxtı isə 19:21-dədir.

    Aprelin 2-si üçün namaz vaxtları:

    Sübh azanı 05:00
    Zöhr azanı 12:44
    Əsr azanı 17:15
    Məğrib azanı 19:21
    İşa azanı 20:24

    İyirmi üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:

    “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”

    Tərcüməsi:

    “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”

    İftar duası:

    “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

    Tərcüməsi:

    “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

    Allah orucunuzu qəbul eləsin!

  • Sumqayıtda kişi zənglərinə cavab verməyən arvadını evdən qovdu

    Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Bəhruz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın məlumatına görə, hadisəni törədən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O qeyd edib ki, təxminən 13 ildir Səbinə ilə ailə həyatı qurub:

    “Bu evlilikdən bir qız və bir oğlan övladımız olub. Evlilik dövründə dəfələrlə aramızda mübahisələr olub. Sonuncu dəfə hadisə günü, axşam saatlarında işdən evə gələn zaman həyat yoldaşım Səbinənin mobil nömrəsinə dəfələrlə zəng vurdum. Daha sonra nömrəmin əngəlləndiyinin şahidi oldum. Bundan sonra evə gəldim. Evə girən zaman Səbinənin mətbəxdə oturaraq telefonla danışdığını gördüm. Bu zaman Səbinə oturduğu yerdən ayağa durdu. Ondan telefonunu mənə verməsini istədim. Səbinə telefonu verməkdən imtina etdi. Telefonda anası ilə olan danışıqlarını siləcəyini dedi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Səbinəni yerə yıxaraq telefonu əlindən alıb:

    “Bunu eləməyimin səbəbi kiminlə danışmasının mənə maraqlı olması olub. Telefonu götürüb qonaq otağına keçdikdə Səbinə cibimdən telefonu götürərək hamama girdi. Bundan sonra evdə uşaqlar olduğu üçün daha məsələni uzatmadım. Təxminən beş dəqiqə sonra hamamdan çıxaraq telefonu mənə verdi. Onun telefonda olan mesajları silmək istəməsi məndə şübhə yaratdı. Əsəbləşib ona şillə vurdum. Evdə uşaqlar olduğu üçün beş-altı şillə zərbəsi vurduqdan sonra dayandım. Bundan sonra Səbinənin qardaşına telefonda olan mesajları silməsi, mənə göstərməməsi barədə məlumat verdim”.

    Bəhruz bildirib ki, ertəsi gün, səhər saatlarında yuxudan oyandıqdan sonra Səbinədən uşaqları götürərək anasının yaşadığı evə getməsini tələb edib. Onun sözlərinə görə, həmin gündən Səbinə evi tərk edərək gedib.

    İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, Bəhruz ilə aralarında dəfələrlə mübahisələr olub:

    “Bu dövr ərzində Bəhruz bir dəfə də olsun evin problemləri ilə maraqlanmayıb. Sonuncu dəfə hadisə günü, axşam saatlarında istifadə etdiyim telefonda nömrəsinin əngəllənməsinə görə Bəhruz evə gələrək mübahisə yaratdı. Mən də istəyərəkdən əngəlləmədiyimi, telefonumun qızımızda olduğunu, onun bilmədən edə biləcəyini dedim. Bundan sonra yumruq və şillə zərbələri ilə başımdan, sifətimdən zərbələr vurdu. Sonra məni yerə yıxaraq, bədənimin müxtəlif nahiyyələrindən vurdu. Döyən zaman ağzımdan qan gəldi və dişim qırıldı. Daha sonra uşaqlarım ilə birlikdə məni evdən qovdu. Bundan sonra sosialdan aldığım müavinətin kartı Bəhruzda olduğu üçün evdən çıxdıqdan sonra kartı dəyişdirdim. Daha sonra Bəhruz məndən kartı geri qaytarmağımı istədi”.

    Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

    Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub

  • Şamaxı Rəsədxanası: “Günəş fəallığı zəifləyib”

    Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.

    Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Qeyd olunub ki, hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.

    “Günəşin səthində ləkələrin sayı azalaraq dörd ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi iki MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb”.

    Rəsədxananın məlumatına görə, hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir:

    “Kp indeksi 3,3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir. Proqnoz günlərində (bir-yeddi aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə bir faizdir. Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə geomaqnit sahəsinin aprelin dördünədək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır”.

  • Sumqayıtda qızını qətlə yetirən atanın saxlanılma anı – VİDEO

    Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən atası – 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan saxlanılıb.

    Bununla bağlı görüntülər Baku TV-də yayımlanıb.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Bu bürc üçün ən xoşbəxt dövr başladı: Pul, sevgi…

    Bürc dairəsinin nümayəndələrindən biri üçün əsl şans və istəklərin yerinə yetiriləcəyi proqnozlaşdırılıb.

    Median.Az lent.az-a istinadən bildirir ki, 2024-cü ilin əvvəlindən etibarən Tərəzi bürcü altında doğulanlar üçün xoşbəxt həyat zolağı başlayıb.

    Astroloqların fikrincə, kainat məhz bu insanlara arzularını və ən cəsarətli planlarını həyata keçirmək üçün çoxlu imkanlar açacaq. Uğur onlara bütün sahələrdə – maliyyə, karyera, şəxsi cəbhədə kömək edəcək.

    Və ən xoşbəxt dövr yazda baş verəcək. Pul axacaq, sevgi də üfüqdə görünəcək. Bundan əlavə, Tərəzilərin səyləri rəhbərləri tərəfindən yüksək qiymətləndiriləcək və onları təsirli karyera yüksəlişi gözləyir. Bürcün nümayəndələri də uzun müddət yadda qalacaq inanılmaz səyahətə çıxa biləcəklər.

    Bürcün nümayəndələri də uzun müddət yadda qalacaq inanılmaz səyahətə çıxa biləcəklər.

    Ümumiyyətlə, il çox əlverişli olacaq. Bu bürcün altında doğulanlar, sözün əsl mənasında, şansları cəlb etmək niyyətindədirlər və problemlər onlardan yan keçəcəkdir. Əsas odur ki, sakit qalın və xoşbəxtliyinizdən həzz alın. Eyni zamanda, astroloqlar qeyd edir ki,

    Tərəzi bürcünün xoşbəxt enerjisi o qədər böyük olacaq ki, onun əks-sədaları yaxınlıqdakı insanların həyatını yaxşılaşdırmaq üçün dəyişə bilər.

  • “Crocus”a hücumla bağlı onuncu müttəhim həbs edildi – YENİLƏNİB

    Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalına hücum etməkdə təqsirləndirilən onuncu şəxsi, Tacikistan vətəndaşı Yakubconi Yusufzodanı həbs edib.

    “Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzoda barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, – deyə hakim Nataliya Dudar qərarı elan edib.

    Qeyd edək ki, Yusufzodanı ömürlük həbs gözləyir. O, “Crocus”a hücumla bağlı həbs edilən onuncu şəxs olub.

    Mənbə: TASS