Month: April 2024

  • Paşinyan: “Ermənistan-Türkiyə sərhədinin açılması region üçün çox mühüm hadisə olacaq”

    “Ermənistan Türkiyə ilə üçüncü ölkə vətəndaşları üçün dövlət sərhədinin açılması və diplomatik münasibətlərin normallaşması ilə bağlı razılaşmaların həyata keçirilməsini gözləyir”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

    “Biz əldə olunan və rəsmi şəkildə qeydə alınan razılaşmaların həyata keçirilməsini gözləyirik. Bu, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan və Türkiyənin dövlət sərhədinin açılmasıdır. Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədinin açılması regionumuz üçün çox mühüm hadisə olacaq”.

    Mənbə: TASS

  • Abşeronda avtoxuliqanlıq edən şəxs həbs olunub

    Abşeron rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, “Daewoo Nexia” markalı, 75-BA-227 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ramin Qasımov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

    Məhkəmənin qərarı ilə sürücü R.Qasımov 15 sutka inzibati qaydada həbs edilib və 500 manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, sürücü avtomobili sürücülük hüququ olmadan idarə edib.

  • KİV: ABŞ PUA-ları Rusiya texnologiyalarının öhdəsindən gələ bilmir

    ABŞ istehsallı pilotsuz uçuş aparatları (PUA) kövrəkdir və Rusiyanın GPS söndürmə texnologiyalarının öhdəsindən gələ bilmir, hətta bəzən havaya da qalxa bilmirlər.

    Bu barədə “The Wall Street Journal” yazıb.

    Məlumata görə, ABŞ startapları tərəfindən hazırlanmış kiçik dronların əksəriyyəti döyüş şəraitində uğursuz olub: “Bu, minlərlə PUA-nın etibarlı təchizatına ehtiyacı olan Pentaqon üçün də pis xəbərdir”.

    Qərbdən zəruri dəstək götməyən Ukrayna dron arsenalını gücləndirmək üçün daha ucuz Çin məhsullarına müraciət edib.

    ///report

  • Ramazandan sonra qidalanma necə olmalıdır?

    Ramazan ayı boyunca oruc tutanların orqanizmi günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər.

    AZƏRTAC xəbər verir ki, bununla əlaqədar məlumat verən həkim-terapevt Zakir Quliyev bildirib ki, normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır:

    “Çünki orucluq vaxtı qidalanma rejimi dəyişdiyindən bədən yeni rejimə uyğunlaşmaqda çətinlik çəkir. Ona görə də Ramazandan sonra qidalanma saatları dəyişir və buna görə gündə üç dəfə qidalanmaq şərti ilə az-az yemək məsləhət görülür”.

    Mütəxəssislər ürək-damar xəstəliklərindən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin qidalarına daha çox diqqət göstərməyi tövsiyə edirlər. Gündəlik qida rasionunda çoxlu maye və meyvə-tərəvəzə üstünlük verilməlidir.

    Həkim-diyetoloq Sevinc Həsənzadə deyib:

    “Xüsusilə tərkibi liflərlə zəngin olan tərəvəzlərlə qidalanmaq lazımdır. Nə qədər liflərlə zəngin qida qəbul edilsə, həzm sistemi o qədər yaxşı bərpa olunar. Təbii ki, həzmi yüngülləşdirmək üçün qida əlavələrindən, məsələn, probiotiklərdən, selen və maqneziumdan istifadə etmək lazımdır”.

    Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Bundan başqa, yaxşı olar ki, yeməkdən ən azı 1-1,5 saat keçəndən sonra su, çay, şirə və qazlı sular qəbul edilsin.

  • Sabah Bakıda 17, rayonlarda 20 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

  • Doqquz milyona yaxın abunəçisi olan türkiyəli yutuberin kanalı oğurlanıb

    Məşhur türkiyəli yutuber Ruhi Çenetin doqquz milyona yaxın abunəçisi olan kanalı oğurlanıb.

    Kanalın adı “Ripple” ilə dəyişdirilib.

    Ruhi Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb.

    Məlumat üçün əlavə edək ki, Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, onların vəziyyəti ilə maraqlanıb.

    Daha sonra Gəncədə olan bloqer erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən R.Çenet bununla da bir çox faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

    Mənbə: Haber Global

  • Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb

    Hazırda Bakı-Sumqayıt şosesində sıxlıq müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, bayram günündə Bakı-Sumqayıt şosesi istisna olmaqla digər yollarda sıxlıq müşahidə olunmur. Yollardakı vəziyyətlə bağlı mütəmadi məlumat veriləcək.

  • Пашинян: Делимитация границы может предотвратить новую войну

    Ереван согласился начать делимитацию для предотвращения новой войны с Азербайджаном.

    Как передают армянские СМИ, об этом заявил премьер-министр Армении Никол Пашинян.

    Премьер-министр признал, что четыре села Тавушского района являются частью Азербайджана.

    “Мы не против начать процесс делимитации с Тавушского района и четырех сел Газахского района Азербайджана”, – сказал он в ходе обсуждения выполнения правительственной программы в парламенте.

    По мнению Пашиняна, решение вопроса о делимитации не гарантирует отсутствия войны.

    “Тем не менее, делимитацию необходимо провести. Трудно в этом признаться, но это факт”, – подчеркнул он.

  • Paşinyan: “Tavuşda sərhədin delimitasiyası yeni müharibənin qarşısını ala bilər”

    Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.

    Ermənistan mediasının məlumatına görə, bu barədə o, parlamentdə çıxışı zamanı bəyan edib.

    Baş nazir Tavuşun dörd kəndinin Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib və bildirib ki, İrəvan Azərbaycanla yeni müharibənin qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb.

    “Biz Tavuş rayonu və Azərbaycanın Qazax rayonunun dörd kəndindən delimitasiya prosesinin başlamasının əleyhinə deyilik”, – deyə hökumət başçısı bildirib.

    Paşinyanın sözlərinə görə, delimitasiya məsələsinin həlli müharibənin olmayacağına zəmanət vermir:

    “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

  • Bakıda bank kartlarından 4188 manat oğurluq edən qadın ƏLƏ KEÇDİ

    Bakıda vətəndaşların bank kartlarından ümumilikdə 4188 manat oğurluq edən qadın saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, aprelin 6-da paytaxt sakini olan qadının bank kartından 335 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən A.Hüseynova qısa müddətdə müəyyən olunaraq saxlanılıb.

    Onun daha bir nəfərin bank kartından 3853 manat vəsait oğurlaması da məlum olub.

    Hazırda araşdırma aparılır.