Month: April 2024

  • В Гане младенец чудом выжил, после того как мать закопала его заживо

    В Гане мать заживо закопала новорожденного ребенка в саду, младенца удалось спасти, он провел под землей несколько часов.

    Об этом сообщает Daily Mail.

    Согласно информации, 23-летняя женщина родила девочку дома и, решив избавиться от младенца, закопала его в саду. Новорожденную обнаружили родственники, она провела под землей шесть часов. Тело девочки было в синяках и царапинах, но ее удалось спасти и доставить в больницу. Спустя неделю ее выписали из медучреждения и передали родственникам.

    Мать девочки задержали, она помещена в психиатрическую лечебницу. Обстоятельства, побудившие женщину закопать ребенка заживо, устанавливаются.

  • Qanada anası tərəfindən torpağa diri-diri basdırılan körpə 6 saat sonra sağ tapılıb

    Qanada ana yeni doğulmuş körpəsini bağçanın həyətində diri-diri basdırıb, bir neçə saat yerin altında olan körpə sağ qalıb.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Qeyd olunub ki, Qanada 23 yaşlı qadın evdə uşaq dünyaya gətirib və körpədən xilas olmaq qərarına gələrək onu bağçada basdırıb.

    Yeni doğulmuş körpə qohumları tərəfindən altı saat sonra aşkar edilərək xəstəxanaya yerləşdirilib. Körpənin bədənində qançır və cızıqlar olsa da, onun həyatını xilas etmək mümkün olub.

    Bir həftə sonra o, xəstəxanadan çıxarılaraq yaxınlarına təhvil verilib. Körpənin anası isə saxlanılaraq psixiatriya xəstəxanasına yerləşdirilib.

  • Novxanıda avtomobillər toqquşub: Xəsarət alanlar var – VİDEO

    Novxanıda avtomobillər toqquşub, xəsarət alanlar var.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, KIA markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və KIA markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Mübariz Nizami oğlu Allahverdiyevi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • MİDA-nın layihələrindən 9 400-dən çox ailə güzəştli mənzil əldə edib

    Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrindən (MİDA) ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib.

    “Report”un məlumatına görə, bunu MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının səkkizinci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

    Onun sözlərinə görə, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə səkkiz illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib: “Həmin layihələrdən altısının inşası tamamlanıb, beş layihə isə hazırda reallaşdırılır: “İcrası tamamlanmış layihələr – Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər və Gəncə Yaşayış Kompleksidir”.

    O bildirib ki, həmin layihələrdə 11 000-dən çox mənzil, beş məktəb, səkkiz uşaq bağçası və bir müasir tipli poliklinika tikilib: “Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb”.

  • XİN Ramazan bayramı ilə bağlı paylaşım edib

    Azərbaycan Xarici İşlər Nazirliyi Ramazan bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

    Paylaşımda bildirilib:

    “Mərhəmət, birlik və həmrəylik kimi yüksək dəyərləri aşılayan müqəddəs Ramazan ayının başa çatması, Ramazan Bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, bu mübarək bayramda hər bir evə, ailəyə cansağlığı, ruzi-bərəkət və xoşbəxtlik arzu edirik.

    Ramazan bayramınız mübarək!”

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Во Франции неизвестные обстреляли мечеть

    Неизвестные обстреляли мечеть в Шербуре на севере Франции.

    Об этом сообщает France Bleu.

    Правоохранители обнаружили следы от пуль на фасаде здания, вокруг мечети были найдены несколько гильз. По предварительным данным, пострадавших нет. Устанавливается тип оружия, из которого стреляли злоумышленники. Проводится расследование.

    Неизвестные предприняли нападение накануне окончания мусульманского поста Рамазан и празднования Ураза-байрама. Полиция усилила меры безопасности вокруг мечети.

    Отмечается, что это не первый подобный случай. В ноябре 2023 года на ограде этой же мечети баллончиками с краской были нанесены надписи с угрозами в адрес мусульман.

    Источник: newdaynews.ru

  • Fransada naməlum şəxslər məscidi atəşə tutublar

    Fransanın şimalındakı Şerburq şəhərində naməlum şəxslər məscidi atəşə tutub

    Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binanın fasadında güllə izləri, məscidin ətrafında isə bir neçə mərmi gilizləri aşkar ediblər. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Hücum edənlərin hansı silahdan atəş açdıqları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

    Naməlum hücumçular müsəlmanların Ramazan orucunun bitməsi və Ramazan bayramının qeyd olunması ərəfəsində hücuma keçiblər. Polis məscid ətrafında təhlükəsizliyi gücləndirib.

    Qeyd olunur ki, bu, ilk belə hal deyil. 2023-cü ilin noyabrında müsəlmanlara qarşı təhdid mesajları həmin məscidin hasarına sprey boya ilə vurulmuşdu.

    Mənbə: newdaynews.ru

  • BDYPİ-dən velosipedçilərə ÇAĞIRIŞ

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib.

    Bu barədə idarədən məlumat verilib.

    Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verən qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir. Vurğulanıb ki, ötən il ərzində velosipedçilərin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsində 16 nəfərin həyatını itirməsi, 18 nəfərin yaralanması da bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.

    “Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq. Qanunvericiliyin tələbinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar”, – məlumatda qeyd olunub.

  • Paşinyan Almaniya kansleri ilə Azərbaycanla sülh prosesini müzakirə edib

    Ermənistanın baş naziri Nikol Paşinyanla Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

    Tərəflər Ermənistanla Azərbaycan arasında sülh prosesi barədə danışıblar.

    Onlar, həmçinin İrəvanın Berlin və Avropa İttifaqı ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparıblar.

    Baş nazir qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin 14 may və 15 iyulunda Brüsseldə, 5 oktyabr 2023-cü ildə Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarların qəbuluna başlamağa hazırdır.
     
    ///report