Month: April 2024

  • Ruben Vardanyanın əsas səhmdar olduğu bank satıldı

    “Bank of Georgia”nın Ermənistanın “Ameriabank”ının səhmlərinin 90 %-ni alması üzrə sövdələşmə rəsmən bağlanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, bundan sonra bankın səhmlərin 60 %-i “Bank of Georgia”nın sahibinə – “Bank of Georgia Croup PLC” korporasiyasına, 30 %-i isə “Bank of Georgia”nın özünə məxsus olacaq.

    Qalan 10 % pay isə əvvəlki qaydada Avropa Yenidənqurma və İnkişaf Bankında qalacaq.

    Ermənistan bankı 303,6 milyon ABŞ dollarına alınıb. Şərtlərə görə, bank brendini və menecmentini dəyişməyəcək.
    Xatırladaq ki, indiyə qədər “Ameriabank”ın əsas sahiblərindən biri hazırda Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan olub.

  • Qanı pulla satmaq olar?

    Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donorun sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Ancaq məsələ təkcə qan verən şəxsin sağlamlığı ilə məhdudlaşmır.

    “Qafqazinfo”nun məlumatına görə, donorların müəyyən hüquqları mövcuddur və ölkə qanunvericiliyi ilə qorunur.

    Bəs bu hüquqlar nədən ibarətdir?

    “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanuna görə, donorlar tibbi müayinədən keçdikləri, qan verdikləri gün işə cəlb olunmurlar. Buna baxmayaraq, özəl və ya dövlət müəssisəsində çalışmalarından asılı olmayaraq onlara həmin gün üzrə də əməkhaqqı ödənilməlidir. Həmçinin qan vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunmalıdırlar.

    Qan verən zaman donorlar, həmçinin qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin edilməlidirlər.

    Ən əsası isə hər dəfə qanı pulsuz (əvəzsiz) verən işləyən şəxslərə əlavə istirahət günü verilməlidir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Bu müddəa Əmək Məcəlləsində də öz əksini tapıb.

    Bundan başqa, qan verilməsi ilə bağlı sağlamlığının pozulması nəticəsində şəxsə dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini qanunla müəyyən edilmiş qaydada almaq hüququ var.

    Eyni zamanda, qan verilməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə isə işləyən şəxsə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır. Şəxsin qan verməyi ilə əlaqədar əlilliyi müəyyən edildikdə, onun əlilliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.

    Qanunvericiliyə görə, qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Lakin pullu donorluq zamanı şəxsin verdiyi qan və qan komponentləri üçün haqq almaq hüququ var. Belə ki, müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu olması mümkündür.

    Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Qanın, qan komponentlərinin pullu donorluğunun qaydası və şərtləri”nə görə, qana, qan komponentlərinə olan tələbatı tam ödəmək mümkün olmadığı hallarda (donor qanına təcili və təxirəsalınmaz ehtiyac yarandıqda) pullu donorlardan istifadə edilə bilər. Donor qanına təcili və təxirəsalınmaz ehtiyac yaranarsa, verilən qana görə haqq alan donorlar qan bankına donorların çağırışı üzrə məsul işçi tərəfindən dəvət olunur və müvafiq qaydada qan verirlər.

    Qan banklarında qeydiyyatda olan, mütəmadi qan verən donorlar ərizə ilə müəssisə rəhbərliyinə müraciət edərək rəhbərliyin razılığı ilə pullu donor kimi qəbul edilirlər. Pullu donorlara Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlər əsasında, verdikləri qanın həcminə uyğun olaraq müvafiq haqq ödənilir. Haqq müəyyən olunmuş qaydada müəssisənin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına verilir.

    Qanunla qanın, qan komponentlərinin gəlir əldə etmək məqsədilə başqa dövlətlərə satılması isə qadağandır.

  • Реджеп Тайип Эрдоган позвонил Ильхаму Алиеву

    9 апреля президент Турецкой Республики Реджеп Тайип Эрдоган позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает President.az, президент Турции поздравил главу нашего государства с праздником Рамазан, передал пожелания процветания нашему народу.

    Выразив признательность за оказанное внимание и поздравление, Президент Ильхам Алиев, в свою очередь, поздравил Реджепа Тайипа Эрдогана с праздником, пожелал благополучия народу Турции.

    В ходе телефонного разговора главы государств выразили уверенность в том, что азербайджано-турецкие дружеские, братские и союзнические отношения будут и дальше развиваться и укрепляться во всех сферах, провели обмен мнениями о перспективах сотрудничества.

  • Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

    Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    President.az-ın məlumatına görə, Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb.

    Dövlət başçıları telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

  • Ильхам Алиев принял участие в открытии Габалинской центральной районной больницы

    9 апреля Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии Габалинской центральной районной больницы на 160 коек.

    Об этом сообщает President.az.

  • İlham Əliyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

    Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

    Bu barədə President.az məlumat yayıb.

  • Bakıda Türkiyə vətəndaşının küçədə arvadını döyməsinin təfərrüatı məlum olub

    Bakının Nizami rayonunda Türkiyə vətəndaşı həyat yoldaşına xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1985-ci ildə Türkiyənin Diyarbəkir rayonunda anadan olmuş Emre həyat yoldaşı Süsən (adlar şərti göstərilib – red.) ilə “A-Studio” gözəllik salonun qarşısında mübahisə edib. Bu zaman o, Süsəni döyüb.

    Hadisəni törədən Emrenin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə iş qaldırılıb. İşə Nizami Rayon Məhkəməsində baxılıb.

    Məhkəmədə izahat verən Emre bildirib ki, hadisə baş verən tarixdə o, gözəllik salonunun qarşısında Süsənin telefonunu almaq istəyib:

    “Bu zaman aramızda mübahisə yarandı. Hadisə vaxtı sərxoş vəziyyətdə olduğuma görə onu vurmuşam. Arvadım ilə barışmağa cəhd etsəm də, alınmayıb. İki övladımız var. Əməlimdən peşmanam”.

    İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, hadisə baş verən gün uşağı bağçaya qoyub evə qayıdıb:

    “Yol gedəndə hiss etdim ki, ərim arxamdadır. Ərimin özünü sərxoşluqdan idarə edə bilmədiyi vaxtlar olub deyə, öz anama zəng etmək istədim. Bu zaman ərim məni vurdu. Mən də onun yaxasını cırdım. Onunla barışıq istəmirəm”.

    Məhkəmənin qərarı ilə Emrenin barəsində 20 gün müddətinə inzibati qaydada həbs cəzası təyin edilib.

  • Глава МИД Азербайджана встретился с председателем парламента Кыргызстана

    В рамках официального визита в Кыргызстан министр иностранных дел Азербайджана Джейхун Байрамов встретился с председателем парламента этой страны Нурланбеком Шакиевым.

    Об этом говорится в публикации, размещенной в аккаунте внешнеполитического ведомства в соцсети Х.

    “Стороны обсудили широкий круг вопросов, касающихся повестки дня сотрудничества Азербайджана и Кыргызстана, в том числе межпарламентских связей”, – отмечается в публикации.

  • Ceyhun Bayramov Qırğızıstan parlamentinin sədri ilə görüşüb

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, görüş çərçivəsində tərəflər Azərbaycan-Qırğızıstan əməkdaşlığının gündəliyinə aid bir çox məsələləri, o cümlədən parlamentlərarası əlaqələri müzakirə ediblər.

  • Prezident İlham Əliyev Qəbələ rayonunda səfərdə olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.