Month: April 2024

  • Ağdaban soyqırımından 32 il ötür

    Bu gün Ağdaban soyqırımının ildönümüdür.

    Soyqırımın baş verməsindən 32 il ötür.

    1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

    Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib. İşğalçılar habelə Ağdabanın digər mədəniyyət abidələrini də məhv ediblər.

    Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

  • Vadim Vasilyev ictimaiyyətdən yardım istəməsinin səbəbini açıqlayıb

    Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev sosial şəbəkə hesabından ictimaiyyətdən yardım istəməsinə aydınlıq gətirib.

    51 yaşlı hücumçu bu barədə “Report”a açıqlama verib.

    O, müalicəsinin davamı üçün bu addımı atdığını bildirib. “Hara gedirsənsə, pul lazımdır. Fizioterapiya qalıb. Xəstəxanaya getməliyəm”.

    Keçmiş forvard müraciətindən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və hansısa klubun onunla əlaqə saxlamadığını söyləyib:

    “Sadəcə, ictimaiyyətdən müalicəmin davamı üçün kömək istəyirəm. Səhhətim hələlik normaldır. Gəzirəm, hərəkətlər edirəm”.

    Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

  • Tomas Müller “Bavariya”da 700-cü oyununu keçirib

    Almaniya Bundesliqasının 28-ci turu Münhen “Bavariya”sının futbolçusu Tomas Müller üçün əlamətdar olub.

    Belə ki, 34 yaşlı futbolçu “Bavariya”nın forması ilə 700-cü oyununa çıxıb.

    O, bu göstərici ilə yalnız qolkiper mövqeyində çıxış etmiş Zep Mayerdən geri qalır. Zep Mayer karyerasında 709 dəfə “Bavariya”nın forması ilə meydana çıxmaq şansı qazanıb.

    Məlumat üçün əlavə edək ki, Tomas Müller 2009-cu ilin iyulundan “Bavariya”nın əsas komandasının üzvüdür.

    Mənbə: Championat

  • Число авиарейсов из Азербайджана в Россию выросло на 7%

    Из Азербайджана в Россию воздушным транспортом совершено 1 582 рейса в январе-марте этого года.

    Как сообщает Report со ссылкой на Государственное агентство по туризму, это на 7,5% больше, чем за тот же период 2023 года.

    За отчетный период из Азербайджана всего осуществлено 5 484 авиарейса. Это на 20,2% больше, чем за тот же период прошлого года.

    За три месяца этого года в Турцию из Азербайджана совершено 1 209 рейсов, в Объединенные Арабские Эмираты – 716, в Грузию – 471, в Саудовскую Аравию – 181, в Казахстан – 167.

  • Azərbaycandan Rusiyaya reyslərin sayı artıb

    Bu ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə Azərbaycandan ən çox Rusiyaya 1 582 reys təşkil olunub.

    “Report” xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.

    Hesabat dövründə Azərbaycandan ümumiyyətlə 5 484 aviareys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 % çoxdur.

    Üç ay ərzində Türkiyəyə 1 209, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 716, Gürcüstana 471, Səudiyyə Ərəbistana 181, Qazaxıstana 167, Qətərə 153, Hindistana 135, Özbəkistana 96, İtaliyaya 90, Küveytə 88, Belarusa 64, Polşaya 54, Almaniyaya 53, Pakistana 52, Birləşmiş Krallığa 42, Çinə 41, Macarıstana 38, Bəhreynə 35, Çexiyaya 31, Avstriyaya 29, Fransaya 28, İspaniyaya 28, İrana 26, Moldovaya 25, İraqa 19, Misirə 15, İsveçrəyə 9, İsrailə 6 və Yunanıstana 1 aviareys həyata keçirilib.

  • Ciddi nöqsanlara yol verən idarə rəisinin yerinə yeni TƏYİNAT

    Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

    “Report”un məlumatına görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

    Əmrə əsasən həmin vəzifəyə Nail Məmmədov təyin olunub. N.Məmmədov bundan əvvəl Gəncə şəhər Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri çalışıb.

    Qeyd edək ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əvvəlki rəisi Nurəddin Mehdiyev olub. Onun işində olan nöqsanlara görə işindən azad olunduğu bildirilir.

  • Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

    Qubada 86 yaşlı anasını qətlə yetirməkdə təqsirləndirilən Zülfüqar İsmixanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    APA xəbər verir, istintaq orqanı tərəfindən cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin hazırlıq iclası mayın 2-nə təyin edilib.

    Qeyd edək ki, keçən ilin dekabr ayında Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

  • Azərbaycanda HƏCC DƏLƏDUZLUĞU: Hacı Təvəkkül 67 nəfəri necə aldatdı?

    Azərbaycanda ziyarətə getmək istəyənlərə qarşı dələduzluq edilib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, 49 yaşlı Təvəkkül adlı şəxs Bakı, Sumqayıt və Abşeron ərazisində Məşhəd, Kərbəla, həcc və ümrə ziyarətlərinə getmək istəyən ümumilikdə 67 nəfəri aldadıb.

    Zərərçəkənlərdən 50-si qadın, 17-si kişidir. Təqsirləndirilən şəxs onların hər birindən ziyarət ediləcək yerə görə 1000 və 5000 manat aralığında pul alıb.

    Beləcə, Təvəkkül onların ümumilikdə 158 min 318 manatını ələ keçirib.

    Dələduzluq əməlləri 2023-cü il yanvarın 10-dan həmin il oktyabrın 22-dək davam edib.

    Məlumata görə, Təvəkkül özü də aldatdığı şəxslərlə birgə əvvəllər bir neçə dəfə ziyarətlərdə olub. Beləcə aldatdığı adamların inamını qazanıb və Hacı Təvəkkül kimi tanınıb.

    Hacı Təvəkkül Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Onu da qeyd edək ki, Hacı Təvəkkül əvvəllər də dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıb.

    Hazırda cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

  • Лидер Северного Кипра позвонил Президенту Азербайджана

    6 апреля Президент Турецкой Республики Северного Кипра Эрсин Татар позвонил Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, Эрсин Татар выразил Президенту Ильхаму Алиеву признательность за создание в Милли Меджлисе Азербайджана рабочей группы по межпарламентским связям с Турецкой Республикой Северного Кипра.

    Глава нашего государства отметил, что создание рабочей группы по межпарламентским связям внесет вклад в дальнейшее укрепление отношений между нашими народами.

  • Şimali Kipr lideri Azərbaycan Prezidentinə zəng edib

    Aprelin 6-da Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    President.az xəbər verir ki, Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

    Dövlətimizin başçısı parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.