Month: April 2024

  • Rusiyanın su altında qalan şəhərində təhlükə: Ölümcül xəstəliklər yayıla bilər

    Rusiyada suayırıcı dambanın uçması nəticəsində su altında qalan Orsk şəhərində vəba, dizenteriya və salmonellyoz epidemiyası baş qaldıra bilər.

    Bu barədə Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov NEWS.ru-ya müsahibəsində bildirib.

    “Daşqın səbəbindən fekal-oral yolla ötürülən və əksər hallarda mədə-bağırsaq traktı orqanlarına təsir edən xəstəliklərin yayılması mümkündür. Məsələn, vəba, dizenteriya, salmonellyoz, rotavirus infeksiyası. Üstəlik, su basmış binalarda kif əmələ gələ bilər ki, bu da bəzi evləri yaşayış üçün yararsız hala sala və ya əsaslı təmir tələb edə bilər”, – deyə Umnov əlavə edib.

  • Oğuzda meşə kənarından silah-sursat aşkar edilib

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən meşə massivinin kənarından biri yivli olmaq iki ədəd ov tüfəngi və həmin silahlara məxsus 1000 ədəd patron aşkar edilərək götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, profilaktik tədbirlər zamanı isə rayon sakini atasından qalan müvafiq sənədləri olmayan tüfəngi könüllü olaraq polisə təhvil verib.

  • Qusarda yük avtomobili fəhləni vuraraq öldürdü

    Qusar rayonunda yük avtomobili yolda işləyən fəhləni vurub.

    Hadisə Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Qusar rayonu ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, həmin ərazidə elektrik xətlərində təmir işləri aparan Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Abdullayev Şakir Sadıq oğlunu “TIR” vurub. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

    Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    ///Report

  • “Qaçqınkom”un iki departamenti ləğv olundu

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna dəyişiklik edilib.

    Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb.

    Dəyişikliklə “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci və 4-cü hissələri ləğv edilib.

    Belə ki, qurumun Repatriasiya departamenti və Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamenti ləğv olunub.

  • 8 Noyabr prospektində avtobus və velosiped zolaqları təşkil ediləcək

    Bakıda 8 Noyabr prospektində yenidənqurma işləri çərçivəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin və mobilliyin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni layihə hazırlayaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edib.

    Median.Az bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, layihədə tətbiq olunacaq yanaşma Şurada aidiyyəti qurumların iştirakı ilə razılaşdırılıb.

    Beləliklə, görülən işlər çərçivəsində 8 Noyabr prospektində avtobus zolaqları təşkil ediləcək, ayrılmış velosiped zolaqları salınacaq, işıqlandırma səviyyəsi yaxşılaşdırılacaq, bufer zona tətbiq ediləcək, hərəkət zolaqlarının sayı eyni saxlanılacaq.
    8 Noyabr prospektində xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradacaq. Zolağın təşkili ilə avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə azalacaq.

    “İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Buna görə də avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. 8 Noyabr prospektində nəqliyyat vasitələrinin hərəkət istiqamətində, prospektin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları da salınacaq. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılacaq. İşlər yekunlaşdıqdan sonra 8 Noyabr prospektinin kənarlarında yerləşən yaşayış sahələri, sonda isə Xətai rayonunda yerləşən Polad Həşimov qəsəbəsi şəhər mərkəzi ilə əlaqələndiriləcək. Həmin yaşayış sahələrinin sakinlərinin mikromobillik zolaqlarına əlçatanlığı təmin ediləcək. Növbəti mərhələlərdə isə həmin velosiped yolları şəhər mərkəzindəki mikromobillik zolaqları ilə əlaqələndiriləcək”, – deyə məlumatda qeyd olunub.

  • Zərərçəkmiş evə buraxıldı, məktəb direktoruna xəbərdarlıq edildi – Goranboydakı hadisə ilə bağlı AÇIQLAMA

    Gəncə-Daşkəsən regional təhsil idarəsi Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı açıqlama yayıb.

    Hadisə aprelin 3-də baş verib.

    İdarə qeyd edib ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar.

    “Bu barədə Gəncə-Daşkəsən regional təhsil idarəsi açıqlama yayıb. Qeyd edilib ki, zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb.

    Hazırda şagirdin səhhətində hər hansı təhlükə yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və İdarə tərəfindən izlənilir”, – deyə açıqlamada bildirilib.

    Əlavə edilib ki, bununla yanaşı, baş vermiş hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb.

    “Araşdırmanın nəticəsinə əsasən, məktəbin direktor vəzifəsini icra edən şəxsə xəbərdarlıq edilib. Bununla yanaşı, məktəbin direktoruna təhsil müəssisəsində sağlam mühitin təmin olunması üçün pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması, eyni zamanda məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısına sonuncu xəbərdarlıqla şiddətli töhmət, sinif rəhbəri, Uşaq Birliyi Təşkilatı Rəhbəri və psixoloqa isə töhmət verilməsi tapşırılıb.

    Eyni zamanda, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub”, – deyə açıqlamada bildirilib.

  • МИД Азербайджана ответил Армении

    Недопустимы озвучиваемые Министерством иностранных дел (МИД) Республики Армения (РА) и не имеющие основания обвинения в том, что Азербайджанская Республика (АР) якобы целенаправленно обостряет ситуацию. Обвинения носят цель отвлечь внимание от военных провокаций, регулярно совершаемых армянской стороной в течение последних нескольких дней против подразделений Вооруженных сил АР, а также сосредоточения военных сил на различных направлениях.

    Об этом говорится в комментарии пресс-секретаря внешнеполитического ведомства Азербайджана Айхана Гаджизаде в ответ на заявление МИД Армении о последних военных провокациях.

    “Что касается увязки строительства Арменией военных укреплений в приграничных с Азербайджаном регионах с военными реформами, а также заявления о том, что политика массового вооружения Армении является их суверенным правом, то всем должно быть ясно, почему именно эти шаги со стороны Армении являются нелегитимными и представляют угрозу для нашей страны.

    Так, продолжающиеся претензии на территориальную целостность и суверенитет Азербайджана, наличие попыток реваншизма в Конституции Армении, а также в ряде законодательных актов демонстрируют масштабы угроз, исходящих от Армении в отношении нашей страны.

    Более того, учитывая, что Армения оккупировала суверенные территории Азербайджана в течение 30 лет, когда у них был военный потенциал, усилия по обеспечению дополнительной военной мощи, несомненно, создадут условия для Армении, чтобы стать новым источником напряженности и угрозы.

    В отличие от Армении, Азербайджан при полном военном превосходстве освободил свои суверенные территории от оккупации в соответствии с международным правом и не создавал угрозы территориям Армении.

    На фоне упомянутых вызовов агрессивная милитаризация Армении под различными предлогами является источником угрозы, и необходимо призвать Армению воздержаться от этого опасного пути.

    Предложение несерьезных идей, таких как контроль над вооружениями и пакт о ненападении, Арменией, которая в течение 30 лет грубо нарушала свои обязательства в рамках международных соглашений и механизмов контроля над вооружениями, участником которых она была, и во время оккупации наших территорий незаконно развернула большую часть своей военной техники и систем вооружения на территории нашей страны и скрыла их от международных механизмов контроля над вооружениями, и неуважение территориальной целостности и суверенитета Азербайджана вопреки Алма-Атинской декларации, на которую Армения ныне много раз ссылается – все это является политической манипуляцией.

    Чтобы доказать свое серьезное отношение к мирному процессу, Армения должна избегать противоречивых заявлений и провокационных шагов, уважать нормы и принципы международного права.

    Азербайджан, в свою очередь, будет серьезно препятствовать угрозам в регионе, продолжит мирные и созидательные усилия”, – говорится в сообщении МИД.

  • Azərbaycan XİN Ermənistana cavab verdi

    “Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə silahlı qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur”.

    Azərbaycan Xarici İşlər Nazirliyi belə bəyanatla çıxış edib.

    “Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır”, – deyə XİN bildirib.

    Bəyanatda daha sonra qeyd olunub:

    “Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

    Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

    Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi.

    Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.

    30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır.

    Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir.

    Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”.

  • İsmayıllıda evində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Aqil Rəcəbalıyev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən aqrotexniki qulluq göstərilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • АЖД запускает дополнительные рейсы в регионы в праздничные дни

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) с учетом роста пассажиропотока в дни праздника Рамазан назначило на 10-14 апреля дополнительные рейсы по маршрутам Баку – Агстафа – Баку и Баку – Габала – Баку.

    Об этом сообщает АЖД.

    Согласно информации, скорый пассажирский поезд по маршруту Баку – Агстафа – Баку 10 и 11 апреля будет отправляться из Баку в Агстафу в 09:15, а в обратном направлении – в 18:00, 12 апреля из Баку в Агстафу – в 09:15, обратно – в 15:00, 12 и 13 апреля из Баку в Агстафу – в 23:55, 13 и 14 апреля в обратном направлении – в 15:00.

    Помимо этого, с 10 по 14 апреля ежедневно по маршруту Баку – Габала – Баку будет курсировать скорый пассажирский поезд.

    В праздничные дни поезда на Абшеронской кольцевой железнодорожной линии будут курсировать по графику нерабочих дней.

    Ознакомиться с расписанием поездов и приобрести билеты можно на сайте www.ady.az или через приложение ADY Mobile.