Month: April 2024

  • Bakıda baş verən qəzada xəsarət alan var

    Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Aynurə Qoşqar qızı Əliyeva xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

    Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər.

    Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir.

    Bunu rusiyalı Regina Qriqoryeva bildirib.

    “Alına qoyulan kələm yarpağı uşağın temperaturunu tez bir zamanda azaltmağa kömək edən sadə bir üsuldur. Alını sərin dəsmalla silmək və ya kompres etmək də təsirlidir. Lakin bunlar dərmanlarla yanaşı, temperaturu azaltmaq üçün köməkçi üsullar kimi qəbul edilir”, – deyə Regina Qriqoryeva vurğulayıb.

    Pediatrın sözlərinə görə, uşaqlarda bədən istiliyini azaltmaq üçün yeganə təhlükəsiz dərmanlar uşağın çəkisinə uyğun olaraq hesablanmış dozada parasetamol və ibuprofendir.

    Mənbə: gazeta.ru

  • 60 il yatmayan insan onu xilas edən içkidən danışdı

    Vyetnamlı 80 yaşlı Thay Nqok son 60 ildə çətinliklə yatdığını bildirib.

    Nqok qeyd edib ki, 1962-ci ildə keçirdiyi xəstəlikdən sonra yuxusuzluqdan əziyyət çəkir. O, yuxusuzluğun onun Vyetnam müharibəsi zamanı yaranan post-travmatik stress pozğunluğunun qeyri-adi təzahürü olduğunu hesab edir.

    Yaşlı insan gündüzlər tarlalarda işlədiyini, gecələr isə evdə düyü şərabı hazırladığını bildirib. Kişi yalnız bu içkinin onu xilas etdiyini iddia edir. Onun sözlərinə görə, çoxlu miqdarda düyü şərabı içdikdən sonra bəzən bir-iki saatlıq yuxuya gedə bilib.

    “Digər insanların yatdığına baxıram və paxıllığım tutur. Aylı gecələrdə mən adətən çölə çıxıb əkinlərin arasındakı alaqları təmizləyirəm və ya torpağı şumlayıram, çünki heç nə etmədən oturmaq dözülməzdir. Qəribə olan da budur: mən hər kəsdən iki dəfə çox işləyirəm, amma heç də çiçəklənmirəm”, – Ngok bildirib.

    Mənbə: Unilad

  • В будущем у всех граждан Японии может оказаться одинаковая фамилия

    К 2531 г. все жители Японии будут носить одну фамилию. Об этом сообщается со ссылкой на исследование, проведенное профессором экономики из университета Тохоку Хироси Есидой.

    Согласно научной работе, через примерно 500 лет все жители Японии будут носить фамилию “Сато”. Так, к каждому японцу можно будет обращаться “Сато-сан”, если не будет изменен гражданский кодекс, согласно которому муж и жена в Японии должны носить одну фамилию после заключения брака.

    Профессор объяснил, что “Сато” – самая распространенная фамилия в Японии, которую, по данным за 2023 г., носили 1,529% японцев. Есида рассчитал долю населения Японии с этой фамилией и предполагаемые темпы роста и выяснил, что при существующей системе, когда муж или жена носят одну фамилию, доля населения Японии с фамилией “Сато” увеличилась в 1,0083 раза с 2022 по 2023 г.

    Если предположить, продолжил исследователь, что темпы роста останутся неизменными и пар с такой фамилией будет становиться все больше с каждым годом, то к 2446 г. более половины населения, а к 2531 г. все граждане Японии будет носить фамилию “Сато”.

    “Если все станут “Сато”, то, возможно, к нам придется обращаться по именам или по номерам”, – сказал профессор.

    Источник: газета “Известия” (Россия)

  • Yaponiyada hamının soyadı eyni olacaq

    2531-ci ilə qədər Yaponiyada hamının soyadı eyni olacaq.

    Bu barədə Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın apardığı araşdırmaya istinadən məlumat yayılıb.

    Elmi araşdırmalara görə, təxminən 500 ildən sonra Yaponiyada hər kəs “Sato” soyadını daşıyacaq.

    Professor izah edib ki, “Sato” Yaponiyada ən çox yayılmış soyaddır və 2023-cü il məlumatlarına görə, yaponların 1,529%-i bu soyadı daşıyır. Lakin “Sato” soyadlı cütlüklərin sayı durmadan artır. Bu temp davam edərsə 2446-cı ilə qədər əhalinin yarıdan çoxu “Sato” soyadını daşıyacaq, 2531-ci ilə qədər isə bütün Yaponiya vətəndaşlarının soyadı eyni olacaq.

    “Əgər hamı “Sato” olarsa, o zaman bəlkə də, bizə adlar və ya rəqəmlərlə müraciət etmək lazım gələcək”, – alim qeyd edib.

    Mənbə: iz.ru

  • В Баку произошел взрыв в канализации: есть погибший

    В Баку произошел несчастный случай со смертельным исходом.

    Как сообщает АПА, происшествие зарегистрировано в поселке Бина Хазарского района.

    Согласно информации, произошла утечка в проходящем рядом газопроводе, когда Шахид Мехралиев (1983 г.р.) вел ремонтные работы в подземной канализационной линии. В результате произошел взрыв.

    Мужчина, который получил переломы ног, открытую черепно-мозговую травму и ожоги лица, скончался по дороге в больницу.

    По данному факту проводится расследование.

  • Bakıda kanalizasiyada partlayış: Ölən var

    Bakının Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

    APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

    1983-cü il təvəllüdlü Şahid Ədalət oğlu Mehrəliyev yeraltı su kanalizasiya xəttində iş görən zaman oradan keçən qaz borusunda sızma olub.

    Nəticədə partlayış baş verib.

    Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Fakt araşdırılır.

  • Bazarlarda banan adı ilə satılan məhsul Afrika kartofu imiş… – VİDEO

    Banan, yoxsa kartof…

    Xezerxeber.az-ın məlumatına görə, paytaxt bazarlarında bu meyvə banan adı ilə satılır.

    Əslində isə rəngi yaşıl, qabığı sərt, dadı da daha çox kartofa bənzəyən bu məhsul elə Afrika kartofu imiş…

    Plantain adlanan bu tərəvəz Afrika ölkələrində elə kartof kimi qızardılaraq və ya qaynadılaraq yeyilir. Lakin alıcılar deyirlər ki, çox vaxt bilməyərək banan adı ilə plantain alırlar.

    Satıcılar isə satdıqları meyvənin banan olmadığını bilsələr də, alıcılara bu barədə məlumat vermirlər.

    Qida ekspertlərinin sözlərinə görə, alıcılar bu məhsulların fərqini bilmədikləri üçün çox vaxt aldadılırlar. Bu isə bəzən onların sağlamlıqlarına da zərər vurur.

    Ətraflı süjetdə:

  • Пашинян: Россия не выполняет своих обязательств

    Премьер-министр Армении Никол Пашинян выступил с утверждением, что у России есть обязательства перед его страной, которые она не выполняет.

    Видеофрагмент с этим заявлением опубликован в Telegram-канале главы армянского правительства.

    “В отношениях с Россией мы ничего неправильного не делали. Наши российские партнеры не могут показать нам ничего и сказать: “Вот здесь у вас были обязательства и вы их не выполнили”. А мы можем показать и показываем. Мы поднимаем легитимные вопросы и ожидаем на них полноценных ответов. Пока этих ответов нет, чтобы ни говорилось, вопрос не будет решен”, – сказал Пашинян.

    Источник: ТАСС

  • Paşinyan Rusiyanı günahlandırdı: “Məsələ həll olunmayacaq”

    Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın ölkəsi qarşısında yerinə yetirmədiyi öhdəlikləri var.

    Bu bəyanatı əks etdirən videofraqment Ermənistan hökuməti başçısının “Telegram” kanalında yayımlanıb.

    “Rusiya ilə münasibətlərdə biz heç bir səhv etməmişik. Rusiyalı tərəfdaşlarımız bizə heç nə göstərə bilməz və “burada sizin öhdəlikləriniz var idi və siz onları yerinə yetirmədiniz” deyə bilməz. Biz isə göstərə bilərik və göstəririk. Biz legitim suallar qaldırır və ətraflı cavablar gözləyirik. Belə cavablar isə yoxdur. Nə qədər ki, cavab yoxdur, nə deyilsə də, məsələ həll olunmayacaq”, – Paşinyan bildirib.