Month: April 2024

  • Aramsız yağışların Kürdəmirdə evlərdə və həyətlərdə yaratdığı FƏSADLAR – VİDEO

    Küçələrdə, evlərdə, həyətyanı sahələrdə, hətta zirzəmilərdə də yağış suları var.

    Xezerxeber.az-ın məlumatına görə, Kürdəmirdə yağışın fəsadları hələ də qalmaqdadır.

    Sakinlərin sözlərinə görə, küçə və həyətlərə yağış sularının dolma səbəblərindən biri də kanalizasiya xəttinin olmamasıdır.

    Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhərin Tural Qurbanov küçəsi 2018-ci ildə asfaltanıb.

    Son illərdə həmin küçədə dəmir yolu xətti boyunca yeni fərdi yaşayış evləri tikilib, dalanlar yaranıb. “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” ASC tərəfindən 2011-ci ildə Kürdəmir şəhərinin və bitişik ərazilərin kanalizasiya xətlərinin çəkilişinə başlanılıb. Lakin işlər 2014-cü ildə yarımçıq saxlanılıb.

    Buna görə də, intensiv yağış yağdıqda şəhərin bəzi küçələrində olduğu kimi Tural Qurbanov küçəsinin də bir çox hissəsində su yığılaraq qalır.

    “Azərsu” ASC-dən isə bildirilib ki, Kürdəmir şəhərində mərkəzləşdirilmiş su infrastrukturu layihəsi icra olunaraq tamamlanıb. Şəhərin kanalizasiya şəbəkəsinin layihəsi də hazırlanıb və gələcəkdə icra ediləcək.

    Ətraflı süjetdə:

  • Bəzi su hövzələrində qoyulan qadağa balığın qiymətinə təsir edə bilərmi? – ARAŞDIRMA (VİDEO)

    Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, qadağa balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədardır. Onun sözlərinə görə, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye balıq ovuna moratorium qüvvəyə minib. Qadağa sentyabrın birinə qədər davam edəcək. Rəis müavini qeyd edib ki, qaydanı pozanlarla bağlı ciddi tədbirlər görüləcək.

    Bəs balıq ovuna qoyulan qadağa daxili bazarda qiymətlərə təsir edə bilərmi?

    Satıcı İlkin Novruzov deyir ki, qadağa bazarda yerli balıqların sayını bir qədər də azaldacaq. Amma bunun ciddi qiymət artımına səbəb olacağı gözlənilmir.

    Satıcı onu da əlavə edib ki, mövsümün bitməsi ilə əlaqədar balığa tələbat azalacaq və qiymətlərdə enmələr müşahidə olunacaq.

    Qeyd edək ki, Xəzər dənizində isə sənaye balıq ovuna qadağa mayın birindən etibarən tətbiq ediləcək.

    Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Экс-заведующий отделом подал в суд на Исполнительную власть

    На Исполнительную власть (ИВ) Гедабейского района подали в суд.

    Как сообщает pravda.az, гражданин Зульфугар Искендеров обратился в Гянджинский административный суд с заявлением по поводу ИВ.

    Дело по трудовому спору, связанному с расчетом зарплаты, передано судье Гюльшан Алиевой.

    Отметим, что З.Искендеров работал заведующим юридическим отделом ИВ.

  • Sabiq şöbə müdiri icra hakimiyyətini məhkəməyə verdi

    Gədəbəy Rayon İcra Hakimiyyəti məhkəməyə verilib.

    Pravda.az-ın xəbərinə görə, vətəndaş Zülfüqar Firudin oğlu İsgəndərov icra hakimiyyəti ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciəti edib.

    Əmək məsələləri – əməkhaqqının hesablanması ilə bağlı mübahisəli olan iş hakim Gülşən Əliyevanın icraatına verilib.

    Qeyd edək ki, Z.İsgəndərov icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub.

  • Qobustanda keçmiş məhkumlar narkotiklə saxlanılıblar

    Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Kamil Hüseynov və Orxan İbrahimov saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, K.Hüseynovdan heroin, O.İbrahimovdan isə heroin və marixuana aşkar edilərək götürülüb.

    Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

  • Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovu qəbul edib.

    President.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsi ucaldılacaq

    Azərbaycan operasının banisi və Azərbaycan himninin müəllifi Üzeyir Hacıbəyovun abidəsi bəstəkarın 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburq şəhərində ucaldılacaq.

    Şəhər administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bunu Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Bakıda rəsmi səfərdə olarkən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

    “Hazırda biz Sankt-Peterburqda görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin qoyulması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında onun anadan olmasının 140 illiyinə təsadüf edəcək. Bu vaxta qədər biz şəhərin Vıborq rayonundakı Hacıbəyov meydanında da abadlıq işləri aparacağıq”, – qubernator bildirib.

    Qeyd edək ki, Ü.Hacıbəyov 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alır. Sankt-Peterburq dövrü bəstəkarın yaradıcılığında mühüm rol oynayıb. Məhz bu zaman o, “Arşın mal alan” musiqili komediyasını yazıb.

    Mənbə: TASS

  • “Hədəfim 700 baldır” – 300 bal toplayan şagird

    Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir.

    Təəssüratlarını AzərTAC-la bölüşən Nərmin Ağazadə 4-cü ixtisas qrupuna hazırlaşır.

    “9-cu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən 11-ci sinifdə imtahana hazırlaşmağa başladım. Hələ ki ixtisasımı seçməmişəm, qəbul imtahanından sonra qərar verəcəyəm. Hədəfim 700 bal toplamaqdır”, – deyə Nərmin Ağazadə qeyd edib.

    Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

  • Kürdəmir sakini lombarda qızıl qoyub, iki aydır ala bilmir

    Kürdəmir sakini lombarda qoyduğu qızılını geri ala bilmir.

    Rayonun Yenikənd sakini Xəyalə Ağayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, lombarddan götürdüyü pulu faizi ilə birlikdə qaytarsa da, qızılını geri ala bilmir:

    “4 qrama yaxın qızılı girov qoydum, 160 manat pul götürdüm. Borcu qaytarmağa iki ay möhlətim var idi. Vaxtı çatanda borc götürdüyüm pulu qaytardım, faizini də fevralın 20-nə kimi ödədim. Amma üstündən iki aydan çox vaxt keçir, hələ də qızılımı lombarddan geri ala bilmirəm. Səbəbini soruşanda deyirlər ki, qızıl burada yoxdur, bir neçə günə gətirəcəklər”.

    Bu qanunvericiliklə necə tənzimlənir? İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələ məhkəmə yolu ilə həll oluna bilər:

    “Şikayətçi məhkəməyə müraciət etməlidir. Lombard qızılları pul ödənilən günü qaytarmalı idi. Görünən budur ki, həmin lombard da qızılı harasa girov qoyub. Dəfələrlə demişəm, lombard sahəsində biabırçılıqdır, istədiklərini edirlər, dövlət isə bu məsələni tənzimləmir”.

    Əkrəm Həsənov vurğulayıb ki, uzun illərdir lombardlar haqqında qanun layihəsi gündəmdədir:

    “Amma qəbul olunmur. Bildiyimə görə, əvvəlki layihə daha sərt idi, amma indiki qanunun yumşaq olduğunu deyirlər. Mən bilmirəm lombardları kim himayə edir? Onların fəaliyyəti tənzimlənməmiş qalır. Qanunda xeyli boşluqlar var, indiki halda vətəndaşların məhkəmədən başqa yolu yoxdur”.

  • “Bitcoin”in qiyməti 2024-ün sonunda 88.000 dollara çata bilər – Proqnoz

    Son 6 ay ərzində “Bitcoin” (BTC) iki dəfədən çox artaraq 2021-ci ilin tarixi rekordlarını yeniləyib. Analitiklərin fikrincə, 2024-cü ilin sonuna qədər “Bitcoin”in qiyməti 88 min ABŞ dollarına çata bilər.

    Bu barədə Qaynarinfo “Euronews-a istinadən xəbər verir.

    Bu proqnoz Britaniyanın finteks şirkəti “Finder” tərəfindən kriptovalyuta platformalarının nümayəndələri və kriptovalyuta sahəsi ekspertləri arasında fundamental amillərə və texniki təhlilə əsaslanan sorğudan sonra yaranıb.

    Digər analitiklər də optimistdirlər:

    Mayk Novograts, “Galaxy Digital” şirkətinin baş direktoru: ETF təsdiq edildikdən sonra bir çox insanlar “fikir dəyişikliyi” yaşadılar. İlin sonuna qədər biz BTC-ni 100.000 ABŞ dolları səviyyəsində görəcəyik. Əgər korreksiyadan danışsaq, qeyri-adi bir şey baş verməsə, 50.000-dən aşağı enişləri görməyəcəyik.
    “Bitcoin göylərə qalxır. Edə biləcəyiniz ən böyük səhv ləngiməyiniz olacaq. 500 dollarla belə başlamaq vacibdir. Növbəti dayanacaq 2024-cü ildə 300.000 dollar olacaq”, – “Varlı ata, kasıb ata” bestsellerin müəllifi Robert Kiyosaki yazıb.

    Eyni zamanda, “Traders Union” analitiklərinin fikrincə, uzunmüddətli perspektivdə daha az dinamika ilə də olsa, yüksəliş tendensiyası növbəti bir neçə ay ərzində davam edəcək və 2024-cü ilin sonuna kimi qiymət 77 min dollara çatacaq.

    “Binance” analitikləri proqnozlarında daha ehtiyatlıdırlar. Onların fikrincə, 2025-ci ilin əvvəlinə qədər qiymət 71-72 min dollarlıq zonada qalacaq, lakin bu həddi keçmə ehtimalı azdır.

    “Bull run” (kriptovalyuta qiymətlərinin sürətli yüksəlişi) tərəfdarları gələcək artımın lehinə bir neçə əsas arqumentə malikdirlər.

    Əvvəla, institusional investorlar tərəfindən tələb yüksəkdir. Söhbət ilk növbədə əsas institusional oyunçulardan və investisiya fondlarından gedir.

    Yanvar ayında ABŞ-da spot ETF üçün müraciəti təsdiqlənən, dünyanın ən böyük investisiya fondlarından biri olan “BlackRock” ən böyük investor olub. Fondun balansı iki ayda 15,5 milyard dollara yüksəlib. Ümumilikdə fond 225 mindən çox BTC alıb.

    Digər böyük korporativ sahibi olan iri proqram təminatı istehsalçısı “MicroStrategy”nin balansında 15,06 milyard dollar dəyərində 205,000-dən çox BTC var. Və şirkət investisiya həcmini artırmağa davam edir.

    Martın ortalarında məlum olub ki, şirkət “Bitcoin”ə əlavə investisiyalar üçün 2030-cu ildə vaxtı çatacaq 500 milyon dollar həcmində istiqrazlar buraxacaq. Bu fonda “MicroStrategy”nin səhmləri gün ərzində 10,85% bahalaşıb.

    Analitiklər xəbərdarlıq edir ki, fondlar həmişəlik kriptovalyuta aktivləri almayacaq. Ancaq nə qədər tendensiya mövcuddursa, pərakəndə investorlar anı buraxmamalıdırlar.

    Digər amil BTS-in əvvəlki tarixi maksimumun psixoloji səviyyəsini keçməsidir.