Month: April 2024

  • Qadınlar üçün siqareti atmaq niyə daha çətindir? – AÇIQLANDI

    Fransız alimlərinin araşdırmalarına görə, qadınlar üçün siqareti atmaq daha çətindir.

    Median.Az lent.az-a istinadən bildirir ki, Burqundiya Universitetinin mütəxəssisləri 2001-2018-ci illər ərzində pis vərdişdən qurtulmağa çalışan və kömək istəyən 37 mindən çox siqaret çəkənin məlumatlarını öyrəniblər. İştirakçılar arasında 43,5 faiz qadınlar olub.

    Məlumatlar göstərib ki, kişilərin 60 faizi və qadınların 56 faizi nikotin asılılığından əziyyət çəkir. Eyni zamanda, kişilər gündə orta hesabla daha 27, qadınlar isə 23 dəfə siqaret çəkir.

    Mütəxəssislər belə nəticəyə gəliblər ki, qadınlar daha az siqaret çəkir və nikotindən daha az asılı olur, lakin siqareti buraxmaqda daha çox çətinlik çəkirlər.

    Alimlərin fikrincə, əsas səbəblər qadınlar arasında narahatlıq, depressiya, artıq çəki və ya piylənmənin çox olmasıdır. Kişilər, araşdırmanın nəticələrinə görə, bu cür problemlərlə daha az rastlaşırlar. Bundan əlavə, ekspertlər müəyyən ediblər ki, qadınlar üçün siqaret çox vaxt gündəlik fəaliyyətlər arasında möhlət rolunu oynayır.

  • Qadınlar üçün siqareti atmaq niyə daha çətindir? – AÇIQLANDI

    Fransız alimlərinin araşdırmalarına görə, qadınlar üçün siqareti atmaq daha çətindir.

    Median.Az lent.az-a istinadən bildirir ki, Burqundiya Universitetinin mütəxəssisləri 2001-2018-ci illər ərzində pis vərdişdən qurtulmağa çalışan və kömək istəyən 37 mindən çox siqaret çəkənin məlumatlarını öyrəniblər. İştirakçılar arasında 43,5 faiz qadınlar olub.

    Məlumatlar göstərib ki, kişilərin 60 faizi və qadınların 56 faizi nikotin asılılığından əziyyət çəkir. Eyni zamanda, kişilər gündə orta hesabla daha 27, qadınlar isə 23 dəfə siqaret çəkir.

    Mütəxəssislər belə nəticəyə gəliblər ki, qadınlar daha az siqaret çəkir və nikotindən daha az asılı olur, lakin siqareti buraxmaqda daha çox çətinlik çəkirlər.

    Alimlərin fikrincə, əsas səbəblər qadınlar arasında narahatlıq, depressiya, artıq çəki və ya piylənmənin çox olmasıdır. Kişilər, araşdırmanın nəticələrinə görə, bu cür problemlərlə daha az rastlaşırlar. Bundan əlavə, ekspertlər müəyyən ediblər ki, qadınlar üçün siqaret çox vaxt gündəlik fəaliyyətlər arasında möhlət rolunu oynayır.

  • Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı naməlum hakerlər tərəfindən ələ keçirilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.

    “Report” xəbər verir ki, bu barədə qurumun feysbuk hesabında bildirilib.

    İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur. Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Taksi avtomobilləri texniki, sürücüləri isə tibbi müayinədən keçməlidirlər – ARAŞDIRMA + VİDEO

    Avtobus sürücüləri kimi taksi sürücüləri də tibbi müayinədən keçəcəklər.

    Xezerxeber.az-ın məlumatına görə, “Avtomobil nəqliyyatı haqqında” qanunda və Nazirlər Kabinetinin qərarında da qeyd olunub ki, taksi sürücüləri hər gün tibbi müayinədən keçməlidirlər. Hətta sürücülər yola çıxmazdan öncə mütləq avtomobilini də texniki müayinədən keçirməlidirlər.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Həmçinin nəqliyyat vasitələri reysqabağı texniki, sürücülər isə tibbi müayinədən keçməlidirlər.

    Son illər narkotik maddələrin təsiri altında bəzi taksi sürücülərinin aşkar edilməsi faktından yola çıxan sərnişinlər bu qərarın doğru olduğunu hesab edirlər.

    AYNA-dan o da bildirilib ki, tələb edilən sənədlər təqdim olunmadığı təqdirdə daşıyıcılar taksi fəaliyyəti ilə bağlı icazə üçün müraciət edə bilməyəcəklər.

    Ətraflı süjetdə:

  • Bakıda sərnişin avtobusda yaşlı sürücünü döydü – ANBAAN VİDEO

    Bakıda 217 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda insident yaşanıb.

    “Qafqazinfo” xəbər verir ki, sərnişinlərdən biri sürücü Vidadi Fərhad oğlu Əliyevə fiziki xəsarət yetirib.

    Yaşlı sürücüyə xəsarət yetirən sərnişin polis tərəfindən saxlanılıb.

    Məlumata görə, insidentə səbəb sərnişinin sürücünü tələsdirməsi, ondan tez sürməsini tələb etməsi olub.

    Həmin görüntüləri təqdim edirik:

  • Суд Пакистана приостановил приговоры экс-премьеру Имрану Хану и его супруге за коррупцию

    Высокий суд Исламабада (IHC) приостановил действие приговоров бывшему премьеру Пакистана, лидеру оппозиционной партии “Движение за справедливость” (ДЗС) Имрану Хану и его супруге Бушре Биби по делу о коррупции и продаже иностранных подарков.

    Согласно информации, решение о приостановке действия приговоров судьи приняли после рассмотрений апелляций экс-главы Кабмина и его супруги. Их адвокаты настаивают на полной отмене вынесенных 31 января приговоров, по которым Имран Хан и Бушра Биби получили 14 лет лишения свободы за мошенничество и подделку документов, касающихся незаконных операций по продаже 52 подарков из госхранилища, полученных от лидеров государств Ближнего Востока, общей рыночной стоимостью 154 млн рупий (почти 2 млн долларов).

    Несмотря на вердикт IHC о приостановке данных приговоров, Хан и его супруга продолжают оставаться в заключении по другим приговорам. В январе Хан и экс-глава МИД Шах Мехмуд Куреши были приговорены специальным судом к 10 годам тюремного заключения по обвинению в нарушении закона о гостайне. В начале февраля суд признал бывшего премьер-министра и его супругу виновными во вступлении в незаконный брак и приговорил их к семи годам лишения свободы.

    Напомним, что Имран Хан возглавлял Кабмин Пакистана в 2018-2022 годах. Экс-глава правительства был смещен с должности 10 апреля 2022 года в результате вынесенного ему вотума недоверия.

    Источник: ТАСС

  • Pakistan məhkəməsi İmran Xanın cəzasını təxirə salıb

    İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdə olan Ədalət Hərəkatı partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibinin korrupsiya və xarici hədiyyələrin satışı işi üzrə cəzalarını təxirə salıb.

    Hakimlər sabiq kabinet rəhbərinin və onun həyat yoldaşının apellyasiya şikayətlərinə baxaraq cəzalarının təxirə salınması barədə qərar qəbul ediblər.

    Lakin məhkəmənin hökmünə baxmayaraq, Xan və həyat yoldaşı digər məhkumluqlara görə həbsxanada qalmaqda davam edirlər.

    Qeyd edək ki, yanvar ayında Xan dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qanunsuz nikaha daxil olmaqda təqsirli bilib və onları yeddi il müddətinə azadlıqdan məhrum edib.

    Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

    Mənbə: TASS

  • İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində azı 5 nəfər həlak olub – YENİLƏNİB-3

    İsrailin Suriyanın paytaxtında İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.

    “Report” IRIB telekanalına istinadən xəbər verir ki, bunu İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib.

    Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb ola bilər.

    İranın dövlət televiziya kanalı “Press TV”nin məlumatına görə, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahidi və onun müavini həlak olub. Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.

  • Belə “psixoloq”ların qurbanı ola bilərsiniz… – VİDEO

    Bir seans üçün 150-200, hətta 300 manat pul alırlar… Özlərinin isə bu sahədə diplomu yoxdur...

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə son zamanlar özünü psixoloq, psixiatr və psixoterapevt kimi təqdim edən şəxslərin sayı çoxalıb.

    Lakin əksəriyyətinin ali təhsillərinin olmadığı iddia olunur.

    Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov deyir ki, psixoloq, psixiatr və psixoterapevt adından istifadə edən şəxslərə müraciət etmək, gələcəkdə səhhətimizdə ciddi problemlər də yarada bilər.

    Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı isə deyir ki, bu cür şəxslər üçün qanunvericilikdə hər hansısa bir cəza tətbiqi yoxdur.

    Vətəndaşların bu cür şəxslərə müraciət edərkən onların ali təhsili ilə əvvəlcədən maraqlanmaları tövsiyə olunur.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • İsveçrədə çox sayda insan qar uçqunu altında qaldı

    İsveçrənin Vale kantonundakı Zermat dağ turizmi mərkəzində qar uçqunu baş verib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, uçqun nəticəsində çox sayda adam qar kütləsinin altında qalıb.

    Zərərçəkənlərin dəqiq sayı məlum deyil.

    Xilasetmə işlərinə çox sayda canlı qüvvə, texnika və helikopter cəlb edilib.